Ramiz Mehdiyev Qazaxıstan nümayəndə heyəti ilə görüşüb
Tarix: 13.06.2018 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev Qazaxıstan Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri Mahmud Kasımbekovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdən əvvəl akademik Ramiz Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsindəki xidmətlərinə görə Qazaxıstan nümayəndə heyəti üzvlərinin “Tərəqqi” medalı təltif edildiklərini diqqətə çatdırıb və medalları onlara təqdim edib. Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin postsovet məkanında nümunəvi olduğunu qeyd edən Ramiz Mehdiyev ulu öndər Heydər Əliyev ilə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev arasında həmişə sıx dostluq əlaqələrinin olduğunu, Ümummilli Liderin Qazaxıstan dövlətinin başçısının fəaliyyətini daim yüksək qiymətləndirdiyini və Prezident Nursultan Nazarbayevin də ulu öndər Heydər Əliyevə böyük hörmətlə yanaşdığını deyib. Qeyd olunub ki, müstəqilliklərini bərpa etdikdən sonra mürəkkəb dövrlər keçən Azərbaycan və Qazaxıstan Heydər Əliyev və Nursultan Nazarbayevin müdrik siyasəti sayəsində çətinlikləri dəf edərək sürətli inkişaf yoluna qədəm qoyub. Diqqətə çatdırılıb ki, bu gün xalqlarımız və dövlətlərimiz arasındakı dostluq və əməkdaşlıq ənənələri prezidentlər İlham Əliyev və Nursultan Nazarbayev tərəfindən uğurla davam etdirilir. Ötən dövr ərzində dövlətlərimiz arasında 100-dən artıq sənəd imzalanıb, qarşılıqlı sərmayə yatırımları həyata keçirilib. Beynəlxalq təşkilatlarda ölkələrimiz bir-birini daim dəstəkləyir, parlamentlər arasında əməkdaşlıq münasibətləri yüksək səviyyədədir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışan akademik Ramiz Mehdiyev torpaqlarımızın 20 faizinin hələ də Ermənistanın işğalı altında olduğunu deyib. Prezident Administrasiyasının rəhbəri ölkəmizin münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu, eyni zamanda, Azərbaycanın torpaqlarını digər yollarla azad etmək kimi suveren hüququnu özündə saxladığını vurğulayıb. Qazaxıstan Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri Mahmud Kasımbekov Prezident Nursultan Nazarbayevin salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib. Azərbaycanla bağlı hər şeyə Qazaxıstanda həssaslıqla yanaşıldığını deyən qonaq əsası Heydər Əliyev və Nursultan Nazarbayev tərəfindən qoyulan möhkəm dostluq əlaqələrinin bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb. O, bir müddət əvvəl Astanada ulu öndər Heydər Əliyevə həsr edilən kitabın qazax dilində nəşrinin təqdimatının keçirildiyini xatırladıb, bu gün isə Nursultan Nazarbayevin həyat və fəaliyyəti ilə bağlı nəşrin Bakıda təqdim ediləcəyini deyib. Bildirilib ki, hazırda Qazaxıstanda 150 minə yaxın azərbaycanlı yaşayır və onlar cəmiyyətin bütün sahələrində təmsil olunurlar. Qazaxıstan nümayəndə heyətinin rəhbəri dostluq və tərəfdaşlıq əlaqələrinin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib. Sonda Mahmud Kasımbekov Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə həsr olunmuş kitabı akademik Ramiz Mehdiyevə təqdim edib.




 
Bölməyə aid digər xəbərlər
15.08.2018
Konvensiyanın imzalanması dünya mediasının diqqət mərkəzindədir
15.08.2018
Konvensiyanın imzalanması dünya mediasının diqqət mərkəzindədir
15.08.2018
“Yeniakit.com.tr”: “Xəzər dənizi razılaşması Türkiyəyə xeyir gətirəcək”
15.08.2018
Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısı Almaniya mətbuatında işıqlandırılıb
14.08.2018
Türkiyə Jandarm Qüvvələrinin Baş Komandanı Azərbaycanda səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9878

1 DSX rəisi at çapan qızla görüşüb
2 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
3 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
4 Türkiyə mediası V Zirvə toplantısından yazır
5 Orxan Camal Kazanda anılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info