“Bakcell”dən gənclər üçün “DaimOnline” imkanı
Tarix: 14.06.2018 | Saat: 20:22:00 | E-mail | Çapa göndər


Yeni aylıq paketlər gənc istifadəçilərə qiqabaytlarla internet və sosial şəbəkələrdən limitsiz istifadə imkanı verir. Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” xüsusi olaraq gənc abunəçilər üçün yaradılmış tam yeni “DaimOnline” tariflərini təqdim edib. Gənclər bir-biri ilə ünsiyyətdə olarkən daha çox sosial şəbəkələr və mesajlaşma tətbiqetmələrindən istifadə etməyə üstünlük verirlər. Bunu nəzərə alaraq, “Bakcell” şirkəti yeni “DaimOnline” paketlərini təklif edir. Üç variantda və müvafiq olaraq 6, 10 və 20 manat aylıq abunə haqqı ilə təklif olunan yeni tarif paketləri sayəsində istifadəçilər limitsiz “WhatsApp”, “Facebook” və “Instagram” istifadəsi ilə yanaşı, qiqabaytlarla internet və bol-bol şəbəkədaxili dəqiqələrdən yararlanacaqlar. “DaimOnline 6” tarifi çərçivəsində ayda, sadəcə, 6 AZN müqabilində 2 Gb internet trafiki və 50 şəbəkədaxili dəqiqə təqdim edilir. Bu tarifin əsas özəlliyi ondan ibarətdir ki, abunəçilər tamamilə limitsiz olaraq “WhatsApp”dan istifadə edəcəklər. Limitsiz “WhatsApp”a təkcə mətn deyil, hətta zənglər, şəkillərin, videoların və səs yazılarının göndərilməsi və yüklənməsi də daxildir. Sosial şəbəkələrdən daha çox istifadə edən gənclər isə “DaimOnline 10” və “DaimOnline 20” tariflərinə üstünlük verəcəklər. Belə ki, qeyd olunan tariflərdə “WhatsApp”, “Facebook” və “Instagram” istifadəsi tam olaraq limitsizdir! Bu tariflərin istifadəçiləri internet trafikin həcmini fikirləşmədən şəkilləri və videoları paylaşmaq, izləmək və həmin sosial şəbəkələrin bütün digər funksiyalarından istədikləri qədər istifadə edə bilərlər. Bundan əlavə, “DaimOnline 10” (aylıq abunə haqqı 10 AZN) abunəçiləri ayda 5 Gb internet və 200 şəbəkədaxili dəqiqə, “DaimOnline 20” (aylıq abunə haqqı 20 AZN) abunəçiləri isə ayda 20 Gb internet və 400 şəbəkədaxili dəqiqə qazanırlar. Azərbaycanın telekommunikasiya bazarında ən innovativ mobil operator olaraq, “Bakcell” bütün müştəri seqmetlərinin ehtiyac və tələblərini öyrənmək üçün daim bazar araşdırmaları həyata keçirir. Limitsiz “WhatsApp”, “Facebook” və “Instagram” imkanı təqdim edən yeni “DaimOnline” tarif paketlərini istifadəyə verməklə, “Bakcell” gənc müştəriləri istədikləri qədər çeviklik və limitsiz ünsiyyət üçün tam sərbəstliklə təmin edib. Bu yeni tariflər sayəsində gənclər daim onlayn olacaqlar. İnnovasiyalar sahəsində özünü doğrultmuş lider olan “Bakcell” müasir rabitə xidmətləri istifadəçilərinə yenilənmiş, rahat və yenilikçi tariflər, məhsullar və xidmətləri təklif etməyə davam edəcək. “Bakcell” şirkətinin yeni “DaimOnline” tarifləri və digər sərfəli və innovativ təkliflər barədə daha ətraflı məlumat almaq üçün “www.bakcell.com” səhifəsinə daxil olun.




 
Bölməyə aid digər xəbərlər
15.08.2018
Babək prospektinin yenidən qurulmasına vəsait ayrılıb
15.08.2018
“İlin sonunadək 5 ölkədə ticarət və şərab evi açılacaq”
15.08.2018
Türkiyə, Rusiya və İran rəhbərləri görüşəcək
15.08.2018
Azərbaycan qeyri-neft ixracını əhəmiyyətli dərəcədə artırıb
15.08.2018
AZAL Bakı-Tbilisi-Bakı marşrutu üzrə uçuşları bərpa edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9871

1 DSX rəisi at çapan qızla görüşüb
2 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
3 Türkiyə mediası V Zirvə toplantısından yazır
4 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
5 Aktau Zirvə toplantısının iştirakçılarının şərəfinə rəsmi qəbul təşkil edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info