Mübariz İbrahimov yad edildi
Tarix: 20.06.2018 | Saat: 11:07:00 | E-mail | Çapa göndər


Hər il olduğu kimi bu il də Azərbaycan torpaqlarını erməni qəsbkarlarından azad etmək uğrunda canından keçmiş Mübariz İbrahimovun şəhid olduğu günündə qəhrəmanımız yad edilir.
Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində xidmətə başlayıb və öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
2010-cu il iyunun 18-də tarixində gecə gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək onlarla 5 saat təkbətək döyüşub. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.
Tariximizin şanlı salnaməsinə qəhrəmanlığıyla yeni bir səhifə yazan Mübariz İbrahimovun anım günündə qəhrəmanımızı başda diaspor rəhbəri Nazir Hətəmov olmaqla Ramil Hüseynli,Tebriz Məhərrəmoğlu və Pərviz Cəlilovla birgə ziyarət etdik.Eyni zamanda C.Naxçıvanski adına Hərbi Hazrlıq Litseyin kursantları və Azərbaycan Müdafiyə Nazirliyin əməkdaşları ziyarətdə iştrak edirdilər.Şəhidlərimizi ziyarət etmək hər birimizin mənəvi borcudur.Şəhidlərimiz bizim and yerimizdir
Təbriz Məhərrəmoğlu




 
Bölməyə aid digər xəbərlər
20.07.2018
Azərbaycan və Türkiyənin regionda rolu artır
20.07.2018
“Dövlət tərəfindən azad medianın inkişafına lazımi dəstək və qayğı göstərilir”
20.07.2018
Biləsuvarda Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib
20.07.2018
Ramin Quluzadə Qaxda vətəndaşlarla görüşüb
20.07.2018
“Həsən bəy Zərdabinin ideyaları artıq həyata keçib”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9671

1 “Gücüm çatan qədər Azərbaycanın Pakistanda təbliğatını aparıram”
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
4 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info