“Rusiya 2018”: Yaponiya-Kolumbiya 2-1
Tarix: 19.06.2018 | Saat: 23:24:00 | E-mail | Çapa göndər



İyunun 19-da “Rusiya 2018”in altıncı gününə “H” qrupunda yer alan Kolumbiya ilə Yaponiya milliləri qarşılaşıblar.
“Mordoviya Arena”da oynanılan görüşü sloveniyalı referi Damir Skomina idarə edib.
Kolumbiya millisinin start heyətində David Ospina, Oskar Murilyo, Santiaqo Arias, Karlos Sançes, Radamel Falkao, Xuan Quadrado, Xefferson Lerma, Xoan Moxika, Xuan Kintero, Xose İskiyerdo, Davinson Sances meydana çıxıblar.
Yaponiya yığmasının ilk onbirliyində isə Eydzi Kavasima, Qen Sendzi, Yuto Naqatomo, Qaku Sabasaki, Qenki Xaraquti, Sendzi Kaqava, Takasi Unui, Yuya Osaka, Makoto Hasebe, Xiroki Sakai, Maya Yosida yer alıblar.
Qarşılaşmanın 3-cü dəqiqəsində baş hakim Damir Skomina cərimə meydançası daxilində əllə oyuna görə Kolumbiyanın yarımmüdafiəçisi Karlos Sançesə qırmızı vərəqə göstərərək meydandan kənarlaşdırıb. Bu qayda pozuntusunu görə hakim Kolumbiya yığmasının qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Topa yaxınlaşan Sindji Kaqava fürsəti əldən verməyib – 0:1. Meydanda azlıqda qalan kolumbiyalılar qoldan sonra irəli atılaraq rəqib qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıblar. Birinci hissənin başa çatmasına altı dəqiqə qalmış hakimin təyin etdiyi cərimə zərbəsini Xuan Kintero dəqiqyerinə yetirərək hesaba tarazlıq gətirib – 1:1. Birinci hissə elə bu hesabla başa çatıb.
Qarşılaşmanın ikinci hissəsində də üstün oyun nümayiş etdirən Yaponiya yığması rəqibi oyuna yenidən meydanın mərkəzindən başlamağa məcbur edib. Matçın 73-cü dəqiqəsində Makoto Hasebenin küncdən zərbəsindən ötürdüyü topu Yuya Osaka başla qapıdan keçirib – 1:2. Qalan dəqiqələrdə qapılar qarşısında təhlükəli vəziyyətlər yaradılsa da, hesab dəyişilməyib.
Beləliklə, Yaponiya millisi Kolumbiya yığmasını 2:1 hesabı ilə məğlub edərək dünya çempionatına uğurlu start verib.
Qeyd edək ki, bu komandaların ilk görüşü 2014-ci ildə Braziliyadakı mundialda baş tutub. Həmin mundialda “C” qrupunda mübarizə aparan hər iki komandanın görüşündə kolumbiyalılar 4:1 hesabı ilə qalib gəlmişdilər.
Mundiallarda 1962-cı ildə debüt edən Kolumbiya millisi dünya çempionatlarında indiyədək altı dəfə oynamaq hüququ qazanıb. Bu komandanın çempionatlarda ən yaxşı göstəricisi “Braziliya 2014”ə təsadüf edib. Həmin mundialda dörddəbir finaladək irəliləyən Kolumbiya yığması ev sahiblərinə 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. Kolumbiya milli komandasının tarixində ən çox qol vuran futbolçu Radamel Falkaodur. Futbolçu 66 oyunda 26 qola imza atıb. Bu komandanın heyətində ən çox oyun keçirmiş futbolçu isə FIFA-nın “XX əsrin 100 əfsanəvi futbolçusu” siyahısına daxil olan Karlos Valderramadır (111 oyun).
Yaponiya yığması bundan əvvəl üç dəfə mundiallarda çıxış etmək hüququ qazanıb. Gündoğar ölkə təmsilçilərinin ən uğurlu çıxışı 2002-cı ildə Koreya Respublikası ilə birgə ev sahibliyi etdikləri dünya çempionatında olub. Həmin mundialda qrup birincisi kimi səkkizdəbir finala yüksələn yaponiyalılar Türkiyə millisinə 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıblar.
“H” qrupunun birinci turuna Polşa və Seneqal oyunu ilə yekun vurulacaq. Saat 19:00-da başlayacaq oyun “İdman Azərbaycan” telekanalı ilə yanaşı, İctimai Televiziya vasitəsilə də tamaşaçılara təqdim ediləcək.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
FİFA-nın növbəti reytinq cədvəli açıqlanıb
20.09.2018
Ukrayna cüdoçusu Daria Bilodid “Bakı-2018“in ilk qalibi olub
20.09.2018
“Bakı-2018“: Cüdo üzrə dünya çempionatının ilk finalçıları bəlli olub
20.09.2018
UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info