Elman Rüstəmov: “Devalvasiya üçün heç bir fundamental səbəb yoxdur“
Tarix: 14.06.2018 | Saat: 13:26:00 | E-mail | Çapa göndər


"Azərbaycanda devalvasiya üçün heç bir fundamental səbəb yoxdur". Bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Bu il neftin orta qiymətinin 70 dollar təşkil etdiyini deyən E.Rüstəmov bildirib ki, bu ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 30% yüksəkdir. "Neftin qiymətinin yüksək olması səbəbindən ölkənin strateji valyuta ehtiyatları, Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasına səbəb oldu. Nəticədə strateji valyuta ehtiyatları 2,1 milyard dollar artdı. Daxili bazarda valyuta ehtiyatları artırsa, deməli valyuta təklifi tələbdən yüksəkdir. Həmişə bu balansa diqqət yetirmək lazımdır. Milli valyutanın məzənnəsi heç də həmişə Azərbaycan Mərkəzi Bankının hədəfi olmur. Bizim əsas hədəfimiz inflyasiyadır. Düzdür, məzənnədə hədəflərdəndir. Amma məzənnənin inflyasiyaya təsiri əsas hədəflərdəndir", - deyə E.Rüstəmov vurğulayıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.06.2018
Neft hasilatının artırılması qərarını Azərbaycan da dəstəkləyib
23.06.2018
Kreditlərin 96,7 faizi banklar tərəfindən verilib
22.06.2018
“Azərbaycan İpək Yolunun bərpası ilə Bakı və Avropanı dəmir yolu ilə birləşdirir”
22.06.2018
OPEC: Neft tələbatı ikinci rübdə birinci rübdəkindən gündəlik 2 milyon barel çox olacaq
22.06.2018
“Türk Hava Yolları“ istiqamətlərin sayını 304-ə çatdırıb

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9452

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
5 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info