Şamaxıda sel və torpaq sürüşməsi bir sıra fəsadlar törədib
Tarix: 16.06.2018 | Saat: 04:48:00 | E-mail | Çapa göndər



Şamaxının Zaradxeybəri kəndində torpaq sürüşməsi baş verib, sel suları əhaliyə ziyan vurub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kənddə baş verən sürüşmə nəticəsində yaşayış məntəqəsinin əsas yolu üzərindəki avtomobil körpüsü dağılıb, əhalinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.
Kənd sakinləri bildiriblər ki, son bir ay ərzində intensiv yağan yağışlar nəticəsində dağlardan gələn sel suları Zaradxeybəri kəndində fəsadlar törədib. Kəndin ərazisindən keçən Pirsaat çayı öz məcrasından çıxaraq avtomobil yolunu yuyub, kənd sakinlərinə məxsus əkin sahələri suyun altında qalıb. Eyni zamanda, yağışlardan sonra kəndin əsas avtomobil yolunda torpaq sürüşməsi baş verib. Rayon mərkəzindən 40 kilometr şimalda yerləşən və Şamaxının ən ucqar dağ kəndi olan Zaradxeybəri kəndinin avtomobil yolunun 3 hissəsində baş verən torpaq sürüşməsi nəticəsində iri yarğanlar əmələ gəlib. Bəzi yerlərdə yarğanların dərinliyi 2 metrə çatır. Elə bu səbəbdən kəndə gediş-gəliş tamamilə məhdudlaşıb.
Aidiyyəti qurumlar tərəfindən kəndə ağır texnikalar və canlı qüvvə göndərilib, körpünün bərpasına başlanılıb.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Türkiyədə mədəndə partlayış baş verib
21.11.2018
Əfqanıstanda partlayış nəticəsində ölənlərin sayı 50-yə çatıb
20.11.2018
Kanalizasiya kollektorundan kəsilmiş mal başları çıxdı
20.11.2018
ABŞ-da atışma nəticəsində ölən var
18.11.2018
Vyetnamda qasırğa nəticəsində 12 nəfər ölüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info