Makedoniya prezidenti ölkənin adının dəyişdirilməsini rədd edib
Tarix: 14.06.2018 | Saat: 01:33:00 | E-mail | Çapa göndər


Makedoniya prezidenti Qeorqe İvanov Skopye ilə Afina arasında imzalanmış, ölkənin adının dəyişdirilməsini nəzərdə tutan müqavilə ilə razılaşmadığını bəyan edib.
APA-nın məlumatına görə, bu barədə Tera TV xəbər verib.
“Bu müqavilə cəmiyyəti birləşdirmir, əksinə onu daha çox ayırır. Mən Makedoniya xalqının və Makedoniya Respublikasının vətəndaşlarının ləyaqətini pozmayacaq həll üçün çalışacağam”, deyə Q.İvanov qeyd edib. Onun sözlərinə görə, müqavilə ölkə konstitusiyasını pozur.
Q.İvanov həmçinin deyib ki, Makedoniyanın NATO və Avropa İttifaqına can atması bu addıma haqq qazandırmır: “Bu mənim yekun mövqeyimdir. Təzyiq, şantaj və təhdidlərlə məni sarsıtmağa imkan verməyəcəyəm. Bu zərərli müqaviləni təsdiq etməyəcəyəm”.
Bundan əvvəl Yunanıstan və Makedoniya arasında Makedoniya Respublikasının adının dəyişdirilməsinə dair razılığın əldə olunduğu bildirilirdi. Makedoniyanın baş naziri Zoran Zayev ölkənin Şimali Makedoniya adlandırılacağını bəyan etmişdi.




 
Bölməyə aid digər xəbərlər
19.08.2018
Əfqanıstan Prezidenti Qurban bayramı ilə əlaqədar “Taliban”la atəşkəs elan edib
19.08.2018
Suriyada İŞİD terrorçuları ilə ABŞ əsgərləri arasında qarşıdurma olub
19.08.2018
Erməni ekspertlər: Qızışan siyasi mübarizə Ermənistanın məhvinə səbəb olacaq
18.08.2018
Putindən Avstriya nazirinə toy hədiyyəsi: rəsm əsəri, qədim yağçəkən və Tula samovarı
18.08.2018
Vladimir Putin Berlinə səfər edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9904

1 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
2 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
3 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
4 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
5 Türkiyə mediası V Zirvə toplantısından yazır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info