“II Qaregin dindarların kilsədən üz döndərmələrinə xidmət edir”
Tarix: 13.06.2018 | Saat: 20:32:00 | E-mail | Çapa göndər


Təşəbbüs qrupunun üzvü Karen Petrosyan: “Katolikos istefa verəcəyi təqdirdə yürüş dayandırılacaq”

Artıq neçə müddətdir ki, İrəvanda erməni katolikos II Qareginin istefası tələbilə yürüşlər keçirilir. Maraqlıdır ki, hər keçən gün yürüş iştirakçılarının katolikosa qarşı tələbləri bir qədər də sərtləşir. Artıq din rəhbərini əxlaqi pozuntuda və kilsəni biznes mərkəzinə çevirməkdə ittiham edirlər. Görəsən, baş verənlərlə bağlı Erməni Apostol Kilsəsi nə düşünür? “Yeni Ermənistan, yeni patriarx” təşəbbüs qrupunun fəallarından biri Qevork Yazıçyan “Sputnik Armeniya” saytının əməkdaşına deyib ki, bütün ermənilərin katolikosu II Qareginin istefa tələbi boş yerə yaranmayıb: “Bizim bu tələbimiz Erməni Apostol Kilsəsi, onun nüfuzunun gücləndirilməsinə hesablanıb”. Onun sözlərinə görə öz tələblərində israrlı olacaqlar: “Ötən 19 il, Ermənistanın dini rəhbəri titulunu daşıyan bu şəxsdən müsbət dəyişikliklər gözləməyin mənasız olduğunu sübut edib. Kilsənin ümdə vəzifəsi insanların ruhunu oxşamaqdır ki, bu da hazırkı katolikosda və onun ətrafına yığdığı həmkarlarında müşahidə edilməyib. Biz bu gün Ermənistanda yüksək din adamlarının bir çox nümayəndəsinin əxlaqsızlıq və poliqamiya (çoxarvadlılıq) ilə məşğul olmasının şahidinə çevrilmişik. Onların əksəriyyəti bizneslə məşğuldur. Bu gün bizim başlıca mübarizəmiz də bunlara qarşıdır”. Ermənistanın dünyəvi hakimiyyəti ilə kilsə rəhbərliyi arasında paralellər çəkən təşəbbüs qrupunun üzvü sabiq erməni rəhbəri Serj Sarkisyanı “dünyəvi oliqarxik piramidanın zirvəsi”, II Qaregini isə onun ən yaxın, analoqu olmayan həmkarı kimi təqdim edir: “Bu gün Eçmiəzdindəki 49 yepiskopun 6-sı II Qareginin yerliləridir. Onun qardaşı Ezras Rus və Novo-Naxçıvan kilsəsinin lideri, Arşak isə şöbə rəhbəridir. Müqəddəs Ovakim İngilis və İrlandiya piskoposlarının lideri, qardaşı oğlu Mkırtıç Araqasotn kilsəsinin lideri, müqəddəs Muşey – Eçmiədzinin meneceridir. II Qaregin isə bunların lideri olmaqla yanaşı, həm də ailə biznesinin təşkilatçısıdır”. Təşəbbüs qrupunun üzvlərindən olan Karen Petrosyan isə qeyd dib ki, katolikos istefa verəcəyi təqdirdə yürüş dayandırılacaq : “Yaxşı patriarx imansızları haqqın yoluna gətirməyə çalışmalıdır. II Qaregin isə dindarların kilsədən üz döndərmələrinə xidmət edir”. Qeyd edək ki, «Yeni Ermənistan, yeni patriarx" təşəbbüs qrupunun tələblərinə baxmayaraq, yepiskoplar şurasının qərarı dəyişməz qalır. Onlar katolikosun istefası tələbinin əsassız olduğunu bildirirlər. Belə ki, Erməni Apostol Kilsəsinin 100 yepiskopundan cəmi 16 nəfəri II Qareginin istefasına səs verib. Yepiskop Arşak Xaçatryan deyib ki, katolikosu istefaya məcbur etməyə heç kimin hüququ yoxdur. O, yürüş iştirakçılarını “qeyri-sağlam motivasiyaya malik insanlar” kimi dəyərləndirib. Haşiyə çıxaraq qeyd edək ki, II Qareginin qardaşı Ezras, son hərəkətlərindən sonra Ermənistanda “satqın xəbərçi” kimi tanınıb. Belə ki, o, aprelin 22-də Moskvadakı erməni kilsəsinin qarşısında Serj Sarkisyan əleyhinə dinc mitinq keçirən ermənilər barədə polisə “xəbərçilik” edib. Polisin əraziyə gəlişindən sonra təqibdən xilas olmaq üçün kilsəyə daxil olmağa cəhd edən erməniləri isə kilsə qapılarını bağlatdırmaqla içəri buraxmamışdı. “Armenia.İM” saytı yazır ki, Ezrasın öz millətinə qarşı bu hərəkəti təhqirdir.
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
06.08.2018
Vaaqn Xaçatryan: “Heç bir ölkə Ermənistana kredit vermək niyyətində deyil”
04.08.2018
Ermənistanda pensiyaların artımı gözlənilmir
30.07.2018
“Standard & Poor’s“: “Azərbaycan iqtisadiyyatı 2021-ci ilə qədər 3 faiz artacaq”
24.07.2018
“Azərbaycandan Amerikaya qayıtdıqdan sonra mən də insanlara yardım etməyə çalışıram”
24.07.2018
“Irates“: “Ermənistan rəsmilərini ABŞ və Kanadada ən aşağı səviyyədə qarşılayıblar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9890

1 DSX rəisi at çapan qızla görüşüb
2 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
3 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
4 Türkiyə mediası V Zirvə toplantısından yazır
5 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info