Paşinyan hökumətində ilk çatlar
Tarix: 14.06.2018 | Saat: 19:51:00 | E-mail | Çapa göndər


Hər şeydən əvvəl xatırlatmaq yerinə düşər ki, vaxtilə küçələrə çıxan erməni xalqını Paşinyanı hakimiyyətə gətirməkdən daha çox, Serj Sarkisyanı hakimiyyətdən kənarlaşdırmaq maraqlandırırdı. Onlar üçün hakimiyyətə kimin gələcəyi o qədər də önəm kəsb etmirdi.
Təbii ki, xalqın bu narazılıqlarından yararlanmağa çalışanlar Nikol Paşinyanı meydana buraxdılar. Şübhəsiz ki, xalqın Sərkisyan hakimiyyətinə qarşı olan narazılığı ölkədəki ağır iqtisadi-siyasi, sosial vəziyyətdən irəli gəlirdi. Paşinyan etirazçılar qarşısındakı populist çıxışları ilə onların «rəğbətini» qazana bildi. Onu da qeyd edək ki, Paşinyanın hakimiyyətdə olduğu qısa dövr, onun Erməsnistanın hazırkı vəziyyəti üçün o qədər də məqbul kadr olmadığını ortaya qoymaqdadır. Vaxtilə narazı xalqın lideri olmağı bacaran Paşinyanı, belə görünür ki, siyasi lider kimi dəyərləndirmək doğru olmaz. Deyəsən, Paşinyan özü də bunu anlamağa başlayıb. Bunu Paşinyan hökumətindəki son yaşantılar da göstərir.
«Sputnik-Armeniya» saytı Ermənistan parlamentinə erkən seçkilərin yaxınlaşdığını xatırladaraq, artıq Nikol Paşinyan hökumətindəki ziddiyyətlərin artmağa başladığını yazır: «Ermənistanın yeni formalaşan hökumətində artıq ilk qarşıdurmalar meydana çıxmaqdadır. Qarşıdurmanın başlıca səbəbi yeni pensiya sisteminin zəruri komponentinin qüvvəyə minməsi ilə ortaya çıxıb».

Sayt daha sonra yazır: «Hökumətin qərarına əsasən, məcburi maliyyələşdirilən sistem saxlanılaraq , iyulun 1-dən etibarən qüvvəyə minsə də, yığılmış vəsaitlərin nisbəti dəyişdirilir. Belə ki, əgər əmək haqqının 10 faizi pensiya fondu tərəfindən tutulurdusa, artıq iyulun 1-dən büdcə payının artması ilə nisbət 2,5 / 7,5 faiz səviyyəsində dəyişəcək.»
Sayt yazır ki, Ermənistanın əmək və sosial işlər naziri Mane Tandilyanın belə bir maliyyələşdirilmə sisteminə qarşı çıxması onun Paşinyanla ixtilafına səbəb oldu. Nəticədə öz vəzifəsindən istefa verən Mane Tandilyan Paşinyanla birgə təmsil olunduğu «Elk» blokundakı fəaliyyətini də dondurdu.

Son günlər siyasi alyans daxilində baş verənlərə diqqət çəkən sayt, keçiriləcək erkən parlament seçkilərində Paşinyan partiyasının müstəqil olaraq iştirak edəcəyini bildirir. Saytın iddiasına görə, baş nazirin mövcud reytinqi onun siyasi qüvvədən özünü ayırmağa və öz oyununu aparmağa imkan verir. Maraqlıdır ki, Paşinyan partiyasının təcrid kimi dəyərləndirilən bu hərəkələri hökumətdə və parlament fraksiyasında da müşahidə edilməkdədir. Qeyd edək ki, «İşıqlı Ermənistan» partiyası Paşinyanın bəzi təyinatları ilə artıq razılaşmır. Bu baxımdan Tandilyanın nazirlikdən istefa etməsi alovun üzərinə əlavə benzin tökmək effekti yaratdı. Deyilənə görə, "Elk" parlament fraksiyasının rəhbəri Edmond Marukyanla baş nazir Paşinyanın komandası arasında da soyuqluq yaranıb. Qəribədir ki, Paşinyan hökumətində portfellərə malik olan "Sarukyan" bloku ilə yanaşı, "Daşnaksütyun" partiyası da bu qarşıdurmada fəal iştirak edirlər.
Maraqlıdır ki, iqtisadi inkişaf naziri Artsvik Minasyan da, Tandilyan kimi, yeni maliyyələşdirmə sistemə qarşı çıxmasına baxmayaraq, hələ ki, istefa vermək niyyətində deyil.
Beləliklə, Paşinyanın formalaşdırdığı müvəqqəti hökumətdəki ilk çatlar özünü büruzə veməkdədir. Belə görünür ki, bir çox erməni siyasətçilərinin «Paşinyanın bir ildən çox duruş gətirə bilməyəcəyi» barədə dedikləri özünü doğrultmağa başlamaqdadır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.10.2018
“Seçkilərdən sonra Paşinyanın Rusiya ilə bağlı əsl niyyəti ortaya çıxacaq”
19.10.2018
Rusiya telekanalında Azərbaycan haqqında süjet göstərilib
18.10.2018
Samsunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə konfrans keçirilib
18.10.2018
Çində Kəmər və Yolun Enerji Tərəfdaşlığı Bəyannaməsi imzalanıb
18.10.2018
Camal Kaşıkçının qətlində şübhəli bilinən şəxs avtomobil qəzasında ölüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10280

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info