Azərbaycanın dünya ticarət sisteminə inteqrasiyası mövzusunda konfrans keçirilib
Tarix: 20.06.2018 | Saat: 11:05:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin birgə təşkil etdiyi Azərbaycanın dünya ticarət sisteminə inteqrasiyası: qeyri-neft ixracının diversifikasiyasında istehsalın inkişafı üçün imkanlar mövzusunda konfrans Bakıda baş tutub.
 
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "ÜTT-yə üzvlük danışıqlarında İqtisadiyyat Nazirliyinin Ticarət Siyasəti və ÜTT Şöbəsinə dəstək və potensialın gücləndirilməsi" layihəsinin açılış tədbiri də keçirilib.
 
Konfrans layihə üzrə qrup rəhbəri Marius Bordalba tərəfindən açıldı. O, layihənin məqsədləri, fəaliyyətləri və ilkin nəticələri barədə qısa məlumat verdi.
 
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas iştirakçıları salamladı və vurğuladı ki, ÜTT-yə üzvlük istiqamətində irəliləmə ölkənin nəqliyyat və logistika mərkəzinə çevrilməsi və iqtisadiyyatın şaxələndirilməsi ambisiyalarını qətiyyətlə dəstəkləyəcəkdir.
 
“Bugün biz Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Azərbaycanı dünya ticarət sisteminə inteqrasiya və davam edən ÜTT-yə üzvlük danışıqlarında dəstəkləyən layihəni başlayırıq. ÜTT-yə üzvlük ilə bağlı irəliləyiş Avropa İttifaqına və digər potensial investorlara ölkənin beynəlxalq ticarət qaydalarına əməl etməsinə dair güclü müsbət siqnal göndərir. Mən fəxr edirəm ki, biz Azərbaycanı belə vacib bir cəhddə dəstəkləyə bilirik”.
 
Giriş sözləri ilə çıxış edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nazir müavini Rüfət Məmmədov Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinə təşəkkürünü bildirdi və qeyd etdi ki, bu layihə Azərbaycan üçün çox vacibdir.     
 
“Biz ÜTT-yə üzvlük danışıqlarını o istiqamətdə aparmağa çalışırıq ki, üzvlük prosesi son nəticədə ölkə iqtisadiyyatının gələcək inkişaf trendlərinə mənfi təsir etməsin, əksinə, Azərbaycanın davamlı iqtisadi inkişafına və əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına töhfə versin. Biz gözləyirik ki, layihə çərçivəsində ÜTT-yə üzvlüyün mümkün mənfi nəticələrinin qarşısını almaqla və yaranmış imkanlardan yararlanmaqla ölkəmizin üstünlüklərinin tam reallaşdırılmasına nail olmağın zəruri nöqtələri, effektiv və səmərəli yollarını nəzərə almaqla biz bu məqsədlərə nail ola biləcəyik”.
 
Tədbirin əsas natiqlərindən biri olan Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini və Azərbaycanın ÜTT-yə üzvlük danışıqlarında Baş müzakirəçi, səfir Mahmud Məmməd-Quliyev, Azərbaycanın ÜTT-yə üzvlük prosesində göstərdiyi dəstəyə görə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinə təşəkkürünü bildirdi və bu dəstəyin davamlı olacağına dair ümidini ifadə etdi.
 
“Bizim ÜTT-yə üzvlük danışıqlarını aparan komandamız gücləndirilməlidir, və bizim yaxşı mütəxəssislərimiz Cenevrəyə getməlidir. Biz inanırıq ki, ÜTT-nin mübahisələrin həlli mexanizmindən istifadə etməklə ÜTT-yə üzvlüyü əlverişli şərtlərlə başa vura və bizim xarici bazarlara ixrac edilmiş qeyri-neft mallarına qarşı diskriminasiyanın qarşısını ala biləcəyik. ÜTT-yə üzvlükdən sonra bazar iqtisadiyyatı kimi tanınmaq və ölkəmizə irihəcmli xarici investisiya cəlb etmək bizim üçün olduqca vacibdir”.
 
