“Kaspersky Lab” onlayn maliyyə fırıldaqçılığından müdafiə olmaq üçün yeni alətlər təklif edir
Tarix: 13.06.2018 | Saat: 20:03:00 | E-mail | Çapa göndər


“Kaspersky Lab” şirkəti maliyyə sahəsində onlayn-fırıldaqçılığa qarşı yeni nəsil həllər istehsal edib. Yenilənmiş “Kaspersky Fraud Prevention” indi iki ayrı məhsuldan ibarətdir: “Kaspersky Advanced Authentication” və “Kaspersky Automated Fraud Analytics”. Birinci alət istifadəçinin hesabının etibardan salınmasının müxtəlif ssenarilərin qarşısını alır, ikinici isə maliyyə fırıldaqçılığının ən mürəkkəb hallarını belə müəyyənləşdirib, araşdırmağa kömək edir. Müdafiənin bu cür diversifikasiyası internetdə tranzaksiya keçirən müxtəlif təşkilatlara maliyyə təhlükəsizliyinin daha aktual tərəfləri üçün həllər seçməyə imkan yaradacaq.

Artıq çoxdandır ki, onlayn-fırıldaqçılıq təkcə maliyyə təşkilatlarının problemi deyil. Elektron ticarətin inkişafı internet-mağazalardan istifadə edən insanların hesabının etibardan salınması ilə bağlı münaqişələrin sayını artırıb. Bu səbəbdən onlayn maliyyə meydançaları analoji riskləri minimuma endirmək üçün tədbir görməyə məcburdu.

“Kaspersky Advanced Authentication” adlı yeni həlldə realizə olunan maşın təlimi texnologiyaları və mürəkkəb riyazi alqoritmlər istənilən qeyri-adi, o cümlədən fırıldaqçı aktivlikləri login və parolu daxiletmə mərhələsində operativ şəkildə müəyyənləşdirməyə kömək edir. “Kaspersky Lab”ın həlli davranış və biometrik məlumatları təhlil edir, həmçinin istifadə olunan avadanlığın etibarını yoxlayır. Bütün bu proseslər istifadəçidən əlavə hərəkətlər tələb etmir, lakin əsaslandırılmış şübhə yarandığı halda internet-mağaza şəxsiyyətin təsdiqlənməsi üçün həmişə müştərisi ilə əlaqə saxlaya biləcək.

Öz növbəsində, bu gün maliyyə təşkilatlarının qarşısında kibersoyğunçuluğun, onlayn-fırıldaqçılığın və internetdə pulların yuyulmasının müxtəlif sxemlərin qarşısını almaq kimi olduqca kəskin məsələ durur. “Kaspersky Automated Fraud Analytics” adlı yeni məhsul məhz bu cür problemin həlli üçün yaradılıb.

Tranzaksiyanın keçirilməsi ilə bağlı bütün istifadəçi sessiyası ərzində həll yüzlərlə müxtəlif indikatorları təhlil edir və yoxlayır və əldə etdyi məlumatları maliyyə kibercinayətkarlıqlarının spesifik ssenariləri ilə müqayisəsini aparır. Bu cür yanaşma ən erkən mərhələlərdə belə ciddi hadisələri avtomatik olaraq müəyyən etməyə imkan yaradır.

“Onlayn-fırıldaqçılıq əvvəlki kimi maliyyə təşkilatları üçün təhlükə doğurur, lakin bu riskə digər sahələr də məruz qalmağa başlayır. Bu gün ən müxtəlif şirkətlər vəsait və resurslarını bizneslərinin rəqəmsal əməliyyatlarını inkişaf etdirilməsinə yönəldir. Məhz bu səbəbdən biz maliyyə fırıldaqçılığından müdafiəyə olan yanaşmamıza yenidən baxmağa qərara gəldik. Daha da ixtisaslaşmış və dar istiqamətli həllər təklif edərək, biz təşkilatlara təhlükəsizlik sistemlərini vacib olan yerlərdə möhkəmləndirmək imkanını veririk”, - deyə “Kaspersky Fraud Prevention”un rəhbəri Aleksandr Yermakoviç bildirib.

“Kaspersky Fraud Prevention” haqqında daha ətraflı: https://kfp.kaspersky.com/ru/.




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
Prezident Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
12.12.2018
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
12.12.2018
PAŞA Bank “The Banker” tərəfindən “İlin Bankı” adına layiq görüldü
11.12.2018
Bakı NATO-Rusiya formatında görüşün keçirilməsi üçün tam münasib məkandır
11.12.2018
Prezident Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisinə 30 milyon manat ayırıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info