2019-cu ildə neftə tələbat artacaq
Tarix: 13.06.2018 | Saat: 21:00:00 | E-mail | Çapa göndər


Tələbatdakı artımın əsas hissəsi neft-kimya sektorundan qaynaqlanacaq

Gələn il neft təklifi və tələbatı artmaqda davam edəcək. Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, 2019-cu ildə qlobal neft tələbatı güclü olmaqda davam edəcək və ABŞ-ın liderliyi ilə bazarda neft təklifi də artacaq. IEA-nın hesabatına görə, 2019-cu ildə qlobal neft tələbatı gündəlik 1,4 milyon barel artacaq. Tələbatdakı artımın əsas hissəsi isə neft-kimya sektorundan qaynaqlanacaq. Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) üzrə istehsal Səudiyyə Ərəbistanı liderliyi ilə may ayında gündəlik 50 min barelə qədər artımla 31,69 milyon barelə çatıb. 2019-cu ildə qeyri-OPEC ölkələri üzrə neft təklifindəki artım bu il nəzərdə tutulan gündəlik 2 milyon bareldən 1,7 milyon barelə düşəcək. Bu il və gələn il neft istehsalındakı artımın 75 faizi ABŞ-da formalaşacaq. Qlobal neft təklifi bu ilin may ayında aprellə müqayisədə gündəlik orta hesabla 276 min barel artaraq 98 milyon 700 min barel təşkil edib. Beynəlxalq Enerji Agentliyinin neft bazarına dair aylıq hesabatında bildirilir ki, Neft İxrac edən Ölkələr Təşkilatının xam neftdən başqa, digər şərti olmayan istehsalı may ayında gündəlik 6 milyon 930 min barel təşkil edib. Beləliklə, ötən ay OPEC-in ümumi hasilatı sutkada 38 milyon 620 min barel olub. Mayda OPEC üzrə neft istehsalı ən çox Nigeriya və Venesuelada azalıb. Nigeriyada gündəlik neft istehsalı təxminən 120 min barel geriləyərək 1 milyon 470 min barelə enib. Venesuelada gündəlik neft hasilatı təqribən 50 min barel azalaraq 1 milyon 410 min barelə düşüb. Keçən ay Səudiyyə Ərəbistanı və İraqda neft istehsalı artıb. Səudiyyə Ərəbistanının gündəlik neft istehsalı 100 min barel artaraq 10 milyon 20 min barel, İraqın sutkalıq neft hasilatı isə 60 min barel çoxalaraq 4 milyon 470 min barel olub. Onu da qeyd edək ki, Azərbaycanda neft hasilatı 1,2 faiz artıb, əmtəəlik qaz hasilatı isə 8,2 faiz azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-may aylarında 19,2 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin neft sektorunda məhsul istehsalı 0,3 faiz azalıb. Sənaye məhsulunun 73,2 faizi mədənçıxarma sektorunda, 4,2 faizi isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda neft hasilatı 1,2 faiz artıb, əmtəəlik qaz hasilatı 8,2 faiz azalıb. Dünya birjalarında neftin qiymətində ucuzlaşma olub. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,2 dollar ucuzlaşaraq 77,18 dollar olub. Londonun ICE birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,17 dollar azalaraq 75,71 dollar, Nyu-Yorkun NYMEX birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,31 dollar ucuzlaşaraq 66,05 dollar təşkil edib.
Anar




 
Bölməyə aid digər xəbərlər
22.06.2018
“Azərbaycan İpək Yolunun bərpası ilə Bakı və Avropanı dəmir yolu ilə birləşdirir”
22.06.2018
OPEC: Neft tələbatı ikinci rübdə birinci rübdəkindən gündəlik 2 milyon barel çox olacaq
22.06.2018
“Türk Hava Yolları“ istiqamətlərin sayını 304-ə çatdırıb
22.06.2018
Yun-Əyirici Boyaq Fabrikində 100 nəfər işlə təmin ediləcək
22.06.2018
Azərbaycana idxal olunan avtomobillərin sayı açıqlanıb

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9443

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
5 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info