Ərdoğan Putinə S-500 komplekslərinin birgə istehsalını təklif edib
Tarix: 14.06.2018 | Saat: 13:12:00 | E-mail | Çapa göndər


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinə S-500 zenit-raket komplekslərinin müştərək istehsalını təklif edib.
Ərdoğan, həmçinin S-400 komplekslərinin çatdırılması üzrə müqavilənin gedişindən danışıb. “Rusiya S-400 kompleksləri üçün bizə çox sərfəli şərtlərlə kredit təqdim edib. İkinci və üçüncü mərhələlərdə biz müştərək istehsalata başlayacağıq”, - deyə Ərdoğan bildirib.
Bundan başqa, Türkiyə lideri S-400 komplekslərinin alınması ilə bağlı ABŞ və NATO-nun tənqidlərinə də cavab verib: “Onlar nə üçün Yunanıstanda olan S-300 komplekslərinə görə səslərini çıxarmadılar? Türkiyəyə qarşı belə siyasəti başa düşmək olmur. Bizim müdafiə sənayemizin öz tələbləri var və biz onları təmin etməyə çalışacağıq”.
Xatırladaq ki, ötən ilin dekabrında Türkiyə və Rusiya S-400 kompleksləri ilə bağlı kredit sazişi imzalayıb. Müqaviləyə əsasən Ankara iki zenit-raket batareyası satın alacaq. Tərəflər, həmçinin S-400 komplekslərinin Türkiyədə istehsalı istiqamətində texniki əməkdaşliq barədə də razılığa gəliblər.
ABŞ və NATO üzvləri bu sövdələşməyə görə Ankaranı dəfələrlə tənqid edib. Birləşmiş Ştatların dövlət katibinin köməkçisi Uess Miçell S-400 komplekslərinin alınmasının Türkiyəyə F-35 təyyarələrinin çatdırılmasına mənfi təsir göstərəcəyini bildirib. Ankara buna cavab olaraq digər ölkələrdən qırıcı təyyarə alacağını deyib. Ərdoğan isə öz növbəsində Birləşmiş Ştatları F-35 təyyarələrinin çatdırılması sazişi üzrə öhdəliyini yerinə yetirməyə çağırıb.




 
Bölməyə aid digər xəbərlər
23.06.2018
Magistraturaya qəbul üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub
23.06.2018
Müdafiə sənayesi naziri Yavər Camalov vəfat edib
23.06.2018
Dəniz nəqliyyatı işçiləri təltif edilib
23.06.2018
Prezident İlham Əliyev Mozambik prezidentini təbrik edib
23.06.2018
Prezident bir qrup səhiyyə işçisini “Tərəqqi” medalı ilə təltif edib

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9452

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
5 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info