“Nursultan Nazarbayev. Həyat yolu” kitabının təqdimatı olub
Tarix: 13.06.2018 | Saat: 21:07:00 | E-mail | Çapa göndər



Əli Həsənov: “Qazaxıstan-Azərbaycan əlaqələri hər zaman yüksək səviyyədə olub”

Heydər Əliyev Mərkəzində Qazaxıstanın milli lideri Nursultan Nazarbayevin həyat və fəaliyyətindən bəhs edən “Nursultan Nazarbayev. Həyat yolu” kitabının təqdimat mərasimi keçirilib. Kitabın layihə rəhbəri və müəllifi Qazaxıstan Respublikası Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri Mahmud Kasımbekovdur. Nəşrdə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin həyat yolundan, xalqı və dövləti naminə apardığı mübarizədən bəhs olunur. Kitaba ön sözü Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov yazıb. Nəşrdə Prezident Nursultan Nazarbayevin şəxsi arxivindəki sənədlər və şəkillər yer alıb. Əvvəlcə Nursultan Nazarbayev haqqında “Zamanla seçilmiş” adlı sənədli film nümayiş etdirilib.
Prezidentin köməkçisi Əli Həsənov çıxışında bildirib ki, N. Nazarbayev adi dövlət başçısı deyil: "Dövlətlər var ki, onun gücü başçısındadır. Nazarbayev Qazaxıstanın müasir tarixini yaradan və bütün sahələr üzrə gələcək inkişafının təməlini qoyan liderdir. Əgər ümummilli lider Heydər Əliyev haqqında kitab yazsaydım, məhz belə kitab yazardım. Kitabın ərsəyə gəlməsində Prezident Administrasiyası birbaşa təşəbbüskardır. Kitab Azərbaycan oxucusunu Nursultan Nazarbayevin həyatı və keyfiyyətləri ilə tanış edəcək. Bu, Nursultan Nazarbayevin fəaliyyəti ilə bağlı Azərbaycan dilinə tərcümə edilmiş 4-cü kitabdır”.
Ə. Həsənov N. Nazarbayevi müasir Qazaxıstanın banisi kimi xarakterizə edib: “Qazaxıstan-Azərbaycan əlaqələri hər zaman yüksək səviyyədə olub. Ümummilli lider Heydər Əliyev hər zaman qazax xalqının təəssübünü çəkib. O, Nazarbayevlə çox yaxın dost olub. Sonradan dostluq əlaqələri Prezident İlham Əliyev tərəfindən davam etdirilib. Qazaxıstan Azərbaycanın strateji tərəfdaşlıq və strateji müttəfiqliyə dair sənəd imzaladığı 4 dövlətdən biridir. Aramızda 100-dən çox normativ-hüquqi sənəd imzalanıb. Qazaxıstan Türkiyədən sonra Azərbaycanın ən çox yatırım qoyduğu dövlətdir. 130 min azərbaycanlı Qazaxıstanda yaşayır. Aramızda heç bir anlaşılmazlıq və qaranlıq qalan məsələ yoxdur”.
Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Muxamediulı bildirib ki, Azərbaycan Qazaxıstana müttəfiq ölkələrdən biridir: “Biz ötən il diplomatik əlaqələrin qurulmasının 25 illiyini qeyd etdik. Türk xalqlarının tarixi birlikdə yazılıb. Biz “Nursultan Nazarbayev. Həyat yolu” kitabının Azərbaycan dilinə tərcümə olunduğuna görə çox sevincliyik. Əminik ki, xalqlarımızın gələcəkdə əməkdaşlığı daha da gücləndiriləcək”. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə qeyd edib ki, Azərbaycan və qazax xalqlarını dil və din birliyi ilə yanaşı, tale ortaqlığı da birləşdirir: “Hər iki xalq soyqırımlarına məruz qalıb”. A. Əlizadənin sözlərinə görə, hər iki ölkə lideri - Heydər Əliyev və Nursultan Nazarbayev xalqda ruh düşkünlüyünə imkan verməyib: "Onlar həm də yaxın dost olub və ölkələr arasında əlaqələrin ən yüksək səviyyəyə çatması üçün əllərindən gələni əsirgəməyiblər. Bu ənənə bu gün də davam etdirilir". Beynəlxalq Türk Akademiyasının prezidenti Dаrxаn Kıdıralı deyib ki, Nursultan Nazarbayev türk dünyasının lideridir: “Nursultan Nazarbayevin həyatından bəhs edən kitabın tərcümə edilməsi və Azərbaycan lideri Heydər Əliyevin adını daşıyan mərkəzdə təqdimatı tarixi andır. İki ölkə lideri arasında hələ müstəqillik illərindən əvvəl yaxın dostluq münasibətləri olub, müstəqillik illərindən sonra daha da güclənib. Bu kitab Nursultan Nazarbayevin dövlətçilik təcrübəsinin xalqlarımıza çatdırılmasında böyük rol oynayacaq”. Millət vəkili Cavanşir Feyziyev çıxışında deyib ki, müəllif bu kitabla müasir Qazaxıstanın salnaməsini yaradıb. O qeyd edib ki, kitab qazax xalqının yaşadığı tarixi dövrün çatdırılması üçün çox gözəl nümunədir.
Qazaxıstan Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri Mahmud Kasımbekov çıxışında bildirib ki, Azərbaycanda olduğu kimi, Nursultan Nazarbayev də müstəqilliyin ilk illərində xalqı daxili müharibədən qurtara bilib: “O, ölkə iqtisadiyyatının düzgün istiqamətdə irəliləməsinə yol açıb. Qazaxıstanda bütün inkişaf prezidentin yürütdüyü siyasətin nəticəsidir. Kitabın burada təqdim olunmasına dəstək göstərən hər kəsi təbrik edirəm. Biz Azərbaycanla iki qardaş ölkəyik. Aramızdakı dostluğun əbədi olmasını diləyirəm”.
Anar




 
Bölməyə aid digər xəbərlər
22.06.2018
“Azərbaycan Ordusu torpaqlarımızı azad etmək və ərazi bütövlüyümüzü bərpa etmək imkanındadır”
22.06.2018
“Cənub Qaz Dəhlizi enerji sahəsində əməkdaşlıq üçün geniş imkanlar açır”
22.06.2018
Zakir Həsənov: “Ermənistan ilə Azərbaycan arasında hərbi balans bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib”
22.06.2018
“Qərb mətbuatında milyondan çox qaçqın və məcburi köçkünlərimizlə bağlı fundamental yazı görmək olmur”
22.06.2018
“Azərbaycan iqtisadi və insan resursları baxımından zəngin ölkədir”

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9443

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
5 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info