“Heydər Əliyevin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi”
Tarix: 14.06.2018 | Saat: 18:48:00 | E-mail | Çapa göndər


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 15 iyun – Milli Qurtuluş günü ilə bağlı tədbir keçirilib.
Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Dövlət Agentliyinin akt zalında keçirilən iclası giriş nitqi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov açıb.
Saleh Məmmədov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. O, hər bir xalqın tarixində onun müstəqillik, milli azadlıq uğrunda apardığı mübarizənin böyük rolu olduğunu qeyd edib.
İdarə Heyətinin sədri bildirib ki, bu müstəqillik və azadlıq heç də asan qazanılmır, bütün xalqlara və millətlərə qismət olmur, çünki müstəqilliyi qazanmaqla yanaşı, onu həm də qoruyub saxlamaq vacib şərtdir. Saleh Məmmədov ölkədə ictimai-siyasi sabitliyə məhz 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra nail olunduğunu vurğulayıb. Ulu öndərin bu müdrik addımı ölkədə sosial-iqtisadi və siyasi inkişafın əldə olunmasında, dövlətimizin möhkəmlənməsində və Azərbaycan dövlətçiliyinə yönəlmiş qəsdlərin qarşısını almasında böyük rol oynayıb.
İdarə Heyətinin sədri Saleh Məmmədov həmçinin qeyd edib ki, ümummilli lider Heydər Əliyevin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi və ölkəni gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevirdi. Dahi lider Heydər Əliyevin əsasını qoyduğu müdrik və uzaqgörən siyasət nəticəsində bu gün Azərbaycanın regionda müstəqil, güclü dövlətə çevrildiyini söyləyən S.Məmmədov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin ulu öndərin ideyalarını uğurlu davamçısı olduğunu bildirib.
Sonda S.Məmmədov 15 iyun - Milli Qurtuluş Günü, həmçinin Ramazan bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
Azərbaycan baramaya olan tələbatı yerli istehsalla ödəyəcək
12.12.2018
Azərbaycan mülki aviasiya sahəsi üzrə Avropa və MDB-də ən yüksək nəticə əldə edib
12.12.2018
Mikayıl Cabbarov: 2019-cu ildə maarifləndirmə tədbirlərinin artırılmasına xüsusi önəm veriləcək
12.12.2018
Tələbələrə məşğulluq, iş, təcrübə imkanları təklif edən sərgi
12.12.2018
Mərkəzi Bank 500 avro nominallı pul nişanı ilə bağlı açıqlama yayıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 ВЕЛИКИЕ В ИСТОРИИ. Гейдар Алиев – человек с большим сердцем. Воспоминания бывшего мэра Москвы Юрия Лужкова


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info