Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin 25 illiyi ilə əlaqədar gümüş nişan buraxılıb
Tarix: 14.06.2018 | Saat: 09:25:00 | E-mail | Çapa göndər



Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov bu ölkənin xarici işlər naziri Vladimir Makey ilə görüşüb.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüş Azərbaycan ilə Belarus arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar təşkil edilib. Səfir Lətif Qəndilov ötən müddət ərzində iki ölkə arasında münasibətlərin inkişaf etdiyini və strateji tərəfdaşlıq səviyyəsinə çatdığını söyləyib. Bildirib ki, Azərbaycan və Belarus prezidentlərinin dostluq münasibətləri sayəsində ölkələr arasında əlaqələr daha da genişlənir. İki xalq qardaşlıq və dostluq münasibətlərini bundan sonra da inkişaf etdirəcək. Azərbaycan ilə Belarus arasında ticari-iqtisadi əməkdaşlıq əlaqələri iqtisadi kooperasiya və əmək bölgüsü istiqamətlərində inkişaf edir. Bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün istifadə olunmamış ehtiyatlar çoxdur.
Lətif Qəndilov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı Belarusun ədalətli mövqeyini yüksək qiymətləndirib, Belarus dövlətinə, xüsusən Prezident Aleksandr Lukaşenkoya dərin minnətdarlığını bildirilib.
V.Makey Azərbaycan ilə münasibətlərin Belarus üçün xüsusi önəm daşıdığını vurğulayıb. O, iqtisadi əlaqələrin genişlənməsini müsbət qiymətləndirərək, Minskdə Azərbaycan Ticarət Evinin (ATE) fəaliyyətindən razılığını bildirib və ATE-də Azərbaycanın aparıcı şirkətlərinin təmsil olunmasının vacibliyini söyləyib. Nazir Belarusun çətin günlərində Azərbaycan tərəfindən göstərilən köməkliyi yüksək dəyərləndirərərk bunun heç vaxt unudulmayacağını vurğulayıb.
Görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin payız aylarında Belarusa planlaşdırılan rəsmi səfəri ilə bağlı fikir mübadiləsi aparılıb.
Lətif Qəndilov Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin 25 illiyi ilə əlaqədar səfirlik tərəfində xüsusi gümüş nişan buraxıldığı və 25 illik tarixi əks etdirən kitabın çapa hazırlandığı barədə V.Makeyə məlumat verib. Vurğulayıb ki, 25 il ərzində iki ölkə arasında böyük tarix yazılıb və bu tarixi gələcək nəsillərə çatdırmaq çox vacibdir. Sözügedən kitaba 25 illik dövrü əhatə edən fotoşəkillər, təbrik məktubları və ölkələr arasında imzalanmış sənədlər daxil ediləcək.
V.Makey səfirliyin təşəbbüsünü dəstəkləyərək gələcək fəaliyyətində uğurlar arzulayıb.




 
Bölməyə aid digər xəbərlər
22.06.2018
Balakəndə yol tikintisinə vəsait ayrıldı
22.06.2018
Cənub Qaz Dəhlizi bütün Avrasiya uçun qlobal önəm daşıyır
21.06.2018
Həmvətənimiz Almaniyanın tibb üzrə ali elmi dərəcəsinə layiq görülüb
21.06.2018
“Bakı-Tbilisi-Qars dəmir yolu Əfqanıstanı Avropa ilə birləşdirən ən qısa və münasib yoldur”
21.06.2018
Azərbaycan rəqəmli bazarların uyğunlaşdırılmasına dair plenar iclasda təmsil olunub

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9443

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
5 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info