Qarabağın maddi-mədəni irsinin qorunması mövzusunda konfrans təşkil olunacaq
Tarix: 14.06.2018 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva İstanbul şəhərində İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş direktoru Halit Erenlə görüşüb.
Fonddan bildirilib ki, görüşdə Günay Əfəndiyeva fondun prioritet məqsədlərindən danışıb, son illər türk dünyası mədəniyyətini və irsini qorumaq, öyrənmək və təbliğ etmək məqsədilə qurumun həyata keçirdiyi tədbirlər, layihələr və proqramlardan söhbət açıb.
IRCICA-nın baş direktoru Halit Eren fondun türkdilli xalqların zəngin mədəni irsinin, tarixi abidələrinin mühafizəsi istiqamətində gördüyü işlərin əhəmiyyətini vurğulayaraq, ona bu istiqamətdə hər zaman dəstək göstərməyə hazır olduğunu qeyd edib.
Görüşdə IRCICA ilə Fond arasında ötən il imzalanmış Anlaşma Memorandumu əsasında əməkdaşlıq münasibətlərinin daha da gücləndirilməsi üçün yaxın gələcəkdə yeni layihələrin icrası ilə bağlı fikir mübadiləsi də aparılıb. Dağlıq Qarabağ ərazisində dağıdılan və ya məhv olma təhlükəsi ilə üzləşən maddi-mədəni irsin qorunması mövzusunda bu il birgə konfransın təşkili qərara alınıb.
Sonda qurumlar arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən birgə həyata keçiriləcək digər proqramlar barədə danışıqlar aparılıb.




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
Əmək və əhalinin sosial müdafiəsi naziri Bərdədə vətəndaşlarla görüşüb
14.12.2018
“Bakcell” sosial şəbəkə istifadəçiləri üçün növbəti müsabiqə elan edib
14.12.2018
Bilik Fondu Moskvada keçirilən Assambleyada təmsil olundu
14.12.2018
Tələbələr Heydər Əliyev Mərkəzini ziyarət ediblər
14.12.2018
Dövlət Miqrasiya Xidmətinin mobil tətbiqi MİGAZ istifadəyə verildi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info