“TANAP regionun ən strateji layihələrindən biridir“
Tarix: 14.06.2018 | Saat: 20:28:00 | E-mail | Çapa göndər


“Transanadolu qaz kəmərinin (TANAP) açılışı ilə Türkiyə bölgənin enerji mərkəzinə çevrildi”. Bunu Türkiyə-Azərbaycan parlamentlərarası dostluq
qrupunun qardaş ölkə tərəfdən rəhbəri Necdet Ünüvar bildirib. N.Ünüvar qeyd edib ki, TANAP regionun ən strateji layihələrindən biridir: "TANAP-ın açılışı keçirilən Əskişəhər şəhəri ən böyük tarixi hadisəyə şahidlik etdi".
O bildirib ki, Transanadolu qaz kəməri layhəsinin heç bir alternativi yoxdur.
Qeyd edək ki, iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.
TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından və Xəzərin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və Avropaya nəqlini nəzərdə tutur. "Cənub Qaz Dəhlizi"nin əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır. Layihə ilə bağlı Azərbaycanla Türkiyə arasında Anlaşma Memorandumu 2011-ci il dekabrın 24-də, Transanadolu təbii qaz boru kəməri sisteminə dair Saziş isə 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. TANAP layihəsi təbii qazın "Şahdəniz", eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir.

Nigar





 
Bölməyə aid digər xəbərlər
15.08.2018
“Sammitin effektivliyi Xəzərlə bağlı bütün danışıqlarda rekorddur”
15.08.2018
“Konvensiya Azərbaycanın iqtisadi qüdrətinin daha da artmasına töhfə verəcək”
15.08.2018
“Azərbaycanın musiqi mədəniyyəti dünya mülkiyyətinə çevrilir”
15.08.2018
Regionların sosial-iqtisadi inkişafı ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin edir
15.08.2018
Xəzərdə tarixi razılaşma nəticəsində dondurulmuş və mübahisəli yataqlar birgə işlənəcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9871

1 DSX rəisi at çapan qızla görüşüb
2 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
3 Türkiyə mediası V Zirvə toplantısından yazır
4 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
5 Aktau Zirvə toplantısının iştirakçılarının şərəfinə rəsmi qəbul təşkil edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info