Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
Tarix: 15.06.2018 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


Audit olunmuş maliyyə hesabatlarına əsasən, 2017-ci ildə SOCAR ümumi gəlirlərini 78 faiz artıraraq 92,6 milyard manata çatdırıb. SOCAR-dan bildirilib ki, ötən il şirkətin xalis mənfəəti 2016-cı illə müqayisədə 6 dəfəyə yaxın artıb, 2,09 milyard manata yüksəlib. SOCAR ümumi aktivlərini 16 faiz yüksəldərək 61,3 milyard manata çatdırıb. Ümumilikdə hesabat ilində şirkətin maliyyə nəticələri neft sənayesi böhranından əvvəlki səviyyəni üstələyib. 2017-ci ildə SOCAR-ın daha yüksək maliyyə nəticələrinə nail olması əsasən aşağıdakı amillərlə bağlıdır: 2017-ci ildə SOCAR üçüncü tərəflərdən alınıb satılan neft və neft məhsullarının həcmini 3 dəfəyə qədər artırıb, nəticədə şirkətin ümumi ticarət dövriyyəsi 2 dəfədən çox yüksəlib; neft-kimya məhsullarından daha yüksək gəlir əldə edilib; dünya bazarlarında xam neftin qiyməti əvvəlki ilə nisbətən 25-30 faiz civarında yüksəlib; SOCAR “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunun əməliyyatçısı olan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində (ABƏŞ) öz payını artırıb. Digər tərəfdən SOCAR-ın AÇG-dəki payının artması “SOCAR Georgia Energy” şirkətindəki payının 75,5 faizə yüksəlməsi, eləcə də neft qiymətlərinin artması fonunda xammal və investisiya xərclərinin artması kimi faktorlar, təbii olaraq, şirkətin ümumi xərc və öhdəliklərinin artmasına səbəb olsa da, şirkətin ümumi aktivlərinin artımı ümumi öhdəliklərin artım tempindən yüksək olub. Belə ki, SOCAR-ın ümumi aktivləri və ümumi öhdəlikləri arasındakı müsbət fərq təqribən 22 milyard manat təşkil edib. SOCAR-ın prezidenti Rövnəq Abdullayev 2017-ci ildə əldə edilən göstəriciləri qiymətləndirərək deyib: “Ötən ilin maliyyə nəticələri bunu göstərir ki, SOCAR artıq qlobal neft sənayesində baş vermiş böhrandan əvvəlki nailiyyətlərini üstələyə bilib. Bu yüksək göstəricilər Azərbaycan neftçilərinin peşəkarlığı, fədakarlığı və işə məsuliyyətli yanaşması sayəsində əldə olunub. SOCAR öz gəlirini artıq yalnız Azərbaycan neftinin satışından deyil, daha çox üçüncü tərəflərin və neft-kimya məhsullarının satışından əldə edir. Bu da, SOCAR olaraq həyata keçirdiyimiz davamlı inkişaf strategiyasının effektivliyinin bariz göstəricisidir”. Şirkətin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib: “Son illərdə SOCAR apardığı fəal maliyyə əməliyyatları nəticəsində kənardan sərfəli şərtlərlə maliyyə vəsaiti cəlb edə bilmiş və bunun sayəsində bir çox yeni layihələri həyata keçirməyə nail olub. Artıq bu il SOCAR-ın 6 nəhəng layihəsi istismara verilir. Təbii ki, əvvəlki illərdə həmin layihələrlə bağlı götürülən maliyyə öhdəliklərinin artımı nəzərə çarpırdısa, yaxın gələcəkdə biz alınan vəsaitlərin gətirdiyi bəhrələri daha açıq şəkildə görəcəyik. Hazırda SOCAR-ın aktivləri şirkətin maliyyə öhdələklərini üstələyir və bu müsbət fərq təqribən 22 milyard manta təşkil edir”. Əvvəlki illərdə olduğu kimi beynəlxalq audit şirkəti olan “Ernst & Young Holdings (CIS) B.V.” SOCAR-ın 2017-ci il dekabrın 31-nə hazırlanmış maliyyə hesabatlarına müsbət rəy verib. Ötən hesabat illəri ilə müqayisədə 2017-ci ildə aparılmış əlavə tədbirlər nəticəsində audit rəyinin təxminən 1 ay əvvəl alınmasına nail olunub. Son 10 ildə SOCAR-ın ümumi gəlirləri 20 dəfəyə yaxın, xalis mənfəəti isə 4 dəfədən çox artıb. Qeyd edilən dövrdə şirkətin ümumi aktivləri 5 dəfəyə yaxın yüksəlib, o cümlədən, cari aktivləri təqribən 8 dəfə, uzun müddətli aktivləri isə 4 dəfə artıb.




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
Sabahdan 8 marşrut avtobusunun hərəkət sxemi dəyişdirilir
22.05.2019
Müdafiə Nazirliyi: Qazax rayonu istiqamətində keçirilən monitorinq insidentsiz başa çatıb
22.05.2019
Gələn il Bakı-Qəbələ qatarı istifadəyə veriləcək
22.05.2019
Qızılı olanlara şad xəbər
22.05.2019
Bakı-Sabunçu dəmir yolu xəttində gediş haqqı 50 qəpik olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info