Danimarka millisi qələbə ilə başladı
Tarix: 17.06.2018 | Saat: 02:34:00 | E-mail | Çapa göndər



Danimarka milli komandası Rusiyada keçirilən futbol üzrə dünya çempionatına qələbə ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, mundialın üçüncü gününün üçüncü oyununda “C” qrupunda yer alan Peru və Danimirka milliləri qarşılaşıblar. Saransk şəhərindəki “Mordoviya Arena”da oynanılan görüşün ilk hissəsində qapılara top vurulmayıb. İkinci hissədə əzimkarlıq nümayiş etdirən Danimarka millisi 59-cu dəqiqədə hesabı açıb. Kristian Eriksonun ötürməsini Yussuf Poulsen baxımlı qolla tamamlayıb. Bu, oyunda vurulan yeganə qol olub.
Beləliklə, Danimarka millisi 1:0 hesabı ilə qalib gələrək vacib 3 xal qazanıb.
Dünya futbol tarixində ilk dəfə üz-üzə gələn bu komandalar mundiala play-off mərhələsinin qalibi olaraq vəsiqə qazanıblar. “Rusiya 2018” 36 illik fasilədən sonra dünya çempionatına vəsiqə qazanan Peru yığması və Danimarka millisi üçün beşinci mundialdır. Hər iki komanda dünya çempionatlarında indiyədək yalnız dörddəbir final mərhələsinədək irəliləyə bilib.
Xatırladaq ki, “C” qrupu çərçivəsində bu gün keçirilən ilk oyunda Fransa millisi Avstraliya yığmasını 2:1 hesabı ilə məğlub edib.
“D” qrupunda isə Argentina-İslandiya qarşılaşması heç-heçə nəticələnib – 1:1. Saat 23:00-da bu qrupun digər iştirakçıları - Xorvatiya və Nigeriya milliləri meydançaya çıxacaqlar. Azərbaycanlı futbolsevərlər həmin oyunu İctimai Televiziyadan izləyə bilərlər.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq
21.09.2018
UEFA Avropa Liqası: “Sportinq“ - “Qarabağ“ 2-0
20.09.2018
FİFA-nın növbəti reytinq cədvəli açıqlanıb
20.09.2018
Ukrayna cüdoçusu Daria Bilodid “Bakı-2018“in ilk qalibi olub
20.09.2018
“Bakı-2018“: Cüdo üzrə dünya çempionatının ilk finalçıları bəlli olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info