Avtovağzallara pasportlar təqdim edilib
Tarix: 14.06.2018 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


Bakı Ekspo Mərkəzində 8-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road & Traffic 2018” sərgisi çərçivəsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov avtovağzalların rəhbərləri ilə görüşərək onlara qanuni şəkildə fəaliyyətlərini davam etdirmək üçün pasportlar təqdim edib. Xatırladaq ki, “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”yə əsasən, hər bir avtovağzalın (avtostansiyanın) onun kateqoriyasına uyğun pasportunun zəruriliyi rəsmiləşdirilib. Avtovağzalın (avtostansiyanın) qanuni fəaliyyət göstərməsi üçün əsas rəsmi sənəd hesab edilən pasportların təqdimatı zamanı sərnişindaşımada yarana biləcək problemlərə dair fikir mübadiləsi aparılıb, qeyri-qanuni bilet satışının qarşısının alınması, avtobusların avtostansiyalara cəlb olunması və qrafiki kimi məsələlər əsas müzakirə mövzusu olub. Bundan əlavə, İsmayıllı və Qəbələ avtovağzallarında qeyri-qanuni fəaliyyətlə məşğul olan daşıyıcılarla əlaqədar qabaqcadan tədbirlərin görülməsinə dair Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən müvafiq dəstəyin verilməsi ilə bağlı tərəflər ilkin razılığa gəlib. Görüşdə Qəbələ və İsmayıllı avtovağzallarının rəhbərləri iştirak edib.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
21.08.2018
Sinoptiklər xəbərdarlıq edirlər
21.08.2018
Sərhəd mühafizəsinin etibarlı təminatı uğurla davam etdirilir
21.08.2018
“Ölkəmizin müdafiə qüdrəti qürurverici səviyyədə artıb”
20.08.2018
Paytaxt və bölgələrdə təşkil olunacaq satış yarmarkalarının ünvanları
20.08.2018
Bilik Fondu Qəbələ və Oğuzda maarifləndirici tədbirlər keçirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9917

1 “İrəvanın Moskvaya olan borclarını Koçaryanla Sarkisyan qaytarmalıdır”
2 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
3 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
4 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”
5 «ArmenianReport»: “Cənab Paşinyan, göstərdiyiniz şou kifayətdir, biz çörək istəyirik”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info