Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində çox mühüm yer tutur
Tarix: 14.06.2018 | Saat: 14:25:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. BANM-dən bildirilib ki, tədbirdə çıxış edən rektor Elmar Qasımov Azərbaycanın dövlətçilik tarixində çox mühüm yer tutan Milli Qurtuluş Gününün əhəmiyyətindən danışıb. Rektor qeyd edib ki, Azərbaycanda 1993-cü ilin yayında ictimai-siyasi böhranın baş verdiyi və vətəndaş müharibəsi təhlükəsinin yarandığı bir dövrdə ümummilli lider Heydər Əliyev xalqın istəyi ilə Naxçıvandan Bakıya gəlib. Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan xaos, anarxiya, vətəndaş müharibəsi və parçalanmaq təhlükəsindən xilas olunub. Bu gün Azərbaycanın dünyada söz və nüfuz sahibi olan demokratik, dünyəvi dövlət kimi tanındığını bildirən E.Qasımov diqqətə çatdırıb ki, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə işıqlı gələcəyə doğru inamla addımlayır.
Ali məktəbin ingilis dili və humanitar fənlər mərkəzinin dosenti, tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev bildirib ki, qurtuluşun ilk gərgin 5 ilində ümummilli lider Heydər Əliyev 33 ölkəyə 79 səfər edib, 232 tədbirdə iştirak edərək 431 sənəd imzalayıb. Daha sonra alim neft diplomatiyası və “Əsrin müqaviləsi”nin imzalanması, dünya siyasətində Azərbaycanın mövqeyinin möhkəmlənməsi, beynəlxalq iqtisadi münasibətlərdə ölkəmizin söz sahibinə çevrilməsinin arxasında duran məqsədyönlü və uğurlu siyasətdən bəhs edib. O, həmçinin Ulu Öndər tərəfindən atılmış uğurlu diplomatik addımlardan - atəşkəs və daxili sabitliyin yaradılması, neft siyasətinin formalaşdırılması, Qarabağ problemi üzrə regional və beynəlxalq müstəvidə aparılan danışıqlar haqqında tədbir iştirakçılarına məlumat verib.
Tədbirin sonunda ümummilli lider Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.06.2018
Akif Əlizadə AMEA prezidenti vəzifəsinə təsdiq edilib
23.06.2018
Namiq Əliyev: “Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır ”
23.06.2018
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 illik yubileyi qeyd edilib (Yenilənib)
22.06.2018
“Sevindirici haldır ki, QHT-lərin 99 faizi dövlətçiliyi təbliğ edir”
22.06.2018
Bilik Fondu Folklor İnstitutunda

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9452

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
5 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info