“Ermənistanın BMT yanında nümayəndəliyi saxtakarlıq yolunu seçib”
Tarix: 14.06.2018 | Saat: 20:02:00 | E-mail | Çapa göndər


XİN: “Azərbaycan Respublikasının BMT yanındakı daimi nümayəndəliyi tərəfindən BMT-nin baş katibinə məktub ünvanlanıb. Elə həmin gün sənəd BMT Təhlükəsizlik Şurasının sədri tərəfindən TŞ-nin üzvləri arasında yayılıb və BMT-nin rəsmi sənədi kimi dərc olunub”

Xəbər verildiyi kimi, ATƏT-in Minsk qrupu həmsədrləri iyunun 12-14-də Ermənistana səfər ediblər. Həmsədrlər Ermənistanda səfərdə olarkən xarici işlər naziri Zoqrab Mnatsakanyan, baş nazir Nikol Paşinyan, müdafiə naziri David Tonoyan və Ermənistan prezidenti Armen Sarkisyanla görüşüblər. Xatırladaq ki, ATƏT-in Minsk qrupu həmsədrləri Ermənistana səfərləri ilə bağlı bəyanat yayıblar.
Bəyanatda qeyd olunur ki, görüş zamanı həmsədrlər prosesi irəli aparmaq istiqamətində növbəti addımları müzakirə ediblər. Xarici işlər nazirlərinin yaxın gələcəkdə keçiriləcək görüşü də müzakirə edilib. Onlar həmçinin Ermənistan-Azərbaycan sərhədində və təmas xəttində son vəziyyət barədə fikir mübadiləsi aparıblar və konstruktiv mühitin qorunmasının vacibliyini vurğulayıblar.
Həmsədrlər Helsinki Yekun Aktı, o cümlədən güc tətbiq edilməməsi, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyinetmə prinsipləri əsasında tərəflərə münaqişənin sülh yolu ilə həllinin tapılması istiqamətində köməklik göstərməyə sadiqliklərini təkrarlayıblar.
Ermənistan rəsmiləri ATƏT-in Minsk qrupu və ATƏT sədrinin şəxsi nümayəndəsinin işini dəstəklədiklərini və həmsədrlərin himayəsi altında məhsuldar şəkildə işləməyə davam etməyə hazır olduqlarını vurğulayıblar.


“Ermənistan KİV-də qondarma rejimin sənədinin guya BMT-də yayılması iddia olunur. Əslində isə bu yalan və cəfəngiyatdır”


