“Rusiya-2018”: İngiltərə Tunisi məyus etdi
Tarix: 19.06.2018 | Saat: 08:26:00 | E-mail | Çapa göndər



İyunun 18-də futbol üzrə dünya çempionatının beşinci günündə “G” qrupunun birinci turunun son oyunu oynanılıb. Qrupda yer alan Tunis və İngiltərə yığmaları üz-üzə gəliblər.
AZƏRTAC xəbər verir, Volqoqraddakı “Volqoqrad Arena”da keçirilən görüşü kolumbiyalı Vilmar Roldan idarə edib.
Tunisin start heyətində Moez Xasen, Dilan Bron, Siam Ben-Yusef, Əli Malul, Yasin Meriya, Elyes Sxiri, Anis Badri, Fercani Sasi, Vaxbi Xəzri, Naim Sliti, Fəxrəddin Ben-Yusef meydana çıxıblar. Komandanın baş məşqçisi Nəbil Maluldu.
İngiltərə yığmasının ilk “11”liyində isə Cordan Pikford, Con Stounz, Xarri Maquayer, Kayl Volker, Eşli Yanq, Cesi Linqard, Cordan Xendersson, Deli Alli, Kiran Trepyer, Rəhim Sterlinq, Hari Keyn yer alıblar. Millinin məşqçisi Qaret Sautqeytdi.
Matçın əvvəlindən təşəbbüsə yiyələnən İngiltərə yığması 11-ci dəqiqədə hesabı açıb.
Hava ötürməsini Tunisin qapıçısı qaytarsa da, ingilislərin əsas qol silahı Hari Keyn topu dəqiq zərbə ilə qapıdan keçirib - 0:1. İngiltərə yığmasının oyunda üstünlüyü davam etdirməsinə baxmayaraq Tunis millisi hesaba tarazlıq gətirib. Qarşılaşmanın 35-ci dəqiqəsində cərimə meydançasında qayda pozuntusuna görə hakim ingilislərin qapısına 11 metirlik cərimə zərbəsi təyin edib. Topa yaxınlaşan Fərcani Sassi fülsəti əldən verməyib - 1:1.
Birinci hissə bu hesabla da başa çatıb.
Fasilədən sonra hücumların sayını artıran hər iki komanda təhlükəli vəziyyətlər yaradıblar. Matçın bitməsinə bir dəqiqə qalmış Hari Keyn dublunu rəsmiləşdirib - 1:2
Beləliklə İngiltərə millisi mundialda ilk qələbəsini qazanıb
Xatırladaq ki, İngiltərə və Tunis komandalarının yer aldığı “G” qrupunun birinci oyununda Belçika millisi Panama yığmasını 3:0 hesabı ilə məğlub edib. Birinci turdan sonra Belçika və İngiltərə 3 xalla birinci və ikinci yerləri bölüşürlər. Aktivlərində xal olmayan Tunis və Panama yığmaları isə üçüncü və dördüncü yerdədirlər.
Qeyd edək ki, bu komandalar dünya çempionatlarında bir dəfə qarşılaşıblar. 1998-ci ildə Fransada keçirilən qrup matçında ingilislər 2:0 hesabı ilə qalib gəliblər.
İndiyədək 14 dəfə mundiallarda iştirak edən “dumanlı albion” təmsilçisi 1966-cı ildə ev sahibliyi etdiyi səkkizinci dünya çempionatının finalında Almaniya yığmasına 4:2 hesabı ilə qalib gələrək çempion olub. Xatırladaq ki, həmin görüşdə hesab 2:2 olarkən azərbaycanlı yan xətt hakimi Tofiq Bəhramovun rəyi əsasında baş hakim ingilislərin hücumçusu Herstin qolunun qeydə alınması barədə qərar qəbul edib. Bu qoldan sonra bir dəfə də fərqlənən İngiltərə yığması tarixində ilk və yeganə çempionluğuna nail olub.
İngiltərə yığması mundialda yeganə komandadır ki, heyətindəki futbolçuların hamısı ölkə çempionatında – Premyer Liqada çıxış edir.
1978-ci ildə dünya çempionatında debüt edən Tunis millisi mundiallarda ilk qələbəsini elə həmin il qazanıb. Meksika üzərində 3:1 hesablı qələbə qazanan Tunis dünya çempionatlarında bir oyunda qalib gələn ilk Afrika ölkəsi olub. Tunis 1998-ci, 2002-ci və 2006-cı illərdə mundiallarda yer alsa da, mübarizəni qrup mərhələlərində dayandırıb.




 
Bölməyə aid digər xəbərlər
18.07.2018
“Qarabağ” klubu UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə yüksəlib
18.07.2018
Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçirilib
17.07.2018
“Forbes” məşhurların qazancını açıqlayıb
16.07.2018
Azərbaycan cüdoçuları Almaniyada Avropa kubokunun qalibi oldular
15.07.2018
Dünya kuboku Fransa milli komandasına təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9652

1 “Babamızın şeirlərinə sahib çıxanlar var”
2 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info