Konfrans layihənin məqsədlərini, ilkin nəticələrini təqdim etmək, o cümlədən, müxtəlif ÜTT üzvlərinin, xüsusilə də, Qazaxıstan və Ukraynanın təcrübəsinə nəzər salmaq və ÜTT-yə üzvlüyün təsirlərini qiymətləndirmək məqsədi daşımışdır. Konfrans beynəlxalq ticari araşdırma, ixracın diversifikasiyası, Azərbaycanda bu sahədə gözləntilər və gələcək perspektivlərə aid məsələləri ünvanlamaqla yerli və beynəlxalq elmi mərkəzlərin ticari araşdırma potensialının necə artırıla bilməsini müəyyənləşdirdi.
 
Tədbir ÜTT-yə üzvlük danışıqları prosesində Azərbaycana aid imkanları və çətinlikləri müzakirə etmək üçün altmışdan artıq hökumət rəsmisini, biznes mühitinin, sənaye sektorunun, universitetlərin, beyin mərkəzlərinin nümayəndələrini bir araya gətirdi.
 
Konfransa müvafiq sahədə yerli və beynəlxalq eksperlər və mütəxəssislərin təqdimatları daxil idi.
 
Qonaq məruzəçilər içərisində yer alan Ukrayna Baş Nazirinin Müşaviri, ÜTT-yə qoşulma üzrə danışıqlar qrupunun sabiq Baş müzakirəçisi Səfir Valeriy Pyatnitski “ÜTT-yə qoşulma prosesi və üzvlüyün təsirləri ilə bağlı Ukraynanın təcübəsi” haqqında təqdimat etdi.  ÜTT-yə qoşulma prosesində əhəmiyyətli dəstək göstərmiş Qazaxıstan Respublikasının Milli İqtisadiyyat Nazirliyinin Beynəlxalq Ticarətin İnkişafı Departamentinin Direktoru Janel Kuşukovanın “ÜTT-yə qoşulma prosesi ilə bağlı Qazaxıstanın təcrübəsi” mövzusunda təqdimatı baş tutdu. Qazaxıstan Respublikasının Milli İqtisadiyyat Nazirliyi yanında Ticarət Siyasətinin İnkişafı Mərkəzinin Direktor müavini Asiya Aşiqaliyeva da Qazaxıstanın ÜTT-yə qoşulması ilə bağlı müzakirəçi kimi öz dəyərli təcrübəsini bölüşdü.
 
Ümumdünya Ticarət Təşkilatının Qoşulma Bölməsinin eksperti Cefri Karlson “ÜTT-yə qoşulma ilə bağlı iqtisadi genişlənmə və inteqrasiya üçün imkanlar” mövzusunda nitq söylədi.
 
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sədrinin Müşaviri Elxan Mikayılov “ÜTT-yə qoşulma iqtisadi islahatlar üçün hərəkətverici qüvvə kimi” mövzusunda təqdimat keçirdi.
 
Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru professor Anar Rzayevin moderatorluğu ilə keçən ikinci sessiyada Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqatlar İnstitutunun Sənayenin inkişaf problemləri şöbəsinin müdiri Əlvan Süleymanova, Qazaxıstanın TALAP Mərkəzinin Direktoru Rəhim Oşakbayev və Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun Qloballaşma və Beynəlxalq İqtisadi Münasibətlər Şöbəsinin Aparıcı Elmi İşçisi Aqil Eyvazov tədqiqat institutları çərçivəsində hazırlanmış araşdırma sənədləri əsasında prezentasiyalar təqdim etdilər.
 
Konfrans aktiv sual-cavab sessiyası ilə davam edib.




 
Bölməyə aid digər xəbərlər
18.07.2018
Tacikistanın Azərbaycandakı səfiri ilə müzakirələr aparılıb
18.07.2018
“Cənubi Qafqaz regionunda media azadlığı“
18.07.2018
Ağdaşda asfalt-beton zavodu tikilir
18.07.2018
Bu il 600 kəndi əhatə edəcək 2 min km-dən artıq avtomobil yolu çəkiləcək
18.07.2018
Avropa Birliyi rəsmisi Azərbaycanda keyfiyyət dəyişikliyini yüksək qiymətləndirir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9648

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
4 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
5 “Təxribatçıların çağırışlarına inanmayın”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info