Sorosun yeni “klubu”
Tarix: 15.06.2018 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


Bir müddət öncə bir qrup müxalifyönlü şəxslər-media işçiləri yığışaraq guya müstəqil bir birlik-klub yaratdılar. Adını isə Media Klubu qoydular. Əslində, belə bir ideyanın irəli sürülməsi və klubun yaradılması təsadüfən yaranmayıb.
“Turan” agentliyinin ofisinə toplaşaraq guya ölkədə medianın problemlərini müzakirə etdikləri görüntüsü yaradan bir qrup media nümayəndəsinin məqsəd və məramının başqa olduğu gün kimi aydındır. Maraq üçün bildirək ki, Arif Əliyev, Qulu Məhərrəmli, Əvəz Zeynallı, Rövşən Hacıbəyli, Mehman Əliyev bu klubun yaradılması təşəbbüsünü irəli sürüblər.Adlarından göründüyü kimi, hamısı müxalifətçidirlər. Bu, onu göstərir ki, onlar obyektiv ola bilməyəcəklər, istər-istəməz müxalifətin tərəfini saxlayacaqlar.
Klubun yaradılması üçün təşəbbüskarlardan olan Qulu Məhərrəmli klub üzvlərinin ilk görüşündəcə deyib: “Media vasitələri və burada çalışanların böyük bir qismi böhtan, təhqir, şantaj və zorakılığın təbliği, dəyərlərin gözdən salınması, iyrənc siyasi mübarizə, söyüş və diskreditasiya üçün alətə çevrilib”. Çox maraqlıdır ki, mənəvi aşınmadan danışan Qulu Məhərrəmli son bir ildə xaricdə oturub, xüsusi tapşırıqlar əsasında hərəkət edən, ölkəsini, dövlətçiliyi təhqir edən, sosial şəbəkələrdə söyüşlər söyən bəzi qruplar haqqında eyni fikirləri niyə səsləndirməyib... Siyasi mübarizəyə söyüş gətirən bu adamlara qarşı niyə bircə dəfə də olsun etirazını bildirməyib? Nə üçün mediamızın üzərinə yüklənir? Axı söyüşü, əslində, xaricdəkilər-söyüşcül gənclər gündəmə gətirdilər... Bu bir il ərzində niyə mətbuata çıxıb etiraz etmədiniz? İndi isə medianı söyüşdə, təhqirdə, alət olmaqda ittiham edirsiniz.
Bu adamlar deyirlər ki,Media Klubunu - medianın ciddi problemlərini müzakirə etmək, təkliflər irəli sürmək, çıxış yolları axtarmaq üçün təsis ediblər. Sual yaranır, medianın problemləri deyəndə nələri nəzərdə tutursunuz axı? Sizin üçün medianın problemi, əlbəttə ki, belə bir klubun yaradılması əmrini verən xaricdəki bəzi qüvvələrin sifarişindən asılı olacaq. Məsələn, hər toplantınızda hakimiyyəti yerli-yersiz tənqid etmək, mediada olan müsbət dəyişikliklər haqqında zərrə qədər də danışmamaq...
Digər maraqlı və incə nüans isə budur ki, özlərini medianın “qaymaqları” adlandıran bu adamlar “ata ocağı” kimi məhz Mehman Əliyevin ofisinə toplaşıblar. Hər şey gün kimi aydındır. Mehman Əliyev xaricdən ayrılan vəsaitlər hesabına fəaliyyət göstərdiyini dəfələrlə etiraf edib. Onun Soros fondu ilə əlaqələri, oradan maliyyələşmə əsasında müəyyən layihələr həyata keçirməsi, fəaliyyət göstərməsi isə artıq hər kəsə bəllidir. Sual yaranır, bu da növbəti bir Soros “layihəsi” deyil ki? Yəni bu klubun yaradılması hansısa müstəqil jurnalistlərin yox, xaricin tapşırığı deyilmi? Çox təəssüf ki, əslində bu, belədir. Əks- təqdirdə ilin- günün bu vaxtı xaricdə formalaşan söyüşcül dəstələrin biri “Oyan”, digəri internet TV layihələr-TV verilişlər açmazdı.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
Sabahdan 8 marşrut avtobusunun hərəkət sxemi dəyişdirilir
22.05.2019
Müdafiə Nazirliyi: Qazax rayonu istiqamətində keçirilən monitorinq insidentsiz başa çatıb
22.05.2019
Gələn il Bakı-Qəbələ qatarı istifadəyə veriləcək
22.05.2019
Qızılı olanlara şad xəbər
22.05.2019
Bakı-Sabunçu dəmir yolu xəttində gediş haqqı 50 qəpik olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info