“Hər il əmək bazarına 100 mindən çox işçi qüvvəsinin daxil olmasına baxmayaraq, əmək bazarında sabitliyə nail olunub”
Tarix: 14.06.2018 | Saat: 11:31:00 | E-mail | Çapa göndər


Dünya Bankı tərəfindən Azərbaycanda iş yerləri ilə bağlı aparılan tədqiqatın ilkin nəticələri təqdim olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Dünya Bankının İş Yerləri ilə bağlı Tədqiqat və Strategiya, Ali Təhsil və Biznes İnkubatorları üzrə missiyası ilə görüş olub. Missiyaya Dünya Bankının proqram rəhbəri Lire Ersado, proqram üzrə baş iqtisadçı və tapşırıq qrupu rəhbəri İqor Keyfets, baş iqtisadçı Muhammed İhsan Ayvad, səhiyyə üzrə baş mütəxəssis Elvira Anadolu daxildir.
Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə sosial təminat sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsinin Azərbaycan Prezidenti İlham Əliyevin sosial inkişaf kursunun prioritetlərindən olduğunu vurğulayıb. Nazir ötən dövrdə bu istiqamətdə aparılan islahatlarda Dünya Bankı ilə birgə icra olunan layihələrin önəmini qeyd edib. S.Babayev əməkdaşlığın davamı kimi, Dünya Bankı ilə birgə 2008–2015-ci illərdə həyata keçirilən “Sosial müdafiənin inkişafı” layihəsinin ƏƏSMN-nin fəaliyyətinin gücləndirilməsi, sosial təminat proqramlarının ünvanlılığının təmin edilməsi, aktiv əmək bazarı proqramlarının düzgün idarə olunması üçün informasiya və idarəetmə sisteminin yaradılması, peşə standartlarının, modul təlim proqramlarının hazırlanması və s. kimi sahələrdə görülən işlərə töhfə verdiyini diqqətə çatdırıb. O, yeni Məşğulluq Strategiyasının layihəsinin hazırlanmasında da Dünya Bankı tərəfindən aktiv texniki dəstəyin göstərildiyini bildirib.
S.Babayev ölkəmizdə dövlətin davamlı dəstəyi ilə biznes mühitinin yaxşılaşdırılmasına və sahibkarlığın dəstəklənməsinə yönələn kompleks tədbirlərin qeyri-neft sektorunun genişlənməsinə səbəb olduğunu, uğurlu iqtisadi şaxələndirmə siyasətinin yeni iş yerlərinin açılmasının daimi xarakter alması ilə nəticələndiyini vurğulayıb. Nazir hər il əmək bazarına 100 mindən çox işçi qüvvəsinin daxil olmasına baxmayaraq, əmək bazarında sabitliyə nail olunduğunu qeyd edib. Dünya Bankının Azərbaycanda İş Yerləri ilə bağlı Tədqiqat və Strategiya layihəsinin əhəmiyyətindən bəhs edən S.Babayev layihə üzrə aparılan tədqiqatın inklüziv iş yerlərinin yaradılması üçün imkanların və ortaya çıxan çağırışların müəyyən olunmasında, Məşğulluq Strategiyası layihəsinin hazırlanmasında önəmli dəstək ola biləcəyini bildirib.
L.Ersado missiyanın öz fəaliyyətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə fəal əməkdaşlıq müstəvisində həyata keçirdiyini qeyd edib. O, ölkəmizdə dayanıqlı iqtisadi inkişafa xidmət edən siyasətin həyata keçirilməsində məşğulluq amilinin ön planda saxlanmasının, yeni iş yerlərinin açılmasının təqdirəlayiq olduğunu diqqətə çatdırıb. Azərbaycanda iş yerləri ilə bağlı tədqiqatın iş yerləri ilə bağlı yaxşı nəticələrin əldə olunması üçün ümumi biznes mühiti, rəsmi sektordakı işəgötürənlərin fəaliyyəti, işçi qüvvəsinin qiymətləndirilməsi kimi istiqamətləri əhatə etdiyi qeyd olunub.
Daha sonra Dünya Bankı tərəfindən Azərbaycanda iş yerləri ilə bağlı aparılan tədqiqatın ilkin nəticələri təqdim olunub. Təqdimat zamanı Azərbaycanda dayanıqlı iqtisadi inkişafın, o cümlədən qeyri-neft sektorunda tərəqqi meyllərinin təmin olunması, çoxsaylı yeni iş yerlərinin açılması, məşğulluq imkanlarının, məşğulluqdan əldə edilən gəlirlərin çoxalması, yoxsulluq səviyyəsinin kəskin şəkildə azalması və s. istiqamətlərdə əldə edilən nailiyyətlər də xüsusi vurğulanıb. Görüş layihə üzrə aparılan tədqiqatın ilkin nəticələrinin müzakirəsi ilə davam edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.06.2018
Neft hasilatının artırılması qərarını Azərbaycan da dəstəkləyib
23.06.2018
Kreditlərin 96,7 faizi banklar tərəfindən verilib
22.06.2018
“Azərbaycan İpək Yolunun bərpası ilə Bakı və Avropanı dəmir yolu ilə birləşdirir”
22.06.2018
OPEC: Neft tələbatı ikinci rübdə birinci rübdəkindən gündəlik 2 milyon barel çox olacaq
22.06.2018
“Türk Hava Yolları“ istiqamətlərin sayını 304-ə çatdırıb

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9452

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
5 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info