Vyanada Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
Tarix: 16.06.2018 | Saat: 16:38:00 | E-mail | Çapa göndər



İyunun 15-də Azərbaycanın Vyanadakı səfirliyində Milli Qurtuluş Gününə həsr olunmuş “Yurdum, yuvam, məskənimsən Azərbaycanım” adlı tədbir keçirilib. Səfirliyin dəstəyi və Avstriyada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə səfirliyin əməkdaşları və bu ölkədə təhsil alan azərbaycanlı və digər əcnəbi tələbələr iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Akademik Birliyinin sədri Xəlil İsmayılov tədbir iştirakçılarına bu il 25-ci ildönümü qeyd olunan Milli Qurtuluş Günü barədə məlumat verib, həmin hədisələrin Azərbaycan tarixində oynadığı roldan bəhs edib. Qeyd edilib ki, Vyanada təhsil alan azərbaycanlı tələbələr Milli Qurtuluş Günü münasibətilə xüsusi bədii proqram tərtib ediblər.
Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov çıxışında 20-ci əsrdə Azərbaycanda baş verən siyasi proseslərə ümumi nəzər salıb. Qeyd edilib ki, həm Sovet İttifaqı dövründə, həm də müstəqillik əldə etdikdən sonra Azərbaycanın müqəddəratında önəmli dəyişikliklər məhz ümummilli lider Heydər Əliyevin adı ilə birbaşa bağlı olub. Azərbaycan dövlət müstəqilliyini yenicə əldə etdiyi vaxtda ölkə qonşu Ermənistanın hərbi təcavüzü ilə üzləşmiş, daxildəki separatçı qüvvələr baş qaldırmış, ölkədə hərc-mərclik yaranmışdı. Məhz 1993-cü il iyunun 15-də xalqın tələbi ilə Bakıya gələn ulu öndər Heydər Əliyev ölkəni qarşılaşmış olduğu acınacaqlı aqibətdən xilas etməyə nail oldu. Onun siyasi iradəsi, uzaqgörünliyi, yorulmaz zəhməti və apardığı islahatlar ölkəni üzləşdiyi bəlalardan xilas etdi, dövlət müstəqilliyini qoruyub saxlamağa imkan verdi və ölkədə sabitlik və sürətli sosial-iqtisadi inkişafın əsası qoyuldu. Bu gün müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursla inamla irəliləyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sosial, iqtisadi, siyasi, mədəni həyatın bütün sahələrində uğurlar qazanılır.
Sonra Avstriyada təhsil alan azərbaycanlı tələbələr bədii proqramla çıxış ediblər. Azərbaycanlı tələbələr Turanxanım Hümbətova və Rəşidə Əsgərlinin ifasında Azərbaycan mahnı və rəqsləri ifa olunub, Rəşidə Əsgərli müəllifi olduğu bədii əsərlərdən parçalar oxuyub, tələbələr üçün viktorina təşkil olunub. Həmçinin Azərbaycan dilində əsas söz ehtiyatını təşkil edən ifadələri əcnəbi tələbələr böyük maraqla öyrəniblər.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Hakimlər və ədliyyə işçiləri təltif ediliblər
20.11.2018
Prezident Rusiyanın Jurnalistlər İttifaqının sədrini qəbul edib
20.11.2018
“Azərbaycan ilə Türkiyənin birgə hərbi təlimləri böyük önəm daşıyır”
20.11.2018
AtaBank-dan 3 kampaniya bir arada!
20.11.2018
SOCAR-ın Belarusun “Qrodno-Azot” şirkətinin modernləşdirilməsinə sərmayə qoyması imkanları müzakirə edilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info