BİTKol-da Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirilib 
Tarix: 14.06.2018 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə kollecin direktoru, filologiya üzrə fəlsəfə doktoru, əməkdar müəllim Faiq Şahbazlı açaraq, 1991-ci ilin oktyabrında Azərbaycanın yenidən müstəqilliyə qovuşmasından sonra ölkə daxilində yaranmış vəziyyətdən, hakimiyyət böhranından söhbət açıb. Bildirib ki, müstəqilliyimizin ilk illərində ictimai həyatın bütün sahələrində xaos, hərc-mərclik hökm sürüb. Onun sözlərinə görə, Azərbaycanda hakimiyyət boşluğunun yaranması, ayrı-ayrı şəxslər və qruplar arasında vəzifə kürsüsü uğrunda mübarizənin getməsi həmin vaxt ölkəni çox ağır duruma salıb. Direktor qeyd edib ki, 1992-ci ilin mayın 14-də hakimiyyəti güc yolu ilə ələ keçirən Xalq Cəbhəsinin qeyri-sağlam fəaliyyəti nəticəsində Azərbaycan müstəqilliyini yenidən itirmək təhlükəsi ilə üzləşib. Hətta 1993-cü ilin yayında ölkə vətəndaş müharibəsi astanasında olub. F.Şahbazlı deyib ki, məhz belə bir vaxtda Azərbaycan xalqı müdrik qərar qəbul edib, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan ümummilli lider Heydər Əliyevi Bakıya dəvət edib. Ulu öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin dəvətini qəbul edərək iyunun 9-da Bakıya gəlib. Zəngin idarəetmə təcrübəsinə malik dünyaşöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyev qısa bir zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bilib. 1993-cü il iyunun 15-də isə ulu öndər Heydər Əliyev Ali Sovetin – indiki Milli Məclisin sədri seçilib. Beləliklə də 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil olub. Milli Məclis 1997-ci ildə 15 iyun tarixini bayram elan edib və artıq 25 ildir xalqımız bu günü bayram kimi qeyd edir.

Dəyirmi masada kollecin Tədris-istehsalat işləri üzrə direktor müavini, Yeni Azərbaycan Partiyası (YAP) BİTKol ilk partiya ərazi təşkilatının sədri Şakir Mikayılov, Azərbaycan dili və ədəbiyyat müəllimi Zəminə Həmzəyeva, Metodiki kabinetin müdiri, Həmkarlar Təşkilatının sədri Xəlil Bağırov, kollecin Fənn birləşmə sədrləri Şölə Əfəndiyeva, Rafiq Salahov, Gültəkin Zeynalova və başqaları da çıxış edərək, 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı olmadığını, həm də böyük ictimai, siyasi, tarixi əhəmiyyət daşıdığını bildiriblər. Qeyd olunub ki, 15 iyun xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan ümummilli lider Heydər Əliyevdir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
Əmək və əhalinin sosial müdafiəsi naziri Bərdədə vətəndaşlarla görüşüb
14.12.2018
“Bakcell” sosial şəbəkə istifadəçiləri üçün növbəti müsabiqə elan edib
14.12.2018
Bilik Fondu Moskvada keçirilən Assambleyada təmsil olundu
14.12.2018
Tələbələr Heydər Əliyev Mərkəzini ziyarət ediblər
14.12.2018
Dövlət Miqrasiya Xidmətinin mobil tətbiqi MİGAZ istifadəyə verildi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info