Respublikada bu əməliyyat yalnız ATU-nun Tədris Cərrahiyyə Klinikasında icra olunur
Tarix: 13.06.2018 | Saat: 17:28:00 | E-mail | Çapa göndər


Azərbaycan Tibb Universitetinin mütəxəssisləri növbəti dəfə mürəkkəb hamiləliyin uğurla sonlandırılmasına nail olublar. Hamilə qadının bətnindəki körpəyə qan köçürülməsi sayəsində sağlam körpə dünyaya gəlib. Bu prosedur Avropada 1997-ci ildən, Türkiyədə 2009-cu ildən etibarən tətbiq edilir. Azərbaycanda isə yalnız ATU-nun Tədris Cərrahiyyə Klinikasında icra olunur.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının II mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun sözlərinə görə, xəstə mart ayında klinikaya müraciət edib: “Xəstə müraciət edərkən döldə bütün orqanlara maye yığılmışdı. Qarın boşluğu, döş qəfəsi maye ilə dolu idi. Hətta maye o qədər çox idi ki, ürək çatışmazlığından dolayı, dəri altında da ödəm əmələ gəlmişdi. Analizlər və ultra səs müayinəsindən sonra uşaqda qan azlığı əlamətlərinin mövcudluğunu gördük. Məlum oldu ki, bu, xanımın 6-cı hamiləliyidir. Bunun müqabilində isə qadının yalnız bir övadı var. Ana mənfi, ata müsbət qan qrupuna malik olduğuna görə, digər körpələrini itiriblərmiş”.
T.Canbaxışov bildirir ki, mövcud riskləri nəzərə alaraq, ana bətnində dölə təcili qan köçürülüb: “İlk dəfə martın 19-da hamiləyə qanköçürmə aparıldı. Ümumi məlumat üçün deyim ki, normalda qan dəyəri 100-dən yuxarı olmalıdır. Amma dölün hemoqlobin dəyəri 17 idi. Qan köçürmədən sonra qan dəyəri 134 oldu, yəni təxminən 9 dəfə artmış oldu. Bu da onu göstərir ki, qan köçürmə əməliyyatımız müvəffəqiyyətlə icra olunub”. 
Əməliyyat ultrasəs müayinəsi altında həyata keçirilib, ana bətnindəki dölün ciyəsinə kateterizasiya edilərək, dölə qan köçürülüb. Qan köçürlmə dölün çəkisinə uyğun olaraq tənzimlənib. Həkim bildirir ki, qan köçürülməsi mürəkkəb əməliyyatdır və özündə bir sıra risklər daşıyır.
“Qan köçürülməsi zamanı döldə reaksiyalar ola bilərdi, göbək ciyəsində tromb yarana bilərdi, sonradan döl qanı qəbul etməyə bilərdi. Lakin Qan Bankının operativliyi və laboratoriyanın dəqiqliyi nəticəsində qanköçürmə əməliyyatı uğurla nəticələnib. 
ATU-da bu xəstənin bətnindəki dölə ümumilikdə 3 dəfə qan köçürülüb. Birinci dəfə prosedur hamiləliyin 23-cü həftəsində, ikincisi 26-cı həftədə, sonuncusu isə 30-cu həftədə icra edilib. Hər dəfə də dölün çəkisi artdığına görə, müxtəlif miqdarda qan köçürülüb.
Doğuş uğurla nəticələnib və iyunun 4-də sağlam körpə dünyaya göz açıb. Doğuşdan sonra körpə yeni doğulmuşlar reanimasiyası şöbəsinin müdiri Səadət Yaqubovanın nəzarəti altında olub. Artıq ana və körpəsi evə buraxılıb.
Ümumilikdə, bu, son 2 il ərzində ATU-da qan köçürülməsinin köməyilə doğulan 5-ci körpədir. Bu əməliyyata ata və ananın zidd rezuslu qan qrupuna malik olduğu hallarda ehtiyac yaranır. Risklərin qarşısını almaq üçün bu cür evliliklərdə ilk hamiləlik zamanı profilaktika məqsədilə iynə vurulmalıdır. Nadir hallarda həmin iynənin təsiri olmur və o zaman qanköçürmə əməliyyatını aparmağa ehtiyac yaranır. Onu da qeyd edək ki, respublikamızda bu proseduru həyata keçirən yeganə mərkəz ATU-nun Tədris Cərrahiyyə Klinikasıdır.




 
Bölməyə aid digər xəbərlər
16.08.2018
Avqust ayı üzrə pensiyaların maliyyələşdirilməsi təmin edilib
16.08.2018
Qubalı arıçı istehsal etdiyi balı Yaponiyadan olan müştərilərə satır
16.08.2018
Azərbaycanda ərzaq məhsullarının keyfiyyətini monitorinq etmək artıq telefonla mümkündür
16.08.2018
Azərbaycan əhalisinin sayı açıqlanıb
15.08.2018
Monteneqroda azərbaycanlı turistləri nə gözləyir?

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9878

1 DSX rəisi at çapan qızla görüşüb
2 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
3 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
4 Türkiyə mediası V Zirvə toplantısından yazır
5 Orxan Camal Kazanda anılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info