“Zəhərlənmə hadisəsinin başvermə səbəbi araşdırılır“
Tarix: 19.06.2018 | Saat: 21:58:00 | E-mail | Çapa göndər


Bu gün İmişlidə pambıq sahəsində kütləvi zəhərlənmə baş verib.
APA-nın məlumatına görə, kənd təsərrüfatı naziri İnam Kərimov, baş prokurorun birinci müavini Rüstəm Usubov və digər rəsmi şəxslər hadisə yerində olublar. Onlar zəhərlənən fəhlələrə baş çəkiblər.
Nazir İnam Kərimov bildirib ki, həm bu gün İmişlidə baş vermiş hadisə, həm də bundan əvvəl Saatlı və Tərtərdə pambıq sahəsində baş verənlərlə bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanıb, hadisənin əsl səbəbi araşdırılır: " Bu məsələ birbaşa cənab prezidentin nəzarətindədir. Hazırda Kənd Təsərrüfatı Nazirliyinin, Baş Prokurorluğun, Qida Təhlükəsizliyi Agentliyinin, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri bu rayona ezam olunub".
Nazir qeyd edib ki, pambıq texniki bitkidir: " Pambığın ərsəyə gəlməsi üçün həşəratlara qarşı kimyəvi maddələrin tətbiqi qaçılmazdır, zəruridir. Amma burada özəl şirkətlərin də üzərinə ciddi öhdəlik düşür. Özəl şirkətlər və fermerlərin həm biçində, həm də qulluqda texniki təhlükəsizlik qaydalarına ciddi riayət etməklə bağlı məsuliyyəti var. Həmçinin, dərmanların keyfiyyəti ilə bağlı məsələ də araşdırılır. Biz istintaqın nəticələrini gözləməliyik. Ehtimala görə, bu hadisələr idxal olunan dərmanların keyfiyyəti və yaxud özəl şirkətlər tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmamasından baş verə bilər".
İ. Kərimov deyib ki, nazirlik bununla bağlı son günlər ciddi xəbərdarlıq edib.
Nazir onu da qeyd edib ki, bu il iyulun 1-nə qədər fitosanitar sahədə dərman preparatlarının idxalına Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti, bundan sonra isə Qida Təhlükəsizliyi Dövlət Agentliyi icazə verəcək.
Nazir bildirib ki, zəhərlənən şəxslərin vəziyyəti normaldır: "Çox şükür ki, hər şey qaydasındadır. Xəstələrin vəziyyəti normaldır. Onlar yəqin ki, bu gün evlərinə buraxılacaq".




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info