Milli Qurtuluş Günü Azərbaycanın indiki reallıqlarının və xoşbəxt gələcəyinin rəhnidir
Tarix: 14.06.2018 | Saat: 01:10:00 | E-mail | Çapa göndər


“Ulu öndər Heydər Əliyevin xalqın çağırışı ilə ikinci dəfə Bakıya qayıdaraq Azərbaycan parlamentinin sədri seçildiyi gün – iyunun 15-i tariximizə Milli Qurtuluş Günü kimi daxil olub. 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətini, müstəqilliyini, tarixini, bu gününü özünə qaytardı.” Bu fikirlər Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə keçirilən tədbirdə səsləndirilib. Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il 15 iyunun əhəmiyyətindən danışıb. Qeyd edib ki, Milli Qurtuluş Günü Azərbaycanın indiki reallıqlarının və xoşbəxt gələcəyinin rəhnidir. Milli Qurtuluş Gününün mahiyyətindən, onun müstəqil Azərbaycan dövlətinin formalaşmasında və inkişafındakı rolundan bəhs edən YAP Şəmkir rayon təşkilatı sədrinin müavini Məcid Şıxlıniski böyük qayıdışı doğuran səbəbləri, həmin vaxt cərəyan edən hadisələrin siyasi mahiyyətini açıqlayıb. O deyib: “Ulu öndər öz liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının ən uca zirvəsində dayanan nəhəng şəxsiyyətlərdəndir. Bu zirvədən bütöv bir xalqın - Azərbaycan xalqının dünəni, bu günü və sabahı görünür”. YAP Şəmkir rayon təşkilatı Gənclər Birliyinin sədri Emin İsmayılov 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə olunan uğurlardan, xalqın rifahının yaxşılaşdırılmasından, dövlətimizin dünyada yerinin və rolunun möhkəmləndirilməsindən danışaraq, bu gün Azərbaycanın dünyada söz və nüfuz sahibi olduğunu vurğulayıb. Partiyanın rayon təşkilatı sədrinin müavini Azad Şərifov xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin böyük risklərə baxmayaraq, xalqın qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdüyünü, bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurmanın səngidiyini, iqtisadi inkişafa, siyasi sabitliyə nail olunduğunu bildirib. Çıxışlarda Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində Azərbaycanın regionda və dünyada nüfuzunun daha da artdığı qeyd olunub.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
16.01.2019
Nazirin Xızı şəhərində vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi
16.01.2019
Kənd təsərrüfatı texnikasının ilk güzəştli satışı həyata keçirilib
15.01.2019
Təhlükəli hidrometeoroloji hadisə ilə bağlı qərargahlar yaradılıb
15.01.2019
Balaxanıda narkotacir saxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info