Babək rayonu - 40: məhsuldar ideyalarla keçilən yol
Tarix: 13.06.2018 | Saat: 20:37:00 | E-mail | Çapa göndər


Qətiyyətlə və əminliklə uğurlara doğru addımlayan Naxçıvan Muxtar Respublikasının gözəl guşələrindin biri də Babək rayonudur. Ardıcıl olaraq abadlaşan və müasirləşən rayon ölkəmizdə və muxtar respublikamızda gedən quruculuq tədbirlərindən bəhrələnməkdədir. Ölkənin regional siyasətinin səmərəliliyində müstəsna rol oynayan Babək rayonu da muxtar respublikanın iqtisadi potensialının artırılmasında, milli iqtisadi quruculuq proseslərində iştirakının sürətləndirilməsində, sosial dayanıqlığının daha da gücləndirilməsində, səmərəli infrastruktur potensialına malik olmasında, məhsuldar iqtisadi idarəetmənin təşkilindəki mövqeyini möhkəmləndirməkdədir.
Əsasları xalqımızın ümummilli lideri böyük Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyası muxtar respublikanın və onun ərazilərinin tarixiliklə müasirliyin vəhdətindən yaranan potensialını formalaşdırmışdır. Bu, təbii ki, Babək rayonunda da özünü göstərməkdədir. Son on beş ildə səmərəli icra mexanizmləri ilə milli iqtisadiyyata güc qatan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları Babək rayonunda da istehsal (iqtisadi) münasibətlərinin inkişafına əlverişli zəmin yaratmışdır. Ölkənin sənayeləşmə siyasətinin perspektivliyi, mezoiqtisadi əhəmiyyətin qorunması, mövcud inkişaf səviyyəsinə uyğun hədəflərin müəyyənləşdirilməsi Babək rayonunun da yeni inkişaf mənzərəsini yaratmışdır.
23 oktyabr 1978-ci ildə məhz ulu öndər tərəfindən verilən qərarla rayon kimi təşkil edilən Babək tarixi, iqtisadi, mədəni əhəmiyyəti yüksək olan bölgə kimi aktuallığını artırmaqdadır. Xüsusilə də dövlətin milli iqtisadi perspektivləri baxımından daha da aktuallaşan çoxməqsədli turizmin inkişafında mühüm əhəmiyyətə malikdir. Bundan başqa, ailə təsərrüfatlarının fəaliyyətinin səmərəli təşkili və idarə olunmasında, kiçik və orta sahibkarlığın inkişafında onların rolunun artırılmasında, istehsal, emal və sənaye müəssisələrinin əhəmiyyətinin yüksəldilməsində rayonun da payı vardır. Muxtar respublikada taxılçılığın, meyvəçiliyin, üzümçülüyün, bostançılığın, tərəvəzçiliyin və digər sahələrinin təşəkkülündə rayon əhəmiyyət daşımaqdadır.
Bu və ya digər üstünlüklərlə rayonun ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatındakı rolu hər zaman yüksək dəyərləndirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 16 fevral 2018-ci il tarixdə Babək rayonunun təşkil olunmasının 40 illiyi haqqında imzaladığı Sərəncam rayonun keçdiyi böyük quruculuq və inkişaf proseslərinə yüksək dövlət qayğısının ən gerçək ifadəsidir. Orada rayonun muxtar respublika iqtisadiyyatının inkişafında mühüm rol oynadığı göstərilmiş, təşkil edilməsinin 40 illiyinin muxtar respublikada qeyd olunması nəzərdə tutulmuş və bununla bağlı Tədbirlər Planı təsdiq edilmişdir. Təbii ki, bu, rayonun cari ilin oktyabr ayında keçiriləcək yubiley tədbirlərinə və bundan sonrakı inkişafına çox yüksək diqqətdir.
Mövcud sosial-iqtisadi inkişaf dinamikasına diqqət edərkən aydın olur ki, Babək rayonu muxtar respublikanın ölkənin sənayeləşmə proseslərinə töhfəsi və davamlı makroiqtisadi inkişafı üçün perspektivlərə malikdir.

