Yunanıstan müxalifəti Tsipras hökumətinı istefaya göndərə bilməyib
Tarix: 17.06.2018 | Saat: 00:12:00 | E-mail | Çapa göndər



Müxalifət Aleksis Tsipras başda olmaqla Yunanıstan hökumətinı istefaya göndərə bilməyib - Yunanıstan parlamenti şənbə günü etimadsızlıq votumunu rədd edib.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, etimadsızlıq votumunun qəbul olunması üçün müxalifətin səsi çatmayıb. Yunanıstan Kommunist Partiyası səsvermədə iştirakdan boyun qaçırıb.
Səsvermənin nəticələri hələlik rəsmən elan olunmayıb.
İcmalçıların fikrincə, hökumətin istefaya göndərilməsi təşəbbüsü əvvəlcədən iflasa məhkum idi. Belə ki, Tsipras hökuməti parlamentdəki 300 yerdən 154-nə sahibdir. Hökumətə etimadsızlıq göstərilməsi məsələsi üzrə prosedur cümə axşamı günü başlamışdı və bu, hökumətin Makedoniya Respublikasının adının dəyişdirilməsinə razılıq verməsi ilə əlaqədar olaraq gündəmə gəlmişdi. Müxalifət hesab edir ki, qonşu ölkənin Şimali Makedoniya Respublikası adlandırılmasına dair saziş milli maraqlara zərbə vurur.




 
Bölməyə aid digər xəbərlər
18.07.2018
Bakı məktəbliləri İspaniyada
18.07.2018
Tacikistan prezidenti avqustda Azərbaycana səfər edəcək
18.07.2018
Türkiyə Hərbi Hava Qüvvələri 6 terrorçunu məhv edib
17.07.2018
Yeni iqtisadi blok yaranır
17.07.2018
İstanbulda beynəlxalq uşaq geyimi sərgisi açılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9648

1 “Babamızın şeirlərinə sahib çıxanlar var”
2 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info