Ölkə üzrə bu günədək 451 ton yaş barama tədarük olunub
Tarix: 19.06.2018 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


“Azəripək” MMC tərəfindən respublikanın baramaçılıqla məşğul olan rayonlarında barama tədarükü mütəşəkkil qaydada davam etdirilir. Bu günədək kümçülərdən 451 ton yaş barama qəbul olunub.
MMC-dən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, barama tədarükündə Zərdab rayonu öndə gedir. Rayonun kümçüləri indiyədək müəssisəyə 53 ton 764 kiloqram yaş barama təhvil veriblər. Zaqatala rayonunda bu günədək 40 ton 862 kiloqram, Füzuli rayonunda 37 ton 569 kiloqram, Ağcabədidə 37 ton 127 kiloqram, Şəkidə isə 32 ton 193 kiloqram yaş barama tədarük olunub.
Qeyd edək ki, 2018-ci ildə Çindən müqavilə əsasında 13 min qutu yüksəkkeyfiyyətli hibrid ipəkqurdu sənaye toxumları (qrena) alınıb və iqlim şəraiti nəzərə alınaraq iki mərhələdə ölkəmizə gətirilib. Toxumlar aprelin 17-də və 24-də Kənd Təsərrüfatı Nazirliyinin Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub. Toxumların inkubasiyası nəticəsində əldə olunan ipəkqurdlarının bir hissəsi aprelin 27-dən 29-dək bölgü əsasında Aran bölgəsindən olan 22 rayonun kümçülərinə, mayın əvvəllərində isə dağlıq və dağətəyi zonalarda yerləşən 17 rayonun kümçülərinə əvəzi ödənilmədən paylanılıb.
Cari ildə Azərbaycanda yaş barama istehsalının 450-500 tona çatdırılması hədəf olaraq qarşıya qoyulub. Bu, ötən illə müqayisədə iki dəfə çoxdur.




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər
24.03.2019
Türkiyədə ev alan azərbaycanlıların sayı artıb
23.03.2019
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info