“Bu ilin sonuna inflyasiyanın birrəqəmli həddə olacağı proqnozlaşdırılır“
Tarix: 15.06.2018 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


“2018-ci ilin sonuna inflyasiyanın birrəqəmli həddə olacağı proqnozlaşdırılır". Bunu mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. “Ötən beş ayda orta inflyasiya 3,2 faiz olub. Tədiyyə balansının yaxşılaşması davam edib. ÜDM-in 15,4 faiz səviyyəsinə profisit formalaşıb. Beş ayda ticarət balansının müsbət saldosu 2,1 dəfə, xidmətlər balansının kəsiri 2 dəfədən çox azalıb, qeyri-neft sektoru 14,2 faiz yüksəlib. Əlverişli neft qiymətləri xarici sektor göstəricilərinin artmasına səbəb olub. İlin sonuna da ticarət balansının əlverişli olacağı gözlənilir. İqtisadi aktivlikdə başlamış müsbət dinamika da davam edib. Monetar şəraitin yüksəldilməsi tarazlı makroiqtisadi sabitlikdə balansın yaranmasına xidmət edib. Ötən müddətdə pul bazasına artmasına təsir göstərən monetar siyasət yürüdülüb. Xarici valyutada depozitlərin geniş pul kütləsində çəkisi 2,1 faiz olub", - deyə E.Rüstəmov vurğulayıb. AMB rəhbəri əlavə edib ki, inflyasiya dinamikasını nəzərə alaraq faiz dəhlizinin parametrləri növbəti dəfə avqustda müzakirə ediləcək.

"Devalvasiya üçün heç bir fundamental səbəb yoxdur"

E.Rüstəmov bildirib ki, Azərbaycanda devalvasiya üçün heç bir fundamental səbəb yoxdur. Bu il neftin orta qiymətinin 70 dollar təşkil etdiyini deyən E.Rüstəmov bildirib ki, bu ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 30% yüksəkdir. "Neftin qiymətinin yüksək olması səbəbindən ölkənin strateji valyuta ehtiyatları, Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasına səbəb oldu. Nəticədə strateji valyuta ehtiyatları 2,1 milyard dollar artdı. Daxili bazarda valyuta ehtiyatları artırsa, deməli valyuta təklifi tələbdən yüksəkdir. Həmişə bu balansa diqqət yetirmək lazımdır. Milli valyutanın məzənnəsi heç də həmişə Azərbaycan Mərkəzi Bankının hədəfi olmur. Bizim əsas hədəfimiz inflyasiyadır. Düzdür, məzənnədə hədəflərdəndir. Amma məzənnənin inflyasiyaya təsiri əsas hədəflərdəndir", - deyə E.Rüstəmov vurğulayıb.

“Nağdsız Azərbaycan” adlı dövlət proqramı qəbul ediləcək

E.Rüstəmov qeyd edib ki, yaxın gələcəkdə “Nağdsız Azərbaycan” adlı dövlət proqramı qəbul ediləcək. Mərkəzi Bankın sədri diqqətə çatdırıb ki, proqramın məqsədi nağd pul dövriyyəsini şərtləndirən bütün problemlərin aradan qaldırılmasıdır. Bu proqramın qəbulu ilə qarşımızda 18 sahə üzrə prioritetlər var. Bank sektorunda, ödənişlərdə, institusional sahədə olan problemlərin aradan qaldırılması prioritetlər arasındadır. İri nominallı pulların, o cümlədən 200 manatlıq pulların dövriyyənin asanlaşdırılmasına, dövlət xərclərinin azaldılmasına xidmət etdiyini deyən sədr bildirib ki, 200 manat həcmcə böyük olsa da 2 pul əvəzinə 1 pul işlənəndə xərclərə qənaət etmək olur. “Böyük nominallı pulların makroiqtisadi dinamika, inflyasiya ilə bağlı heç bir əlaqəsi yoxdur. Hazırda nağd pulların çəkisi çoxdur. Apardığımız araşdırmalar nəticəsində məlum olub ki, nağd pulun böyük hissəsi biznes arasında hesablaşmalarda istifadə olunur. Bu da böyük nominallı pullara ehtiyac yaradır. Dövriyyənin də azaldılması üçün böyük nominallı pullar tələb olunur. Banklar istədiyi həcmdə 200 manatlıq əsginas sifariş verə bilərlər. Bunun üçün 0,2 faiz tarif ödəyəcəklər. Daha aşağı əsginaslar üçün isə bu tarif 0,1 faiz həddindədir” - deyə E.Rüstəmov qeyd edib. E.Rüstəmov onu da qeyd edib ki, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsini artırması Azərbaycan manatına təsir etməyəcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.10.2018
“Star” zavodunun açılışı ilə dünyaya örnək olan əlaqələrimizi bir addım da inkişaf etdiririk
18.10.2018
Yeni sanksiyalar ABŞ-ın İran xalqına qarşı düşmənçiliyinin göstəricisidir
17.10.2018
“İctimai maraqlar müxalifət rəhbərlərini maraqlandırmır”
16.10.2018
“Azərbaycan sabit və təhlükəsiz ölkə kimi tanınıb”
16.10.2018
İlham Əliyevin şəxsində Azərbaycan dünya birliyinin böyük etimadını və hörmətini qazanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10280

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info