Gələn il Xaçmazda toxum emalı fabriki istifadəyə veriləcək
Tarix: 14.06.2018 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


Xaçmaz rayonunda inşa olunan toxum emalı fabrikinin tikintisi işlərinin 50 faizi yekunlaşıb.
İllik istehsal gücü 3 min ton olan fabrik rayonun Qaraçay-cek kəndində inşa olunur.
Tikinti işlərinə dekabrın əvvəllərindən başlanılıb. 2018-ci ildə istifadəyə veriləcək toxumçuluq müəssisəsində istehsal edilən, eyni zamanda, fərdi toxumçuluq təsərrüfatlarından tədarük olunan toxumların təmizlənməsi, paketlənməsi, sertifikatlanması həyata keçiriləcək. Toxumçuluq müəssisəsində quraşdırılacaq avadanlıqlar Türkiyədən gətirilib.
Müasir toxumçuluq mərkəzi toxum laboratoriyasından, hərəsindən iki ədəd olmaqla tutumları 1000 və 500 tonluq anbarlardan, qapandan və inzibati binadan ibarət olacaq.
Fabrikin fəaliyyətə başlaması şimal bölgəsindəki taxıl istehsalçılarının yüksək reproduksiyalı toxumlarla təmin edilməsində vacib rol oynayacaq. Burada taxıl istehsalının artırılmasında məhsuldar, yerli iqlim şəraitinə və xəstəliklərə davamlı toxumların istehsalı həyata keçiriləcək.
Rayondakı ən böyük toxum istehsalçısı olan Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Ortaq Müəssisəsinin direktoru İmamhüseyn Şirinov AZƏRTAC-a müsahibəsində bildirib ki, fabrikdə yüksək standartlara cavab verən toxum təmizləmə qurğuları quraşdırılacaq. Köhnə avadanlıqlar saatda 1 ton olmaqla bir mövsüm ərzində 940 ton toxum təmizləməyə imkan verirdi. Yeni qurğular sayəsində əvvəlkindən 5 dəfə çox toxum təmizlənəcək.
Yeni yaradılan fabrikdə şimal bölgəsində məhsuldarlığı ilə seçilən “Qobustan”, “Qarabağ-22”, “Fatimə” kimi sortların istehsalına üstünlük veriləcək.
Toxum emalı fabrikinin 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulub.
Fuad




 
Bölməyə aid digər xəbərlər
23.10.2018
Temperatur 28 dərəcəyədək yüksələcək
22.10.2018
Ramin Quluzadənin Beyləqanda vətəndaşlarla görüş vaxtı dəyişdi
22.10.2018
İmişlidə 48 mənzilli yaşayış binası tikiləcək
22.10.2018
Şabranda xalça istehsalı müəssisəsinin tikintisi ilin sonuna kimi yekunlaşacaq
22.10.2018
Avtobusda gizlədilən on min siqaret aşkara çıxarıldı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10306

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info