Buna baxmayaraq, qeyri-konstruktiv fəaliyyəti davam etdirən işğalçı Ermənistan danışıqların müsbət nəticələnməsində maraqlı olmadığını təsdiqləyən addımlar atır. Ermənistan Respublikasının BMT yanındakı daimi nümayəndəliyi tərəfindən təşkilatda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından sənədlərin yayılmasını da buna misal göstərmək olar. Qeyd edək ki, Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu sənədlərin yayılmasına münasibət bildirib. H. Hacıyev deyib ki, cari ilin may ayında Ermənistan Respublikasının BMT yanındakı daimi nümayəndəliyi bu ölkə tərəfindən Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış qondarma rejim adından BMT-də sənəd yayıb: “Bundan əvvəl də Ermənistanın BMT yanında nümayəndəliyi tərəfindən bənzər addımlar atılmışdı. Bu məsələdə də Ermənistanın BMT yanında nümayəndəliyi saxtakarlıq və BMT üzv dövlətlərini aldatmağa cəhd etmək yolunu seçib. Belə ki, Ermənistanın BMT yanında nümayəndəliyi tərəfindən göndərilən məktuba qondarma rejim adından hər hansı bir sənəd əlavə edilir. Sonra bu, Ermənistan KİV-də qondarma rejimin sənədinin guya BMT-də yayılması kimi təqdim olunur. Əslində isə bu yalan və cəfəngiyatdır. Bununla əlaqədar olaraq cari ilin 7 uyun tarixində Azərbaycan Respublikasının BMT yanındakı daimi nümayəndəliyi tərəfindən BMT-nin baş katibinə məktub ünvanlanıb. Elə həmin gün sənəd BMT Təhlükəsizlik Şurasının sədri tərəfindən TŞ-nin üzvləri arasında yayılıb və BMT-nin rəsmi sənədi kimi dərc olunub.
Məktubda BMT-nin TŞ tərəfindən 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrə istinad edilərək, orada ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmətin, Dağlıq Qarabağ bölgəsinin Azərbaycan Respublikasının ayrılmaz hissəsi olduğunun bir daha təsdiqlənməsi, habelə ərazinin zəbt olunması üçün gücdən istifadə edilməsinin qəbuledilməzliyi və işğalçı qüvvələrin işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması barədə tələbləri vurğulanıb. Bildirilib ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejim hərbi təcavüz və qanlı etnik təmizlənin nəticəsidir. Məktubda həmçinin, Ermənistan Respublikasının beynəlxalq ictimaiyyətin mövqeyinə məhəl qoymayaraq Azərbaycana qarşı törətdiyi təcavüzə görə davamlı şəkildə məsuliyyətdən yayınması cəhdlərinə şərh verilərək, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə 2015-ci ildə qəbul etdiyi hüquqi qərara istinad edilib. Məlum olduğu kimi, məhkəmənin qərarında qondarma rejimin Ermənistanın nəzarətində olduğunu və onun siyasi, maliyyə, hərbi və digər dəstəyi sayəsində mövcud olduğu öz təsbitini tapıb. Bir daha vurğulanıb ki, Ermənistan yürütdüyü təcavüz və anneksiya siyasəti ilə heç zaman güddüyü məqsədlərinə nail ola bilməyəcək, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, belə olub, gələcəkdə də belə olacaq və Ermənistanın öz qoşunlarını işğal edilmiş Azərbaycan ərazilərindən çıxarmaqdan başqa yolu yoxdur. Məktubda rəsmi Yerevanın öz xalqı və beynəlxalq ictimaiyyəti çaşdırmaq üzrə cəhdlərə son qoymalı və münaqişənin həll edilməsi məqsədilə üzərinə düşən öhdəliklərini yerinə yetirməli olduğu vurğulanıb və yalnız belə olan şəraitdə bölgədə çoxdan gözlənilən sülh və sabitliyin bərqərar ola biləcəyi qeyd olunub”. Hikmət Hacıyev Ermənistan prezidenti Armen Sarkisyan iyunun 13-də işğal altındakı Dağlıq Qarabağa səfər etməsinə də münasibət bildirib. O deyib ki, Ermənistan prezidenti Armen Sarkisyanın Azərbaycanın işğal olunmuş ərazilərinə, o cümlədən Kəlbəcər rayonuna səfəri təxribat məqsədi daşıyır və vəziyyətin gərginləşdirilməsinə xidmət edir.
Onun sözlərinə görə, bu bir daha onu sübut edir ki, Ermənistan rəhbərliyinin sülhdən və ya əməkdaşlıqdan danışması riyakarlıqdan və beynəlxalq ictimaiyyəti aldatmaqdan cəhdindən başqa bir şey deyil.
“ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Yerevana səfəri günü Ermənistan rəhbərliyi bu kimi təxribatçı və destruktiv addımları, o cümlədən qondarma rejimin danışıqlarda iştirak etməsi barədə əsassız iddiaları ilə Ermənistanın münaqişənin danışıqlar yolu ilə həllində tamamilə maraqlı olmadığını, status-kvonun saxlanması və hərbi təcavüz yolu ilə işğal edilmiş Azərbaycan ərazilərinin ilhaqı siyasətini yürütdüyünü açıq şəkildə nümayiş etdirir”, deyə H.Hacıyev vurğulayıb. XİN rəsmisi qeyd edib ki, Ermənistan rəhbərliyinin yürütməkdə davam etdiyi siyasət regional sülh və təhlükəsizliyi ciddi təhdid altına qoyur: “Bir daha bəyan edirik ki, yaranmış mövcud vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”.

“Ermənistan prezidentinin Dağlıq Qarabağa səfəri qanunsuzdur”

Yeri gəlmişkən, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, baş nazirin müavini Əli Əhmədov da Ermənistan prezidentinin Dağlıq Qarabağa səfərini qanunsuz adlandırıb və bu qanunsuzluğa görə onun məsuliyyət daşıdığını bildirib.

Ə. Əhmədov deyib ki, Dağlıq Qarabağ müvəqqəti işğal altında olan Azərbaycan torpağı olduğu üçün Ermənistan prezidentinin icazəsiz ora səfəri qanunsuzluqdur: “Bu səfər Minsk qrupunu da hiddətləndirməlidir. Azərbaycanın torpaqlarının geri qaytarılması üçün səylər göstərən, bəyanatlar verən bütün dövlətləri narahat etməlidir. Əks halda, münaqişənin həll olunması üçün yol tapmaq çətin olacaq. Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi birmənalı şəkildə beynəlxalq hüquq tərəfindən qəbul olunur. Belə olan halda Azərbaycanın razılığı olmadan hər hansı başqa dövlət nümayəndəsinin ərazimizə icazəsiz səfər etməsi qanunsuzdur. Güman edirəm ki, vaxt gələcək, bu qanunsuzluğu törədənlər cavab verməli olacaqlar”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.08.2018
Qarabağdakı abidələrimizin memarlıq quruluşu dəyişdirilir
15.08.2018
“Ermənistan işğalçı siyasətini uzun zaman davam etdirə bilməyəcək”
14.08.2018
Ermənistanda siyasi vəziyyət gərgin olaraq qalır
13.08.2018
ABŞ radiosunda canlı yayımda Dağlıq Qarabağ münaqişəsindən danışılıb
13.08.2018
“Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Tacikistanın mövqeyini xüsusi qiymətləndirir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9871

1 DSX rəisi at çapan qızla görüşüb
2 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
3 Türkiyə mediası V Zirvə toplantısından yazır
4 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
5 Aktau Zirvə toplantısının iştirakçılarının şərəfinə rəsmi qəbul təşkil edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info