Daşkənddə “Dünya gözlərimdə çəhrayı rəngdə” adlı kitabının təqdimatı olub
Tarix: 14.06.2018 | Saat: 20:31:00 | E-mail | Çapa göndər


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənddə özbək dilində “İstiqlal – nuri” nəşriyyatında çapdan çıxmış azərbaycanlı şairə-publisist Sona Vəliyevanın “Dünya gözlərimdə çəhrayı rəngdə” adlı kitabın Özbəkistan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında təqdimat mərasimi keçirilib. Qeyd edək ki, tədbir çərçivəsində şairə Sona Vəliyevanın kitabları, şeir diskləri, dünyanın müxtəlif ölkələrində çap edilən əsərlərinin sərgisi, habelə Azərbaycan Mədəniyyət Mərkəzinin son 5 ildə Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Özbəkistanda özbək dilində çap etdiyi 49 adda kitabın sərgisi də təşkil olunub.
Tədbirdə çıxış edən Özbəkistan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktoru Zuxra Berdiyeva Özbəkistan-Azərbaycan ədəbi əlaqələrindən danışaraq, Nizami Gəncəvi və Əlişir Nəvai dövründən başlanan əlaqələrin bu gün də uğurla davam etdiyini qeyd edib. O, müasir dövr Azərbaycan ədəbiyyatını öz ana dillərində oxumaq üçün özbək oxucularına yaradılan imkana görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkür edib. Natiq son 5 ildə çoxsaylı Azərbaycan klassiklərinin, müasir dövr şairlərinin əsərləri Daşkənddə Özbək dilində işıq üzü görmüş, XX əsr Azərbaycan poeziyasına dair nəşrlər onlarda böyük maraq yaratdığını vurğulayıb. Zuxra Berdiyeva azərbaycanlı şairə Sona Vəliyevanın Daşkənddə Özbək dilində yenicə çapdan çıxmış “Dünya gözlərimdə çəhrayı rəngdə” adlı kitab haqqında danışaraq nəşrdə Vətən, Azərbaycan, Qarabağ - yurd həsrəti, sevgi, təbiətə məhəbbət mövzularında şeirlərin Özbək oxucuları üçün maraqlı olduğunu söyləyib. Layihənin rəhbəri və kitabın ön sözünün müəllifi Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan və Özbək xalqları arasında ədəbi əlaqələrdən danışıb. Mədəniyyət Mərkəzinin layihəsi ilə şairə Sona Vəliyevanın yaradıcılığı, habelə onun yeni çapdan çıxan şeirlər kitabı haqqında danışan natiq müəllifin öz əsərlərində daim Azərbaycançılıq məfkurəsini təbliğ etdiyini qeyd edib. Samir Abbasov müasir dövr Azərbaycan ədəbiyyatının nümayəndələri sırasında öz dəsti-xətti, qələmi ilə seçilən şairə - publisist Sona Vəliyevanın şeirlərinin Özbək oxucuları üçün maraqlı olacağına və onlara öz ana dillərində Azərbaycan poeziyası ilə yaxından tanış olmaq imkanının verildiyini bildirib.

Məruzəçilər tanınmış ədəbiyyatşünas alim-tərcüməçilər Babaxan Şərif və Tahir Qahhar Sona Vəliyeva yaradıcılığı haqqında danışaraq, kitabdakı əsərlərin zamanla səsləşdiyini və aktuallığını xüsusi vurğulayıblar. Onlar qeyd ediblər ki, Azərbaycan ədəbi mühiti həmişə öz zənginliyi ilə seçilmiş və Özbəkistan ədəbiyyatı daim qardaş Azərbaycan ədəbiyyatı ilə əlaqəli, bir birindən faydalanaraq inkişaf etmişdir.

Azərbaycanlı ədəbiyyatşünaslar Əkbər Qoşalı, Fərid Hüseyn tədbirdə çıxış edərək Azərbaycan-Özbək ədəbi əlaqələri, müəllif Sona Vəliyeva yaradıcılığı haqqında fikirlərini bölüşüblər, şairənin əsərlərinin Türkiyə, İran, Rusiya, Qazaxıstan və başqa ölkələrdə çap olunduğunu, ictimaiyyət tərəfindən maraqla qarşılandığını qeyd ediblər.
Özbəkistan Yazıçılar Birliyinin nümayəndəsi - Tərcümə bölməsinin müdiri, alim Atxam Alimbekov, Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin dosenti Gülbahar Aşurova Azərbaycan Mədəniyyət Mərkəzinin aktiv fəaliyyəti nəticəsində Özbəkistanda Azərbaycan ədəbiyyatına dair boşluğun tamamilə aradan qaldırıldığını və Şərqin zəngin ədəbi mühitinə malik Azərbaycanın əksər klassiklərinin əsərlərinin Özbək dilinə tərcümə edildiyini qeyd etdilər. Azərbaycan ədəbiyyatına dair Özbəkistanda artıq tərcüməçi nəslinin yetişdiyini vurğulayan natiqlər, müasir dövr Azərbaycan ədəbiyyatı, şairə Sona Vəliyevanın əsərinin Özbək oxucuları üçün maraqlı olacağını vurğulayıblar.
Sonda çıxış edən kitabı Azərbaycan dilindən özbək dilinə çevirən – şairə-tərcüməçi Şəxla Qasımova Sona Vəliyevanın kitablarını vərəqləyərkən Azərbaycanın tarixi, onun bu günü, Qarabağda qanlı hadisələr, Xocalı soyqırımı, azərbaycanlı köçkünlərin həyatının insanın gözündə canlandığını və şair ürəyinin çırpıntılarının duyulduğunu söyləyib.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.08.2018
Babək prospektinin yenidən qurulmasına vəsait ayrılıb
15.08.2018
“İlin sonunadək 5 ölkədə ticarət və şərab evi açılacaq”
15.08.2018
Türkiyə, Rusiya və İran rəhbərləri görüşəcək
15.08.2018
Azərbaycan qeyri-neft ixracını əhəmiyyətli dərəcədə artırıb
15.08.2018
AZAL Bakı-Tbilisi-Bakı marşrutu üzrə uçuşları bərpa edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9871

1 DSX rəisi at çapan qızla görüşüb
2 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
3 Türkiyə mediası V Zirvə toplantısından yazır
4 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
5 Aktau Zirvə toplantısının iştirakçılarının şərəfinə rəsmi qəbul təşkil edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info