Parisdə türk dünyası ilə bağlı silsilə tədbirlər keçirilib
Tarix: 20.06.2018 | Saat: 13:09:00 | E-mail | Çapa göndər



Parisdə Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində “Türk dünyası: maarifçilik və identiklik” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı, Azərbaycan, Türkiyə və Qazaxıstanın Fransadakı səfirliklərinin, UNESCO yanında daimi nümayəndəliyimizin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun və Fransanın Nis Sofia Antipolis Universitetinin dəstəyi ilə baş tutub.

Konfransda çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva mövzunun əhəmiyyətinə toxunaraq, türkdilli dövlətlərin mədəniyyətinin və irsinin dünya sivilizasiyasının ayrılmaz parçası olduğunu bildirib. Qeyd edib ki, türkdilli dövlətlər xalq yaradıcılığına və yazılı ədəbiyyata bir çox yeniliklər gətirib, beynəlxalq aləmdə bəşəri uğurlar əldə edib. “Kitabi Dədə Qorqud”, “Koroğlu”, “Manas” kimi tarixi irs nümunələri bütün türk dünyasının sərvətidir, türkdilli dövlətlərin milli abidələridir.
Qeyd olunub ki, ümumtürk mədəniyyəti dünya mədəniyyətinə böyük töhfələr verib, türkdilli xalqların dahi şəxsiyyətləri – mütəfəkkirləri, yazar-şairləri, alimləri bəşəri nailiyyətlər qazanıblar.
Türk dünyasında qadının şərəfli yerindən, diplomatiyada onların rolundan söz açan G.Əfəndiyeva rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında geniş məlumat verib.
Ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, həyata keçirdiyi islahatlardan və dövlət rəmzlərinin qəbul edilməsindən danışıb, 1991-ci ildə müstəqilliyini bərpa edən ölkəmizin üzləşdiyi Dağlıq Qarabağ münaqişəsinə toxunub. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda vəziyyətin sabitləşdiyini, iqtisadiyyatın dirçəldiyini vurğulayıb.
Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində ölkəmizin Qərblə əlaqələrinin və əməkdaşlığının genişləndiyi diqqətə çatdırılıb. Səfir Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan-UNESCO münasibətlərinin inkişafına, eləcə də mədəniyyətimizin təşviqinə töhfələrindən bəhs edib.
Qazaxıstanın Fransadakı səfiri Jan Qalıyev türkdilli ölkələr arasında siyasi, iqtisadi və mədəniyyət əlaqələrindən, ölkəsində bu istiqamətdə görülən işlərdən danışıb. Prezident Nursultan Nazarbayevin təşəbbüsü ilə həyata keçirilən “Bolaşak” təqaüd, latın əlifbasına keçidlə bağlı “İctimai şüurun müasirləşdirilməsi” proqramlarından söz açıb.
Sonra çıxış edən Türkiyənin Fransadakı səfiri İsmayıl Hakkı Musa ölkəsinin türkdilli dövlətlərlə münasibətlərə böyük əhəmiyyət verdiyini, bu ölkələrdə qədim türk abidələrinin bərpasına kömək göstərdiyini bildirib. Səfir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini yüksək qiymətləndirərək, bu tədbirlərin türk dünyasının beynəlxalq səviyyədə təşviqində mühüm rol oynadığını diqqətə çatdırıb.
Konfransın ikinci hissəsində Fransanın Nis Sofia Antipolis Universitetinin siyasi elmlər və hüquq fakültəsinin dekanı Kristian Vallar, fakültənin dekan müavini Ksavye Latur, AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə və beynəlxalq əlaqələr şöbəsinin müdiri Zöhrə Əliyeva çıxış edərək, XIX-XX əsrlərdə Azərbaycan maarifçiliyində kimlik məsələsi, hüquq və Vətən xidmətində vətəndaş təhsili, Azərbaycandakı maarifçilik ideyaları, milli təhsil və inteqrasiya, eləcə də türkdilli ölkələr arasında əməkdaşlıq kimi mövzular ətrafında məlumat veriblər.
Konfransdan sonra Azərbaycan İncəsənət Akademiyasının professoru, rəssam Cəmilə Həşimovanın əsərlərindən ibarət “Türk dünyasının cənnət bağları” adlı sərginin açılış mərasimi olub. Sərgi çərçivəsində türkdilli ölkələrin nümayəndələri - Azərbaycandan Səddam Novruzbəyov (balaban, tütək), Qazaxıstandan Aygerim Yersainova (kobız) və Türkiyədən Sərxan Uyar (saz, kaval) milli musiqi alətlərində xalq musiqilərini səsləndiriblər.
Sonda tədbir iştirakçıları milli şirniyyatlara qonaq ediliblər.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Mehriban Ələkbərzadə yenidən Musiqili Teatrda
21.11.2018
Qazaxıstanda “Türk dünyasının mənəvi yenilənməsi“ beynəlxalq konfransı keçirilib
21.11.2018
Vyanada dahi bəstəkar Qara Qarayevin 100 illiyi münasibətilə konsert keçirilib
21.11.2018
Moskvada “Yeddi gözəl” sərgisi açılıb
21.11.2018
Azərbaycanlı musiqiçi Nyu Yorkda “Carnegie Hall”un səhnəsində çıxış edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info