Azərbaycan iqtisadiyyatı artıb
Tarix: 14.06.2018 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


Bu ilin yanvar-may aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1% artaraq 29294,0 mln. manata çatıb.
 
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib. Nəqliyyat və anbar təsərrüfatı sahələrində əlavə dəyər istehsalı 8,9%, informasiya və rabitə sahələrində 6,3%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 6,8%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 8,6%, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,4%, sənaye, həmçinin digər xidmət sahələrində 0,9% artıb, tikintidə isə 11,2% azalıb.
 
İqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 7,6% artıb, neft sektorunda isə 0,3% azalıb.
 
ÜDM istehsalının 48,8%-i sənayedə, 9,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1%-i nəqliyyat və anbar təsərrüfatı sahələrində, 6,7%-i tikintidə, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrində, 13,8%-i digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə ÜDM-in 7%-ni təşkil edib.
 
Əhalinin hər nəfərinə düşən ÜDM 2991,1 manata bərabər olub
Tural




 
Bölməyə aid digər xəbərlər
19.10.2018
Gürkan Kumbaroğlu: “Star” neft emalı zavodu gücümüzə güc qatacaq“
19.10.2018
Albaniyada TAP-ın dəniz hissəsinin tikintisinə başlanılıb
19.10.2018
Kənd təsərrüfatı naziri Masallıda cənub bölgəsinin vətəndaşlarını qəbul edib
19.10.2018
Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilir
19.10.2018
Gömrük-biznes münasibətləri beynəlxalq standartlara uyğun şəkildə tənzimlənir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10282

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info