“Sosial xidmətlər sahəsində beynəlxalq standartlara uyğun yeni modelin tətbiqi istiqamətində ciddi addımlar atılmalıdır”
Tarix: 14.06.2018 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sosial xidmət və reabilitasiya müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, bu sahələrdə göstərilən xidmətlərin keyfiyyətinin artırılması məsələlərinə dair müşavirə keçirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Azərbaycan Prezidenti Эlham Əliyevin sosial sahəyə xьsusi qayрэsэnэn daha bir təzahьrь kimi, цtən dцvrdə цlkədə sosial xidmət və reabilitasiya mьəssisələri єəbəkəsi əhəmiyyətli єəkildə geniєləndirilib, bцlgələrdə əlilliyi olan insanlar ьзьn yeni reabilitasiya mərkəzləri, habelə son illər Bakıda müəyyən yaşayış yeri olmayan şəxslər və baxımsız, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün sosial müəssisələr yaradılıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın humanist təşəbbüslərinin nəticəsi olaraq, Abşeron rayonunda iki yaşayış evi inşa olunaraq, 243 mənzil dövlət uşaq müəssisələrinin məzunlarına təqdim olunub. “Məzun evi” Sosial Müəssisəsi kimi fəaliyyət göstərən həmin müəssisədə bu təbəqədən olan gənclər üçün daha bir yaşayış binasının inşası da yekunlaşır. Eləcə də Fondun dəstəyi ilə son illərdə Bakıda Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi fəaliyyətə başlayıb, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb.
Nazir qeyd edib ki, hazэrda sosial xidmət mьəssisələrində 1300-dək єəxs, o cьmlədən 290 nəfər saрlamlэq imkanlarэ məhdud uєaq dцvlət təminatэnda yaюayэr. Bu mьəssisələr mьvafiq kateqoriyalardan olan єəxslərə stasionar єəraitdə sosial xidmətlərin gцstərillməsi ьзьn nəzərdə tutulub. Gцstərilən xidmətlər yeni, mьasir, reabilitasiya məqsədli yanaєmalar əsasэnda təkmilləєməli, xidmət gцstərilən єəxslərin yaюayэю tərzində, həyatэnda mьsbət dцnьєə, pozitiv keyfiyyət dəyiєikliyinə, fəal həyata dцnьєьnə zəmanət verə bilən istiqamətdə qurulmalэdэr. Onlardan əmək qabiliyyətli єəxslərin məюрulluрuna, o cьmlədən цzьnьməюрulluрuna yцnəlik tədbirlər də gцrьlməlidir. Ьmumilikdə, sosial xidmətlərin keyfiyyəti artırılmalı, bu sahədə şəffaflıq tam təmin edilməli, beynəlxalq standartlara uyğun yeni sosial xidmət modelinin tətbiqi yönündə ciddi addımlar atılmalıdır. Sosial işçi personalının bilik və bacarıq səviyyələri artırılmalı, onların fəaliyyəti ilə bağlı təkmil monitorinq-qiymətləndirmə sistemi formalaşdırılmalıdır.
S.Babayev vurğulayıb ki, dövlət başçısının tapşırığı əsasında son illərdə reabilitasiya infrastrukturunun ən müasir tələblərə uyğun qurulması üçün mühüm işlər görülür. Artıq nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində, Uşaq Bərpa Mərkəzində, Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində yüksək standartlara uyğun reabilitasiya şəraiti mövcuddur. Mərdəkan Müalicə Pansionatında da əsaslı təmir və yenidənqurma işləri artıq yekunlaşır və burada da müasir bərpa-müalicə şəraiti yaradılır. Digər bərpa müəssisələrində də bu istiqamətdə işlər davam etdirilir. Təkcə bu ilin 5 ayında nazirliyin bərpa mərkəzlərində 9000-dən çox şəxsə stasionar və ambulator şəkildə reabilitasiya xidmətləri göstərilib. Lakin qeyd olunanlarla yanaşı, əlilliyi olan şəxslər arasında reabilitasiya səviyyəsi xeyli aşağı səviyyədədir. Ona görə də bərpa mərkəzlərinin fəaliyyətinin səmərəliliyi əlilliyi olan şəxslərin sağlamlığının bərpasında əldə etdikləri nəticələrlə, reabilitasiya səviyyəsinin artması ilə ölçülməlidir. Bu prinsp əsasında qiymətləndirmə mexanizmi tətbiq edilməlidir. Reabilitasiya sistemi tibbi yanaşma ilə bərabər, eyni zamanda, sosial yönümlü olmalı, müvafiq şəxslərin cəmiyyətə fəal inteqrasiyasında da öz rolunu oynamalıdır.
Nazir reabilitasiya müəssisələrində tətbiq olunan bərpa müalicəsi prosedurlarının təkmilləşdirilməsinin, həkim-reabilitoloqların peşəkarlığının artırılmasının, ümumilikdə bu müəssisələrin konkret səmərəli nəticələrə yönələn fəaliyyət mexanizminin qurulmasının vacibliyini qeyd edib.
S.Babayev diqqətə çatdırıb ki, həm sosial, həm də reabilitasiya xidmətləri sahəsində işlərin əsas məqsədi həmin insanların həyata dönüşünə, onların cəmiyyətə qazandırılmasına nail olmaqdır. Ona görə də bu müəssisələrdə hər bir şəxslə bağlı fərdi reabilitasiya planı hazırlanmaqla iş aparılmalıdır. Eyni zamanda, xidmət göstərilən insanlar özlərini daim qayğı mühitində hiss etməlidirlər, onlara mehriban münasibət göstərilməlidir, etik davranış qaydalarına ciddi riayət olunmalıdır.
Müşavirədə sosial xidmət və reabilitasiya müəssisələrinin fəaliyyəti ətraflı müzakirə olunub, bu sahələrdə göstərilən xidmətlərin keyfiyyətinin artırılması üçün strateji yanaşmaları əks etdirən təkliflər əsasında tədbirlər proqramının hazırlanması qərara alınıb, nazirliyin müvafiq struktur bölmələrinin rəhbərlərinə aidiyyəti üzrə tapşırıqlar verilib.

Tural Taрэyev




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni Qaydaların layihəsi hazırlanır
18.03.2019
Aprelin 1-dən yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
3 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info