Moldovanın Azərbaycandakı səfiri Naxçıvanda olub
Tarix: 15.06.2018 | Saat: 18:25:00 | E-mail | Çapa göndər



Moldovanın Azərbaycandakı səfiri George Leuka Naxçıvan Muxtar Respublikasında səfərdə olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, George Leuka ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucaldılmış abidəsinin önünə gül dəstəsi qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib.
Naxçıvan Biznes Mərkəzinə gələn qonağa muxtar respublikanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlər barədə məlumat verilib. Bildirilib ki, burada 94 müəssisənin 192 növdə və 1258 çeşiddə məhsulu, 37 ailə təsərrüfatında istehsal olunan 17 növdə 112 çeşiddə məhsul, sənətkarlar tərəfindən hazırlanan əl işləri, rəsm əsərləri, xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal müəssisələrinin xəritəsi nümayiş olunur.
Vurğulanıb ki, muxtar respublikada yaradılan şərait nəticəsində ərzaq təhlükəsizliyi tam təmin edilib, idxalın həcmi əhəmiyyətli dərəcədə azaldılıb, yeni iş yerləri açılıb. Vaxtilə 15 adda məhsulun istehsal olunduğu Naxçıvan Muxtar Respublikasında bu gün 382 növdə məhsul istehsal edilir, 350 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir.
Sonra qonaq Duzdağ Fizioterapiya Mərkəzinə gəlib. Səfirə məlumat verilib ki, mərkəz 1979-cu ildən 50 çarpayılıq xəstəxana kimi Naxçıvan duz mədəni bazasında, dəniz səviyyəsindən 1173 metr hündürlükdə fəaliyyət göstərir. 2003-cü ildə xəstəxananın yeraltı şöbəsində ən müasir tələblərə uyğun olaraq yenidənqurma işləri aparılıb, yeraltı şöbə genişləndirilib, müasir avadanlıqlarla və ləvazimatlarla təmin edilib. Duzdağ Fizioterapiya Mərkəzinin digər duz şaxtalarından üstünlüyü ondadır ki, şaxta horizontal yerləşdiyindən xəstələr yeraltı şöbəyə tez adaptasiya olunurlar.
Qeyd edək ki, səfir George Leuka Naxçıvan Biznes Mərkəzində keçirilən VI Beynəlxalq “Caspian Energy Forum Nakhchivan–2018”də iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
19.03.2019
Novruz bayramına həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb
19.03.2019
Bob Woodwardın “Fear: Trump in the White House“ kitabında yayılan məlumat yalan və saxtadır
19.03.2019
Paytaxtda yeni poçt şöbəsi istifadəyə verilib
19.03.2019
Rusiyada 40 mindən çox insan işıqsız qalıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
3 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info