Babək rayonu üzrə sənaye məhsulu (min manat)

Şəklin məlumatlarından aydın olur ki, muxtar respublikada hədəflənən uzunmüddətli inkişaf rayonun sənaye sektorunda səmərəli istehsal mühiti yaratmış və 2004-2017-ci illərdə sənaye məhsulunun həcmi 27 dəfədən çox artmışdır. Göründüyü kimi, Dövlət proqramlarının icrasının bütün mərhələlərində rayonun dinamik inkişafı davam etmişdir. Bunun nəticəsidir ki, hələ üçüncü Dövlət Proqramının (2014-2018-ci illər) icrasının davam etməsi ilə paralel olaraq artım dinamikası özünü göstərməkdədir.
Qeyd edək ki, bu potensial cari ilin yanvar-aprel aylarında da rayonun sosial-iqtisadi inkişafında aktual olmuş və sənayeləşmə siyasətinin səmərəliliyində keyfiyyətcə yeni mərhələnin məhsuldarlıq ifadəsini təşkil etmişdir. Belə ki, müvafiq dövrdə rayonda 34 milyon 567 min 500 manat dəyərində sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2017-ci ilin müvafiq dövründəki göstəricini 1,3 faiz üstələmişdir.
Babək rayonu müasir görünüşü, abadlığı və inkişaf mənzərəsi ilə diqqəti daha çox çəkməkdədir. Muxtar respublikamızda iqtisadiyyatın sahə strukturunun bir-birilə əlaqəli yüksəlişində bu rayon mühüm rola malikdir. İstehsal və sosial infrastrukturun özünə kök salması, o cümlədən bu sahələr üzrə müəssisələrin fəaliyyətə başlaması, təhsilin, səhiyyənin, mədəni sahədəki proseslərin düzgün əlaqələndirilməsində rayonun çox yüksək əhəmiyyətini qeyd etmək zəruridir. Bütün bunlar isə təbii ki, maddi və qeyri-maddi istehsal sahələrinin dolğun təşəkkülünü ifadə etməkdədir.
Əsrin dörddə birinə yaxın inkişaf təcrübəsinə malik muxtar respublikamız müasir müstəqillik tarixinin ən qürurverici səhifələrini yazmaqdadır. Ucqar kəndlərdəki yeni təminatlar, istehsala xidmət edən nəqliyyatın, rabitənin və digər mexanizmlərin varlığı milli iqtisadi quruculuq proseslərində çox əhəmiyyətlidir. Belə bir sağlam şəraitdə rayonun hərəkətverici təsirə malik inkişafı muxtar respublikanın davam edən islahatlar fonunda rolunu daha da artırmaqdadır. Rayon ölkənin mövcud inkişaf səviyyəsinə uyğun keyfiyyət göstəricilərinin üstünlüyü əsasında dəyişən siması ilə önəm daşımaqdadır. Mövcud potensiala, inkişaf mənzərəsinə və perspektivlərə diqqət edəndə belə qənaətə gəlirik ki, rayon ən yeni və ən müasir tikililərdən, genişmiqyaslı quruculuq proseslərindən ibarət yolda qətiyyətlə addımlamaqdadır.

Babək rayonu üzrə əsas kapitala yönəldilən vəsaitlər və onlardan tikinti-quraşdırma işləri haqqında məlumat (min manat)

