“Milliyet.com.tr”: “Möhtəşəm açılış”
Tarix: 13.06.2018 | Saat: 19:35:00 | E-mail | Çapa göndər


Trans-Anadolu (TANAP) Təbii qaz Boru Kəmərinin istifadəyə verilməsi münasibətilə Türkiyənin Eskişehir şəhərində keçirilən təntənəli mərasim qardaş ölkənin KİV-lərinin diqqət mərkəzindədir. TRT HABER, NTV, HABER TURK, CNN TÜRK və digər televiziya kanalları reportajlarında, Anadolu Agentliyi , “Sabah” qəzeti, “Yeni Şəfəq”, “Hüriyyət”, “Yeni akıt”, “Axşam”, “Türkiyə” TANAP-ı strateji qaz xətti kimi dəyərləndirib. Bu nəhəng layihənin açılışı ilə bağlı mediada yer alan çoxsaylı məqalələrdən biri də “Milliyet.com.tr” saytında dərc edilən “Möhtəşəm açılış” başlıqlı məqalədir.


TANAP-ın açılış mərasimindən bəhs edən yazıda ilk olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fikirlərinə yer ayrılıb: “Bölgəmiz və ölkələrimiz üçün tarixi bir addım atırıq. Əlavə investisiyalarla 31 milyard kubmetr həcmində gücümüzü artırmağı planlaşdırırıq. 2019-cu ilin iyun ayında Yunanıstan sərhədinə ilk qaz tədarükünü təqdim etməyi planlaşdırırıq. TANAP yalnız enerji təhlükəsizliyi deyil, həm də marşrut üzərindəki ölkələrin rifahını və məşğulluğunu da təmin edəcəkdir”. Türkiyənin regional enerji xətlərinin mərkəzi olma vizyonuna TANAP ilə bir addım daha yaxınlaşdığını söyləyən Ərdoğan, "Ölkəmizin investisiyalar üçün etibarlı bir liman və sabitlik adası olduğunu göstərdik. Artıq daha böyük hədəflər var. Buradan ilham alaraq yeni uğurlu hekayələr yazılacaq", deyib.
Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Serbiya Prezidenti Aleksandar Vucic, Ukrayna dövlət başçısı Petro Poroşenko, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Mustafa Akıncının iştirakı ilə Türkiyənin bu günə qədərki ən böyük və uzun boru kəməri layihəsi olan TANAP-ın açılışı reallaşıb.

Tarixi bir addım atırıq

TANAP-ın açılış mərasimində çıxışı zamanı Prezident Ərdoğan onu da bildirib: “Biz “Enerjinin İpək Yolu” adlandırdığımız TANAP-ın açılışını edirik. Türkiyə və Azərbaycan arasındakı qarşılıqlı etibar ilə layihənin həyata keçməsi mümkün olub. TANAP çoxtərəfli əməkdaşlığın da nümunəsidir”. Xəzər enerji resurslarının Avropaya daşınması ideyasının yeni olmadığını xatırladan Ərdoğan deyib: "Bir sıra layihələr keçirdik. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə başladıq. Əsrin layihəsi adlanan xətt gələcək işlərin də hədəfi oldu. Bizim strateji tərəfdaşlığımız ilk dəfə olaraq Azərbaycan qazını ölkəmizə gətirən Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə davam etdi. Bizim əməkdaşlığımız enerji ilə məhdudlaşmadı. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini də açdıq. Londondan Çinə fasiləsiz bir dəmir yolu qurduq. TANAP ümumi vizyonumuzun son meyvəsidir. Enerji bazarlarında dəyişikliklərə cavab verən TANAP da yeni layihələrin də müjdəçisidir. TANAP, Türkiyə, Orta Şərq və Avropanın ən uzun təbii qaz boru xəttidir".

Etibarlı bir liman

Türkiyənin regional enerji xətlərinin mərkəzi olma vizyonuna TANAP ilə bir addım daha yaxınlaşdığını söyləyən Prezident Ərdoğan, bildirib ki, TANAP, iqtisadi sabitliyin da məhsuludur. Böyük bir infrastruktur layihəsinin qısa müddətdə həyata keçməsində Türkiyənin 16 ildə təmin etdiyi iqtisadi sabitliyin da əhəmiyyətli payı var: “Milli enerji və mədən siyasətimizi yaradaraq, enerji təhlükəsizliyi və proqnozlaşdırılan bazar şərtləri ölkəmizin investisiyalar üçün etibarlı bir liman və sabitlik adası olduğunun göstərdik”.

Müasir bir enerji dastanı

Enerji naziri Berat Albayrak isə çıxışında bildirib ki, enerji tarixi baxımından əhəmiyyətli bir gündür: “Biz regional enerji tədarükündə nəfəs alacaq müasir enerji dastanının yazıldığına şahid oluruq. TANAP qlobal bir nümunə əməkdaşlığıdır. Türkiyənin enerjidəki açar rolunu dəyişdirəcək". Layihənin təchizatçı ölkə olaraq Azərbaycanın mövqeyini gücləndirəcəyini deyən nazir qeyd edib ki, TANAP yeni bazarların açılmasını təmin edəcək, Avropada marşrutların müxtəlifliyini artıracaq: “Qazanmaq prinsipi ilə layihədəki bütün tərəflərin, ən əsası isə regional və qlobal sülh, sabitliyin qazanacağı nadir layihələrdən biri olacaq. TANAP digər ölkələrin iştirakı ilə inkişaf və böyüməyə açıq bir layihə olacaq. Türkiyə və Azərbaycanın alovlandırdığı atəş illər ərzində böyüyərək fərqli mədəniyyətlər arasındakı bağı daha da qüvvətləndirəcək”.

Bölgədə sabitliyi təmin edəcək


Prezident İlham Əliyev də çıxışında bildirib ki, TANAP Türkiyə və Azərbaycanın zəfəridir: “TANAP tarixi bir layihədir. 21-ci əsrin tarixini birlikdə yazırıq. Bu layihələr üzərində işləyən bütün ölkə və şirkətlər, xalqlar fayda əldə edəcəklər. TANAP bütün ölkələr üçün gözəl imkanlar yaratdı. Enerji layihələri bölgədə sabitliyi təmin edəcək”.

Tam dəstək veririk

Ukraynanın Prezidenti Petro Poroşenko bildirib ki, Ukrayna layihə ilə bağlı tam dəstək verir: “Ukraynada TANAP-dan təbii qaz əldə etmək istəyirik. Ölkəmiz həmişə Avropa təbii qaz ehtiyatlarının şaxələndirilməsini dəstəkləyib. Türkiyə və Azərbaycana əlavə ehtiyatlar təmin etmələri ilə bağlı təşəkkür edirəm”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
Xəzərin hüquqi statusuna dair Konvensiyanın əsas nailiyyətini Lavrov açıqladı
08.12.2018
Rusiya və Azərbaycan rouminq tariflərinin azaldılması barədə razılığa gəliblər
08.12.2018
Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd olunub
07.12.2018
Müxalifətin birlik problemi
07.12.2018
Aleksandr Vuçiç: “Serbiya Azərbaycanla əlaqələrin genişlənməsinə önəm verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
5 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info