Azərbaycanın xaos və anarxiyadan qurtuluş tarixi
Tarix: 13.06.2018 | Saat: 14:44:00 | E-mail | Çapa göndər


Yaxşı xatirimdədir. Baxmayaraq ki, 25 il əvvəl ölkədə baş verən hadisələr ərəfəsində orta məktəbin ilk siniflərində oxuyurdum, ancaq həmin dövrdə yaşananlar indi də bir lent kimi gözümün önündən keçir. Düzdür, əslində nə baş verdiyini dərk etmirdik. Sadəcə böyüklərimizin simasında əksini tapan narahatçılıq ifadələri, hər kəsin “bunun sonu necə olacaq?” kimi sualı bizlərin uşaq dünyasına da bir sıxıntı, çətinlik gətirmişdi. Ancaq eşitdiyimiz ümid dolu ifadələr nədən və hansı səbəbdən bizim uşaq dünyamıza sıxıntı, gərginlik gətirən bu hadisələrin tezliklə yoluna qoyulacağı əminliyi yaradırdı.
Və o zaman evdə valideynlərimizin, məktəbdə müəllimlərimizin etdikləri söhbətlərə qulaq verəndə eşitdiyim bir ifadə məni düşündürürdü. Hərkəs “Bu vəziyyətdən çıxış yolunu ancaq o kişi tapa bilər” dedikdə kimi nəzərdə tuturdu. İstər-istəməz həmin şəxsin kimliyi, nəyə qadir olduğu məndə maraq yaradırdı. Sonradan məlum olacaqdı ki, bu şəxs Azərbaycanı məhv olmaqdan, onu parçalanmaqdan xilas edən, bugünkü müstəqil Azərbaycanın inkişafının təməl daşını qoyan ümummilli lider Heydər Əliyevdir.
25 il əvvəlin bu günlərində hər kəs Heydər Əliyevin Bakıya dönüşünü səbirsizliklə gözləyirdi. Çünki o dövrdə yaranmış ağır siyasi durum, vətəndaş qarşıdurmasından ölkəni yalnız və yalnız Heydər Əliyev xilas edə bilərdi. Və belə də oldu. Xalqın təkidli tələbi ilə 1993-cü ilin qızmar iyun günlərində Bakıya qayıdan ümummili lider Heydər Əliyevin ilk işi məhz ölkədə yaranmış vətəndaş qarşıdurmasını yoluna qoymaq oldu. Zəngin siyasi təcrübəsi və bacarığı ilə buna nail olan Heydər Əliyev Bakıya qayıdışı ilə Azərbaycanı xaos, anarxiya, ən əsası parçalanma və müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Çünki hər kəsə bəllidir ki, o zaman Gəncədə baş verən qiyamda xarici dairələrin də əli vardı və xüsusilə Rusiya bu qiyama dəstək verməklə Azərbaycanda özünə yaxın bir hakimiyyətin formalaşması və bununla da Bakını yenidən nəzarət altına alaraq onun müstəqilliyinə son qoymağı planlayırdı. Lakin ümummilli lider Heydər Əliyev Azərbaycana qarşı hazırlanmış bu planın qarşısını almağa müvəffəq oldu.
Heydər Əliyev 25 il əvvəl ikinci dəfə hakimiyyətə qayıtmaqla eyni zamanda Azərbaycanın siyasi və iqtisadi cəhətdən inkişafının təməlini qoydu. Qısa müddətdə ölkədə vətəndaş qarşıdurmasını aradan qaldıran, xaos, anarxiyaya son qoyan ümummilli liderin sonrakı mərhələdə qarşısında duran ən ümdə məsələ Azərbaycanın siyasi və iqtisadi baxımdan inkişafına nail olmaq idi. Əvvəlki hakimiyyətlərin səhvi səbəbindən bir çox ölkələrlə münasibətlərin pozulması həmin dövrdə Azərbaycanı beynəlxalq arenada müdafiəsiz vəziyyətdə qoyurdu. Bu səbəbdən erməni lobbisi bəlli beynəlxalq təşkilat və qurumlarda asanlıqla Azərbaycan əleyhinə bəyanatların, qərarların qəbul edilməsini reallaşdıra bilirdi. Lakin ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra bu mənfi tendensiya tədricən aradan qalxmağa başladı və Ulu Öndərin beynəlxalq təşkilatlar və qurumlar, ayrı-ayrı ölkələrlə qurduğu səmərəli, faydalı, qarşılıqlı anlaşmaya hesablanmış əməkdaşlığı Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi ilə yanaşı, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması baxımından da faydalı oldu.
Ümummilli liderin o dövrdə qarşısında duran ikinci əsas məsələ ölkənin iqtisadi inkişafına nail olmaq idi. Elə məhz beynəlxalq təşkilat və qurumlar, ayrı-ayrı ölkələrlə qurulan qarşılıqlı faydalı əməkdaşlıq Azərbaycanın iqtisadi sahədə inkişafına da zəmin yaratdı. Daha dəqiq desək ümummili lider Heydər Əliyevin gərgin əməyi və fəaliyyəti nəticəsində 1994-cü ilin sentyabr ayında imzalanan “Əsrin müqaviləsi” ilə Azərbaycanın iqtisadi inkişafınınn da demək olar ki, təməli qoyuldu. Beləliklə, 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycanı xaos, anarxiya, parçalanmadan xilas etməklə yanaşı, həm də çətin iqtisadi durum, böhran vəziyyətindən qurtardı. Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası ilə Azərbaycanın iqtisadi inkişafına zəmin yarandı.
Sevindirici hal ondan ibarətdir ki, bu gün ümummilli lider Heydər Əliyevin başlamış olduğu yol,  əsasını qoyduğu bu siyasət uğurla davam etdirilir. Məhz zamanında ümummilli liderin təməlini möhkəm əsaslar üzərində qoyduğu neft strategiyası Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi layihələrin reallaşdırılmasına, eyni zamanda “Şahdəniz”, Cənub Qaz Dəhlizi, TANAP, kimi qlobal əhəmiyyətli layihələrdə bilavasitə iştirak etmək imkanları yaradıb. Məhz bütün bunların reallaşmasının ümummilli liderin zamanında atmış olduğu düzgün və düşünülmüş siyasət nəticəsində mümkün olduğunu hər bir Azərbaycan vətəndaşı dərk etdiyi üçün günümüzdə Ulu Öndər böyük ehtiram və sayğı hissi ilə anılır.
Aygün Osmanova
Yeni Azərbaycan Partiyasının üzvü 




 
Bölməyə aid digər xəbərlər
20.08.2018
Fiziki məhdudiyyəti olanların yaradıcılıq sərgi-müsabiqəsi keçiriləcək
20.08.2018
Milli Qəhrəman Çingiz Qurbanova həsr olunmuş tədbir keçirilib
20.08.2018
UNEC nüfuzlu CFA İnstitutunun akkreditasiyasını qazanıb
18.08.2018
Dövlət qulluğuna qəbul üçün növbəti imtahan keçirilir
18.08.2018
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 99 il ötür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9916

1 “İrəvanın Moskvaya olan borclarını Koçaryanla Sarkisyan qaytarmalıdır”
2 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
3 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
4 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”
5 Orxan Camal Kazanda anılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info