Belçika millisi Panamanı məğlub edib
Tarix: 18.06.2018 | Saat: 22:08:00 | E-mail | Çapa göndər


Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının beşinci gününün ikinci oyununda “G” qrupunun ilk görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, Soçidəkı “Fişt Arena”da oynanılan görüşdə Belçika və Panama milliləri üz-üzə qəliblər. Qarşılaşmanı zambiyalı Canni Sikazve idarə edib.
Belçikanın start heyətində Tibo Kurtua, Dedrik Boyata, Tobi Alderveyreld, Yan Vertonqen, Kevin De Brüyne, Aksel Vitsel, Toma Menye, Yannik Korrasko, Dris Mertens, Eden Hazard, Romelu Lukaku meydana çıxıblar.

Panama yığmasının ilk onbirliyində isə Xayme Penedo, Fidel Eskobar, Roman Tores, Erik Devis, Mikayel Murilyo, Xose Luis Rodriq, Anubal Qodoy, Qabriyel Qomes, Armando Kuper, Edqar Barsenas, Blas Peres yer alıblar.
Oyunun favoriti sayilan Belçika millisinin birinci hissədə yaratdığı bir neçə hücumlara baxmayaraq, ilk hissə qolsuz heç-heçə ilə başa çatıb.
Fasilədən sonra hücumlarının sayını artıran Belçika millisi qarşılaşmanın 47-ci dəqiqəsində hesabı açıb. Dris Mertens gözəl qolla fərqlənərək Belçika millisinin mundialda ilk qoluna imza atıb - 1:0. Oyunun 69-ci dəqiqəsində Kevin De Brüynenin "rabona" ötürməsini Lukaku dəqiq baş zərbəsi ilə tamamlayıb -2:0. Qoldan 5 dəqiqə sonra Eden Hazard aktivinə məhsuldar ötürmə yazdırıb. Lukaku qapıçı ilə təkbətək çıxaraq komandanın üçüncü, özünün isə ikinci qolunu vurub - 3:0. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib. Beləliklə, görüş Belçika millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, mundialın ən bahalı futbolçulardan ibarət milli komandalarından olan Belçika yığması doqquz dəfə mundialda iştirak hüququ qazanıb. Belçikalıların dünya çempionatlarında ən yaxşı göstəricisi 1986-cı ildə bürünc mükafat qazanması olub.
Panama yığması tarixində ilk dəfə mundialda mübarizə aparır.
Xatırladaq ki, Belçika milli komandasının yer aldığı “G” qrupunun birinci turuna Tunis-İngiltərə oyunu ilə yekun vurulacaq. Görüş Baki vaxtı ilə saat 22:00-da baş tutacaq. Matç İdman Azərbaycan kanalında və İctimai Televiziyada canlı yayımlanacaq.




 
Bölməyə aid digər xəbərlər
20.07.2018
Azərbaycan klubları Avropa Liqasında mübarizəni dayandırıb
18.07.2018
“Qarabağ” klubu UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə yüksəlib
18.07.2018
Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçirilib
17.07.2018
“Forbes” məşhurların qazancını açıqlayıb
16.07.2018
Azərbaycan cüdoçuları Almaniyada Avropa kubokunun qalibi oldular

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9671

1 “Gücüm çatan qədər Azərbaycanın Pakistanda təbliğatını aparıram”
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
4 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info