Rayonun və kəndlərinin abadlaşdırılması, bölgələrdə kənd mərkəzlərinin salınması, istehsal və xidmət sahələrində stimullaşdırıcı amillərə üstünlük verilməsi əhaliyə, zəhmətkeşlərə, istehsalçılara və bütün təbəqələrdən olan vətəndaşlara yüksək dövlət qayğısının nəticəsidir. Şəklin məlumatlarından aydın olur ki, müvafiq illər ərzində rayonda əsas kapitala yönəldilən vəsaitlər (eyni zamanda ondan tikinti və quraşdırma işləri üçün) 4 dəfəyə yaxın artmışdır.
Ölkənin regional siyasətinin daha da məhsuldarlığı sahəsində həyata keçirilən dövlət siyasətinin tərkib hissəsi olaraq Babək rayonunda cari ilin yanvar-aprel aylarında da məqsədyönlü addımlar atılmışdır. Qurmaq, yaratmaq əzmi, dünyanın yeni çağırışları ilə səsləşən inkişaf məqsədləri, ümummilli maraq və mənafelərin üstün tutulması ilə sintez təşkil etmiş və bu, Babək rayonunun da timsalında özünü göstərməkdədir. Bütün bunların hərəkətverici qüvvəsi olaraq rayonda infrastruktur quruculuğu çərçivəsində bütün maliyyə mənbələrindən əsas kapitala 11 milyon 168 min 700 manat vəsait yönəldilmişdir ki, onun da 10 milyon 522 min 700 manatı və ya 94,2 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.
Sənayeləşmə siyasəti ölkəmizin milli iqtisadi inkişafında daha mütərəqqi mərhələnin başlanması ilə yadda qaldı. Hədəflər və prioritetlər baxımından həm də qeyri-neft sektorunun perspektivliyinin artırılmasında sənayenin çox şaxəliliyi daha ciddi önəm kəsb etdi. Daha doğrusu, bu sahə makroiqtisadi səviyyədə muxtar respublikanın və ölkənin sosial siyasətində həlledici rol oynamağa başladı. Bütün dövrlərdə dövlətlərin sosial siyasətinin ən aktual ünsürü olan məşğulluq siyasətinin səmərəliliyində sənayenin çəkisi artmağa başladı. Sosial bəla olan işsizliyin minimum səviyyəsinin qorunması məşğulluq imkanlarının genişləndirilməsi fonunda tənzimləndi. Yəni sənaye mühüm məşğulluq potensialına malik sahə kimi təşkilatlandı ki, bu da Babək rayonunun mövcud sosial-iqtisadi inkişafında öz aktuallığı ilə seçilməkdədir.

Babək rayonu üzrə sənayedə işçilərin orta sayı (nəfər)

Təbii ki, məşğulluq sosial dayanıqlığı ifadə edir və cəmiyyətin firavanlığına istiqamətlənib. Eyni zamanda bu, davamlı xarakter daşıması ilə əhalinin əməklə bağlı problemlərinin öyrənilməsi, yeni iş yerlərinin yaradılması zamanı düzgün əlaqələndirmənin aparılması və onun alıcılıq qabiliyyətinin yüksəldilməsində zəruri vasitəyə çevrilmişdir. Bu baxımdan da düşünülmüş və uzaq gələcək üçün hesablanmış tədbirlər çərçivəsində Babək rayonunda görülən işlər təqdirə layiqdir.

Babək rayonunda sənayedə orta aylıq əməkhaqqı (manat)

Göründüyü kimi, müvafiq dövrlərdə Babək rayonunda sənayedə orta aylıq əməkhaqqı 4 dəfəyə yaxın artmışdır. Bu gün muxtar respublikada yaradılmış sağlam iqtisadi mühit Babək rayonunda özünə kök salmış və rayon sakinlərinin maddi vəziyyətinin daha da yaxşılaşmasına öz töhfələrini vermişdir. Belə ki, cari ilin yanvar-mart aylarında rayonda bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 395,3 manat təşkil etmiş və bu göstərici 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz artmışdır.
Beləliklə, Bəbək rayonu Naxçıvan Muxtar Respublikasının bütün dövrlər üzrə qazandığı uğurlara güclü töhfə verməkdədir. Buna görə də iqtisadi artım dinamikası, sosiallaşma prosesləri və bununla da, milli iqtisadi quruculuq proseslərindəki əhəmiyyətli rolu ilə təşkil olunmasının 40-cı ilinə böyük uğurlarla gedir.
Cavadxan Qasimov
İqtisad üzrə fəlsəfə doktoru, dosent




 
Bölməyə aid digər xəbərlər
21.08.2018
Ölkədə bir sıra mühüm obyektlər istifadəyə verilib
21.08.2018
Xeyirxahlığın, həmrəyliyin və fədakarlığın rəmzi olan müqəddəs Qurban bayramı
21.08.2018
Azərbaycan neftinin bir barreli 73,43 dollara satılır
20.08.2018
“Jeopoliturk.com”: “Azərbaycanın sabitlik, rifah və müstəqilliyi Türkiyə və Qərbi Asiyada sabitlik və təhlükəsizlik üçün həyati əhəmiyyətlidir”
20.08.2018
Yeni hərracda özəlləşdirməyə 172 dövlət əmlakı çıxarılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9917

1 “İrəvanın Moskvaya olan borclarını Koçaryanla Sarkisyan qaytarmalıdır”
2 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
3 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
4 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”
5 «ArmenianReport»: “Cənab Paşinyan, göstərdiyiniz şou kifayətdir, biz çörək istəyirik”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info