Türkiyə-Rusiya-ABŞ üçbucağı: S-400-ə qarşı F-35
Tarix: 14.06.2018 | Saat: 19:58:00 | E-mail | Çapa göndər


Ərdoğan Putinə S-500 komplekslərinin birgə istehsalını təklif edib


“Onlar nə üçün Yunanıstanda olan S-300 komplekslərinə görə səslərini çıxarmadılar? Türkiyəyə qarşı belə siyasəti başa düşmək olmur. Bizim müdafiə sənayemizin öz tələbləri var və biz onları təmin etməyə çalışacağıq”

Türkiyənin müdafiə naziri: “100 belə təyyarənin alınması üçün 11 milyard dollar ödəyəcəyik. Artıq 800 milyon dollardan çox vəsaiti ödəmişik. İndi qarşı tərəfin də öhdəliyinə əməl etməsi vacibdir. Bu məsələdən şantaj məqsədilə istifadə doğru deyil”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinə S-500 zenit-raket komplekslərinin müştərək istehsalını təklif edib. Türkiyə KİV-ləri xəbər verir ki, Ərdoğan, həmçinin S-400 komplekslərinin çatdırılması üzrə müqavilənin gedişindən danışıb. “Rusiya S-400 kompleksləri üçün bizə çox sərfəli şərtlərlə kredit təqdim edib. İkinci və üçüncü mərhələlərdə biz müştərək istehsalata başlayacağıq” - deyə Ərdoğan bildirib. Bundan başqa, Türkiyə lideri S-400 komplekslərinin alınması ilə bağlı ABŞ və NATO-nun tənqidlərinə də cavab verib: “Onlar nə üçün Yunanıstanda olan S-300 komplekslərinə görə səslərini çıxarmadılar? Türkiyəyə qarşı belə siyasəti başa düşmək olmur. Bizim müdafiə sənayemizin öz tələbləri var və biz onları təmin etməyə çalışacağıq”. Xatırladaq ki, ötən ilin dekabrında Türkiyə və Rusiya S-400 kompleksləri ilə bağlı kredit sazişi imzalayıb. Müqaviləyə əsasən Ankara iki zenit-raket batareyası satın alacaq. Tərəflər, həmçinin S-400 komplekslərinin Türkiyədə istehsalı istiqamətində texniki əməkdaşlıq barədə də razılığa gəliblər. ABŞ və NATO üzvləri bu sövdələşməyə görə Ankaranı dəfələrlə tənqid edib. Birləşmiş Ştatların dövlət katibinin köməkçisi Uess Miçell S-400 komplekslərinin alınmasının Türkiyəyə F-35 təyyarələrinin çatdırılmasına mənfi təsir göstərəcəyini bildirib. Ankara buna cavab olaraq digər ölkələrdən qırıcı təyyarə alacağını deyib. Ərdoğan isə öz növbəsində Birləşmiş Ştatları F-35 təyyarələrinin çatdırılması sazişi üzrə öhdəliyini yerinə yetirməyə çağırıb. Türkiyənin müdafiə naziri Nurəddin Canikli dünən yeli mediayaya açıqlamasında bildirib ki, F-35 təyyarələrinin alınması ilə bağlı məsələ ticari müqavilə əsasında tənzimlənir və bununla bağlı tərəflər arasında müvafiq müqavilə imzalanıb: “Biz ümid edirik ki, ABŞ tərəfi müqaviləyə əməl edərək təyyarələri vaxtında Türkiyəyə təslim edəcək. Müqaviləyə əsasən hər iki tərəfin məsuliyyəti, öhdəliyi var. NATO üzvü olan 9 ölkə ABŞ-ın liderliyində bir araya gələrək həmin təyyarələrin istehsalı ilə bağlı müqavilə imzalayıblar. Həmin təyyarənin müəyyən hissələri müqavilədə nəzərdə tutulduğu kimi Türkiyədə istehsal olunur. İndi proses sona çatıb və qalır bircə hazır təyyarəni bizə təslim etmək. Türkiyə bütün öhdəliyinə əməl edib. 100 belə təyyarənin alınması üçün 11 milyard dollar ödəyəcəyik. Artıq 800 milyon dollardan çox vəsaiti ödəmişik. İndi qarşı tərəfin də öhdəliyinə əməl etməsi vacibdir. Təyyarənin texnoloji baxımdan önəmli hissələrinin istehsalı ABŞ-a aiddir. Təslim alınmasına yaxın bir vaxtda ABŞ Senatı tərəfindən ortaya atılan şərtlər bu məsələdən şantaj məqsədilə istifadə anlamına gəlir və doğru deyil”. Nazir bildirib ki, onların qarşısında irəli sürülən şərtlərdən biri Rusiyadan S-400 komplekslərinin alınmasından vaz keçilməsidir: “Belə bir şərtin irəli sürülməsini normal, diplomatik, ticarət şərtləri daxilində qəbul etmək mümkün deyil. S-400 sistemlərinin F-35 təyyarələri başda olmaqla NATO sistemlərini təhdid etməsi potensialına sahib olmasını iddia edənlər yanılırlar. Həmin sistem heç bir halda NATO sistemlərinə təhlükə yarıtmır. Həmin kompleks NATO sisteminə inteqrasiya olunmayacaq vəziyyət qurulacaq”. Onu da qeyd edək ki, Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş bəyan edib ki, ölkəsi 1984-cü ildən bəri terrorizmə qarşı mübarizəyə 1,4 trilyondan dollardan çox vəsait xərcləyib. Nazir diqqətə çatdırıb ki, ötən dövrdə Türkiyəyə qarşı həyata keçirilən terror aktlarında 40 min insan həyatını itirib. PKK, İŞID və FETÖ terror təşkilatlarına kənardan beynəlxalq səviyyədə dəstək olmasa, onlar Türkiyə qarşısında bir həftə də davam gətirə bilməzlər. Ölkənin hərtərəfli inkişaf dinamıkasını qorumaq üçün terrorun kökü kəsilməlidir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
16.08.2018
Qətər Türkiyəyə 15 milyard dollar sərmayə yatıracaq
15.08.2018
Danimarka Almaniya ilə sərhəddə 70 kilometrlik hasar tikir
15.08.2018
Türkiyə məhkəməsi amerikalı rahibin etirazını rədd etdi
15.08.2018
Ərdoğan ABŞ-ın sanksiyalarına cavab verdi
14.08.2018
Yerevanda aksiya, Koçaryana “Qatil“ şüarı səsləndirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9871

1 DSX rəisi at çapan qızla görüşüb
2 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
3 Türkiyə mediası V Zirvə toplantısından yazır
4 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
5 Aktau Zirvə toplantısının iştirakçılarının şərəfinə rəsmi qəbul təşkil edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info