“Bakı Metropoliteni“nə yeni mətbuat katibi təyin edildi
Tarix: 14.06.2018 | Saat: 11:53:00 | E-mail | Çapa göndər


Bəxtiyar Məmmədov "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin olunub.
Qeyd edək ki, Bəxtiyar Məmmədov 1990-cı ildə Respublika rus dili olimpiadasının qalibi kimi M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna müsabiqədənkənar daxil olub və həmin institutu 1995-ci ildə fərqlənmə diplomu ilə bitirib.
Mətbuat sahəsində mütəmadi peşəkar fəaliyyətə 1997-ci ildə "Supersport" qəzetində başlayıb. Qəzetin şöbə müdiri və texniki redaktoru olub. 2000-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı olan "İdman" qəzetində şöbə müdiri vəzifəsində işləməyə başlayıb. Qəzetin baş redaktor müavini, baş redaktorun əvəzi vəzifələrində çalışıb və həmkarlar ittifaqı təşkilatının sədri olub. 10-dan artıq kütləvi və elektron informasiya vasitəsi ilə əməkdaşlıq edib.
Azərbaycan və rus dillərində məqalələri dərc olunub.
2009-cu ildə Bakı metropolitenində "Metro" qəzetinin redaksiyasına müxbir vəzifəsinə qəbul olunub. 2010-2016-cı illərdə qəzetin redaktor müavini vəzifəsində çalışıb. 2016-cı ildən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini vəzifəsində çalışır.
Azərbaycanda bədən tərbiyəsi və idman hərəkatı sahəsində dövlət siyasəti ilə bağlı 2 kitabın əsas müəlliflərindən biri olub. Bir neçə kitabın redaktoru olub.
2012-ci il noyabrın 5-də Milli Olimpiya Komitəsinin 20 illiyi münasibəti ilə bədən tərbiyəsi və idman sahəsindəki fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar jurnalist» fəxri adına layiq görülüb.
Xatırladaq ki, bundan əvvəl "Bakı Metropoliteni"nin mətbuat katibi Nəsimi Paşayev idi.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.06.2018
Ukraynada “Azərbaycan Ticarət Evi“ açılıb
22.06.2018
“Azərmarka” uşaqların çəkdiyi rəsmlərdən poçt açıqcası hazırlayıb
22.06.2018
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib
22.06.2018
Diaspor təşkilatı sədri jurnalistləri təltif edib
22.06.2018
Dövlətin və xalqın mənafeyinə xidmət edən dövlət qulluğu

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9452

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
5 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info