Ağcabədidə aqropark yaradılır
Tarix: 14.06.2018 | Saat: 20:17:00 | E-mail | Çapa göndər


Aran iqtisadi rayonunda fəaliyyət göstərən 36 sahibkara 776,6 min manat güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi və investisiya layihələrinin maliyyələşdirilməsi tədbirlərini davam etdirir. Bu istiqamətdə növbəti tədbir Ağcabədi rayonunda keçirilib. Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forumda Ağcabədi rayonunun iqtisadi potensialına uyğun olaraq prioritet hesab edilən tərəvəzçilik, cins heyvandarlıq, intensiv bağçılıq və iri fermer təsərrüfatlarının, “ixtisaslaşdırılmış yaşıl market”in, meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru vəzifəsini icra edən Arif Vəliməmmədov Fondun fəaliyyəti, Ağcabədidə verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, indiyədək Ağcabədidən olan 1412 sahibkara 72,6 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, istixana, quşçuluq təsərrüfatlarının, heyvandarlıq kompleksinin, yem dəyirmanının yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib. İşgüzar forum çərçivəsində Aran iqtisadi rayonunda fəaliyyət göstərən 36 sahibkara 776,6 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, pambıqçılıq, süd emalı və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 60-dan çox yeni iş yerinin açılması imkanı yaradacaq. Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla, Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 13800-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 570,3 milyon manat güzəştli kredit verilib. Tədbir çərçivəsində Ağcabədidə güzəştli kredit ayrılan və 5000 ha sahədə yaradılan aqroparkda aparılan işlərə baxış keçirilib. Aqroparkda 1215 ha sahədə müasir suvarma sistemi qurulub, 1000 hektardan çox sahədə soya əkilib. Burada bitki yağlarının istehsalı zavodunun yaradılması da nəzərdə tutulur. Aqroparkın bu ilin sonunda istifadəyə verilməsi planlaşdırılır.
Anar




 
Bölməyə aid digər xəbərlər
15.08.2018
Bakıda Almaniya-Azərbaycan biznes forumu keçiriləcək
15.08.2018
“İlin sonunadək 5 ölkədə ticarət və şərab evi açılacaq”
14.08.2018
Azərbaycanda qızıl hasilatı artıb
14.08.2018
“TANAP Türkiyənin təbii qaza olan tələbatının 10 faizdən çoxunu təmin edəcək”
14.08.2018
Azərbaycan nefti bahalaşdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9871

1 DSX rəisi at çapan qızla görüşüb
2 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
3 Türkiyə mediası V Zirvə toplantısından yazır
4 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
5 Aktau Zirvə toplantısının iştirakçılarının şərəfinə rəsmi qəbul təşkil edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info