“Haberturk.com”: “TANAP: Qlobal enerji balansında yeni dövr”
Tarix: 14.06.2018 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


Trans-Anadolu (TANAP) Təbii Qaz Boru Kəməri açıldı və bu nəhəng bir layihə kimi Azərbaycanın dünya enerji bazarında mövqeyini möhkəmləndirməklə, enerji layihələrinə maraq göstərənlərin də sayını artıracaq. Bu baxımdan TANAP  kifayət qədər əhəmiyyətli layihə kimi ilk vaxtlardan diqqəti cəlb edir. TANAP-ın əhəmiyyəti, açılışı ilə bağlı Türkiyə mediasında davamlı məqalələr dərc edilir. Belə yazılardan biri kimi “Haberturk.com” saytında “TANAP: Qlobal enerji balansında yeni dövr” başlıqlı yazı dərc edilib ki, burada müəllif layihənin əhəmiyyəti, bölgə, o cümlədən Türkiyə üçün üstünlüklərini açıqlayıb. Yazıda qeyd edilir ki, TANAP layihəsi Türkiyəyə siyasi və iqtisadi baxımdan prestij qazandıracaq son dərəcə strateji bir addımdır: “Cənub Qaz Dəhlizinin ən əhəmiyyətli seqmentini təşkil edən TANAP ilə Türkiyə, ilk olaraq özünün və ümumiyyətlə, Avropa qitəsinin enerji təhlükəsizliyinin təmin edilməsi baxımından kritik bir missiyanı üzərinə götürür. Bu baxımdan TANAP layihəsi qlobal enerji bazarlarında Türkiyənin istinad nöqtəsi olaraq qəbul ediləcək. Bu layihənin müvəffəqiyyətli bir şəkildə həyata keçirilməsi ilə, başda Xəzər dənizi bölgəsi olmaqla, təbii qaz ehtiyat potensialına malik digər ölkələrin enerji qaynaqlarının da Türkiyə üzərindən dünya bazarlarına transfer edilməsi imkanı yaranacaq. Bununla yanaşı, Şərqi Aralıq dənizində kəşf edilən zəngin neft və təbii qaz ehtiyatlarının Avropa bazarına çatdırılması sahəsində Türkiyəyə olan etibar da artacaq”.
Müəllifin fikrincə, 2012-ci ildə Türkiyə ilə Azərbaycan arasında imzalanan razılaşmadan sonra TANAP layihəsi bu günə qədər bir sıra siyasi maneələrlə qarşılaşdı. Ancaq Türkiyə ilə Azərbaycan arasındakı qarşılıqlı rəğbət və etibar sayəsində TANAP layihəsi problemsiz bir şəkildə davam etdi, bu proses istər siyasi, istərsə də diplomatik baxımdan son dərəcə müvəffəqiyyətli bir şəkildə icra edildi. Rusiya ilə birgə həyata keçirilən Türk Axını layihəsi ilə TANAP-ın rəqib ola biləcəyi və bu baxımdan Rusiyanın TANAP-ı dəstəkləmədiyi istiqamətindəki fikirlərin yanlış olduğu Türkiyə tərəfindən isbat edildi. Türkiyə bu iki layihənin də enerji təhlükəsizliyi baxımından bir-birini dəstəkləyəcəyi fikrindədir.

Layihənin regional siyasətə təsiri

TANAP layihəsi, şübhəsiz ki, regional siyasətin yenidən qurulmasına mühüm töhfə verəcək. Bu layihə regionda illərdən bəri davam edən siyasi və hərbi problemlərin həlli və regionda yeni iqtisadi əməkdaşlığın qurulması baxımından faydalı olacaq. Bundan başqa, TANAP layihəsi Yaxın Şərq, Asiya və Qafqaz regionlarında sabitliyin bərpasında həlledici rol oynayacaq.
TANAP layihəsi ilə bölgədəki digər ölkələrin enerji xammalını da xarici bazarlara çatdırmaq istəyən Türkiyə, hazırda siyasi və hüquqi cəhətdən bu istiqamətdə cəhdlər edir. Bu baxımdan, bütün dünya tərəfindən yaxından təqib edilən Türkiyənin TANAP layihəsi ilə, xüsusilə, enerji bazarlarında etibar qazanması təmin ediləcək. Beləcə, Türkiyə bu cür layihələrin davam etdirilməsi baxımından əhəmiyyətli bir üstünlük əldə edəcək.
TANAP layihəsi qlobal enerji balansları baxımından qiymətləndirildikdə, onun, xüsusilə Avropa bazarları üçün əhəmiyyətli olmasını qeyd etmək lazımdır. İllik 450 milyard kubmetr təbii qaz istehlakı olan Avropa qitəsi TANAP kimi layihələri dəstəkləyərək, təhlükəsiz və davamlı enerji qaynaqları ilə özünü təmin etməyi planlaşdırır. Bu baxımdan, TANAP və Türk Axını kimi layihələr Avropa üçün vacibdir. Avropanın mənbə ölkə və marşrut müxtəlifliyi axtarışı bu cür layihələrlə birlikdə artacaq. Türkiyə isə həyata keçirilən bu layihələrlə Avropanın enerji təhlükəsizliyinin təsisində strateji bir rolu öz üzərinə götürəcək. TANAP layihəsinin həyata keçməsi ilə Türkiyə enerji mərkəzi olmaqla, hədəfinə bir addım daha da yaxınlaşdı.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.08.2018
Ölkədə bir sıra mühüm obyektlər istifadəyə verilib
21.08.2018
Xeyirxahlığın, həmrəyliyin və fədakarlığın rəmzi olan müqəddəs Qurban bayramı
21.08.2018
Azərbaycan neftinin bir barreli 73,43 dollara satılır
20.08.2018
“Jeopoliturk.com”: “Azərbaycanın sabitlik, rifah və müstəqilliyi Türkiyə və Qərbi Asiyada sabitlik və təhlükəsizlik üçün həyati əhəmiyyətlidir”
20.08.2018
Yeni hərracda özəlləşdirməyə 172 dövlət əmlakı çıxarılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9917

1 “İrəvanın Moskvaya olan borclarını Koçaryanla Sarkisyan qaytarmalıdır”
2 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
3 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
4 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”
5 «ArmenianReport»: “Cənab Paşinyan, göstərdiyiniz şou kifayətdir, biz çörək istəyirik”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info