Əli Əhmədov: “Azərbaycanın sürətli inkişaf dövrü məhz Milli Qurtuluş Günü ilə başladı”
Tarix: 14.06.2018 | Saat: 18:57:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib. Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov tədbirdə çıxış edərək 15 iyun tarixinin Azərbaycan tarixində özünəməxsus yerindən danışıb, bu günün xalqımızın taleyində dönüş anı olduğunu vurğulayıb. Bildirib ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdəki hərc-mərclik, təlatümlü ictimai-siyasi vəziyyətə son qoyuldu. “Bildiyimiz kimi, o dövrdə ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində gərgin vəziyyət mövcud idi. Bu vəziyyətdən istifadə edən Ermənistan torpaqlarımızı işğal edirdi. Təbii ki, o dövrdə Azərbaycanı sevən insanlar ölkəmizin bu vəziyyətdən çıxarılmasının vacibliyini başa düşürdülər. Bunu bacara bilən yeganə insan isə ümummilli lider Heydər Əliyev idi. Beləliklə, Ulu Öndər xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdı. Məhz bundan sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu, respublikamızda mühüm siyasi və iqtisadi islahatlar həyata keçirildi, neft strategiyası reallaşdırıldı, cəbhədə atəşkəs əldə olundu, nizami ordu quruculuğu prosesinə başlanıldı, cəmiyyətin inkişafı üçün fundamental əsaslar yaradıldı”,-deyə Əli Əhmədov vurğulayıb.
Qeyd edilib ki, Ulu Öndərin işləyib hazırladığı müasir müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycanın uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyub. Azərbaycanın sürətli inkişaf dövrünün məhz Milli Qurtuluş Günü ilə başladığını vurğulayan Əli Əhmədov həmin siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Milli Məclisin komitə sədri, YAP Siyasi Şurasının üzvü Eldar İbrahimov qurtuluşa gedən yolun çox çətin olduğunu deyib. Çünki o dövrdə Azərbaycanda yarıtmaz, ancaq öz mənfəətini düşünən insanlar hakimiyyətdə idilər. Belə bir dövrdə ulu öndər Heydər Əliyevin ətrafında toplaşan, öz xalqının mənafeyini hər şeydən üstün tutan insanlar bilirdilər ki, yeni bir siyasi partiyanın yaradılmasına ehtiyac var. Bu partiya Yeni Azərbaycan Partiyası oldu. Xilaskarlıq missiyasını öz üzərinə götürərək hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Ölkədə siyasi sabitlik yaratdı. Ulu öndər Heydər Əliyev ölkə rəhbərliyinə qayıtdıqdan sonra Azərbaycanın geosiyasi imkanlarından istifadə edərək müstəqilliyini qoruyub saxlamağa, ölkəmizi sürətli inkişaf yoluna çıxarmağa, xalqımızın milli-mənəvi sərvətlərinə sahib çıxmasına, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının vahid məfkurə ətrafında birləşdirilməsinə nail oldu.
Məhz Ulu Öndərin səyləri nəticəsində “Əsrin müqaviləsi”nin imzalandığını bildirən Eldar İbrahimov deyib ki, bu gün Prezident İlham Əliyev Ulu Öndərin başladığı enerji, nəqliyyat layihələrini uğurla davam və inkişaf etdirir. Bu gün aparılan düzgün iqtisadi siyasət nəticəsində həm vətəndaşlarımız firavan həyat sürür, həm də Azərbaycan Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayır.
YAP-ın gənc fəallarından Süleymanlı Rəna Milli Qurtuluş Gününün müasir Azərbaycan gənclərinin inkişafında yeri və rolunu xüsusi vurğulayıb. Qeyd edib ki, gənclərimiz Milli Qurtuluş Gününün əhəmiyyətini, ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərini dərindən öyrənməli, Prezident İlham Əliyevin həyata keçirdiyi və ölkəmizin sürətli inkişafını təmin edən dövlət siyasətinə sadiq qalaraq, Azərbaycanın tərəqqisinə mühüm töhfə verməlidirlər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
TÜRKPA Katibliyində Novruz bayramı münasibətilə tədbir keçirilib
19.03.2019
Fond yaranmasının 10-cu ildönümü və Novruz bayramı münasibətilə təntənəli mərasim təşkil edib
18.03.2019
Əfv sərəncamlarının verilməsi humanizm, əxlaqi və cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyır
18.03.2019
Əfv sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi
18.03.2019
Millət vəkili: Əfv sərəncamı ümumi ictimai həmrəylik baxımından da əlamətdar hadisəyə çevrildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
3 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info