Elman Rüstəmov: “Bu ilin sonuna inflyasiyanın birrəqəmli həddə olacağı proqnozlaşdırılır“
Tarix: 14.06.2018 | Saat: 12:09:00 | E-mail | Çapa göndər


“2018-ci ilin sonuna inflyasiyanın birrəqəmli həddə olacağı proqnozlaşdırılır". Bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. “Ötən beş ayda orta inflyasiya 3,2 faiz olub. Tədiyyə balansının yaxşılaşması davam edib. ÜDM-in 15,4 faiz səviyyəsinə profisit formalaşıb. Beş ayda ticarət balansının müsbət saldosu 2,1 dəfə, xidmətlər balansının kəsiri 2 dəfədən çox azalıb, qeyri-neft sektoru 14,2 faiz yüksəlib. Əlverişli neft qiymətləri xarici sektor göstəricilərinin artmasına səbəb olub. İlin sonuna da ticarət balansının əlverişli olacağı gözlənilir. İqtisadi aktivlikdə başlamış müsbət dinamika da davam edib. Monetar şəraitin yüksəldilməsi tarazlı makroiqtisadi sabitlikdə balansın yaranmasına xidmət edib. Ötən müddətdə pul bazasına artmasına təsir göstərən monetar siyasət yürüdülüb. Xarici valyutada depozitlərin geniş pul kütləsində çəkisi 2,1 faiz olub", - deyə E.Rüstəmov vurğulayıb. AMB rəhbəri əlavə edib ki, inflyasiya dinamikasını nəzərə alaraq faiz dəhlizinin parametrləri növbəti dəfə avqustda müzakirə ediləcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.06.2018
Neft hasilatının artırılması qərarını Azərbaycan da dəstəkləyib
23.06.2018
Kreditlərin 96,7 faizi banklar tərəfindən verilib
22.06.2018
“Azərbaycan İpək Yolunun bərpası ilə Bakı və Avropanı dəmir yolu ilə birləşdirir”
22.06.2018
OPEC: Neft tələbatı ikinci rübdə birinci rübdəkindən gündəlik 2 milyon barel çox olacaq
22.06.2018
“Türk Hava Yolları“ istiqamətlərin sayını 304-ə çatdırıb

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9452

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
5 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info